"1.Yaxşı bir insan olmaq."
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 15:23 02 iyul 2014 tarixində əlavə olunmuşdur

 

   Həbsxanada olduğu yeddi ay ərzində ilk dəfə qapısından içəri girdiyi kitabxananın sağ küncündə qoyulmuş şkafın ən alt rəfindəki toz basmış kitablardan ən küncdəkini götürdü.Kitabın üz qabığını qaldıran kimi onu həm öskürək tutdu,həm də səhifələrin arasından cücülər qaçmağa başladılar. F. vərəqləməyə davam etdi.Hər səhifədən bir cümlə oxuyub kitabı götürdü. Nəhayət kitabı başa çatdırdıqdan sonra əsərin baş qəhrəmanı kimi arzularını bir vərəqə yazmaq qərarına gəlmişdi.Beləliklə hər gün vərəqə baxıb istədiklərini ətə sümüyə bürünmüş təsvir edəcəkdi.Axı insan gördükləri üçün,xəyal etdiklərindən daha çox mübarizə aparır.
 F.`in həbsxanada olduğu vaxtdan dəftər -qələmə ehtiyacı olmamışdı.Yeddi ay ərzində heç kəs ona baş çəkmədiyinə görə ,məktubunu gözləyən də yox idi.Bir bacısı ,bir də xəstə atası vardı.Bacısı F.in həbsdə olduğunu atasına deməzdi ki,vəziyyəti pisləşməsin.Yazıq qız bütün günü işlədiyinə görə həm ona baş çəkməyə vaxtı yox idi, həm də qardaşına olan qəzəbi hələ soyumamışdı. F. məktub yazıb göndərsəydi,böyük ehtimal məktub atasının əlinə keçəcəkdi.Ona ancaq bacısının gəlməyini gözləmək qalırdı.
 Yoldaşlarından qələm və kağız aldı .Həbsxananın həyətindəki böyük ağacın altında oturub düşünməyə başladı.”Yaza biləcəyin bir arzun da yoxdur,hə ?!” öz-özünə yazığı gəldi.Sakit keçən bir neçə dəqiqədən sonra ilk sətrini titrəyən əllərlə yazdı:
“1.Yaxşı bir insan olmaq.” gülümsədi və sanki arzuları da gülümsəməni gözləyirmiş kimi ard-arda vərəqin sonunadək sıralandılar.Elə bu vaxt,səhərdən əsən xəfif külək gücləndi və onun “arzularını” əlindən alıb apardı. O bir müddət vərəqin arxasınca qaçdı.Vərəq isə həbsxananın divarları üzərindəki məftillərə ilişib qaldı.Növbəti güclü külək isə vərəqi məftillərdən qoparıb özü ilə birgə apardı.
F. heç də pis olmadı.Çünki onun hələ də kağız üzərində yaza biləcəyi ,ətə -qana büründürə biləcəyi arzuları vardı.


P.S. Bu hekayə ” Bir günlük”, “Başqa bir gün” hekayələri ilə birlikdə “Zamanda asılı qalmış hekayələr”ə daxildir.

 

 

 

 

 


... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0378 saniye