" Tualet ördəyi "
Metexan Qaraişıq tərəfindən "Esse" bolməsinə 23:11 22 noyabr 2013 tarixində əlavə olunmuşdur

Hər zamanki sıxıcı günlərdən biri idi. Tualeti təmizləmək vaxtı çatmışdı.Yenədə ondan istifadə edəcəkdilər. Tualet ördəyi... Bəli o, bir az fərqli idi.Hamamdakı təmizlik vasitələri arasında ən "məhşuru" o idi. Formasına görə də digərlərindən fərqli idi. Artıq bir aydan çox idi ki tualetdə onu evəzliyəcək vasitə yox idi.Onu digər yuyucu vasitələrdən ferqləndirən bir "xüsusiyyəti" var idi.  O, Hiss edə,düşünə bilirdi. Bəlkə də "seçilmiş" idi.Onu , son zamanlar qəribə bir hiss bürümüşdü. O düşünürdü: Bizim axrımız nə olacaq ? Yəni , vasitələr bittikdən sonra onları nə gözləyir ? Bu mənzili çox sevirdi, 1 aydan çox idiki 666 No-li mənzildə idi, amma bu barədə heç fikirləşməmişdi.Bu yerdə sual meydana çıxır: Bəs o əvvəllər nə düşünürdü ? 1-cisi: Canlı ördək olmaq ! Təsəvvür edin, bəmbəyaz qanadları,sapsarı bir dimdiyi olsa idi bəlkə də özünü dünyadakı ən xoşbəxt varlıq kimi hiss edərdi. Amma.. sadəcə xəyal idi..2-cisi: İnsanlar.. Görəsən dünyanın ən şüurlu varlığı olmaq necə bir hiss idi ? Öz hallarına şükür edirlərmi heç ? Əgər insan olaraq yaransaydı ilk işi yuyucu vasitələri zibil qabından xilas etmek olardı yəqin ki... Bu haqqda düşünərkən birdən səs eşidildi. " Akif , evdən nə vaxt çıxsan xəbər elə , zibilləri verəcəm atarsan. Yadıma düşmüşkən, hamamdakı boş şampun qutularını da atım klyoka..." və o anda başa düşdü... Başa düşdüki "qədirbilməz bir insan" olmaqdansa cansız bir varlıq olmaq daha yaxşıdır. Zibilxanaya məhkum olsan belə...


... dəfə oxunub
Qiymət: 7/10(17 səs)
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

Metexan Qaraişıq
Haqqında
" Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı. "

© Joker
Əlaqə
E-mail:
mehi_282@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye