"20 Yanvar" hadisəsinə bir kommunistin gözüylə baxın
Elməddin Səmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 18:46 20 yanvar 2015 tarixində əlavə olunmuşdur

“ Kommunizm çox böyük təhlükəydi və həqiqət idi. Kommunizmi insanların beynində bir daha bəraət qazana bilməyəcək şəkildə ölümə məhkum etmək üçün biz bir çox şeyləri şişirtdik.” Bu sözlərin müəllifi jurnalist vəsiqəsi arxasında masqalanaraq kimsəsizlər qəbristanlığından köhnə çürümüş cəsədləri çıxartdıraraq canlı televizya yayımıyla Rumuniya əhalisinə “ kommunizm qurbanları” kimi sırıyaraq dinc əhalini Buxarest meydanlarına çəkib qanlı toqquşmaya rəvac vermiş bir nəfər Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşına məxsusdur. Fərqi yoxdur bu hadisə hansı coğrafiyada baş verib, regionlar müxtəlif olsada hədəf bir idi; KOMMUNİZM…bundan 2 il sonraMarqaritta Teççer SSRİ barədə deyəcəkdi:“Ümümən Qərb dünyasına ciddi təhlükə yaratmış ölkə idi. Hərbi təhlükəni nəzərdə tutmuram… İqtisadi təhlükədən danışıram. Sovetlər Birliyi planlı idarəetmə nəticəsində yüksək iqtisadi göstəricələrə nail olmuşdu. Ölkədə ümummilli məhsulun artım faizi bizim ölkələrimizdən 3-5 dəfə artıq idi. Nəzərə alsaq ki, SSRİ-nin təbii ehtiyatları çox böyük həcmdə idi, bu üstünlükdən rasional yararlanma sayəsində biz dünya bazarından tamamilə çıxışdırıla bilərdik. Buna görə də həmişə ölkənin iqtisadiyyatının zəif düşməsinə çalışırdıq.”

Qərbə SSRİ- ni və kommunist düşərgəsini məhv etmək buna görə lazım idi və onlar bunun üçün mümkün olan və olmayan bütün vasitələrdən; o cümlədən milli münaqişələrin, tətillərin qızışdırılmasından tutmuş Kommunist Partiyası içərisindəki REVİZİONİST qanadın hakimiyyətə gətirilməsinə qədər , istifadə edirdilər. İnqilabın ilk günündən Sovetlərin sonuncu mövcud olduğu ilə qədər KP daxilində revizionist qanadla inqilabi qanad arasında daima mübarizə getmişdir, artıq Stalinin ölümündən sonra revizionistlər SSRİ rəhbərliyinə kifayyət qədər nüfuz etmişdirlər və Qarbaçovun hakimiyyətə gətirilməsindən sonra artıq Qərb siyasi dairələriylə SSRİ revizionist rəhbərliyinin maraqları üst- üstə düşdü. Onlar SSRİ- nin dağıdılması və süqutu məsələsində razılığa gəlmişdilər, amma bunu elə bir EYBƏCƏR formada etmək lazım idiki insanlar kommunizmdən iyrənməliydilər və bir daha bu sistemi bərpa etmək uğrunda birləşməməliydilər. Məhz Qərbə və SSRİ Revizionistlərinə 20 yanvar kimi qırğın ssenariləri təşkil etmək bunun üçün lazım idi. Zərdüşt Əlizadə və Etibar Məmmədov efirdə özləri öz paxırlarını açdılar və bu lent yazıları hazırda ANS TV- nin arxivində var. Bu verilişdən sonra məlum oldu ki, özlərini “ cəbhəçi” adlandıran şəxslər Mərkəzi Komitədən daima maliyyə və texniki yardım dəstəyi alırlarmış. Zərdüşt Əlizadə bildirir ki, “ Etibar Məmmədov dəfələrnən bizə deyirdiki Mərkəzi Komitə bizə silah, pul, çadır və. s verəcək” bu ittihamlara cavab olaraq Etibar Məmmədov bildirir ki, bu silah və pulu Mərkəzi Komitə bizə Qarabağı azad etmək üçün verəcəyini söyləmişdir”. Və indi məlum olur ki, küçələrdəki barrikadalar hamısı Mərkəzi Komitə tərəfindən yaradılıbmış. Sual olunur  hakimiyyətini qoruyub saxlamaq istəyən hansı siyasi rejim əhalini küçələrə çıxarıb öz əlehinə barrikadalar yaradardı? Heç bir rejim bunu etməzdi, deməli Mərkəzi Komitə bu işləri ona görə səhnələşdirirdiki Sosialist quruluşunun devrilməsinə xalq hərəkatı donu geyindirsinlər və bununlada Sosialist sistemə sadiq qalmış İNQİLABİ qanadı sıradan çıxarsınlar. 1991- ci ilin avqustunda Yanayevin rəhbərliyi ilə inqilabi qanadın Sosializmi xilas etmək cəhdi bir daha sübut etdiki sosialist sisteminin süqutu İNQİLABİ qanad tərəfindən əngəllənə bilərdi və bu maneəni görənREVİZİONİSTLƏR elə qırğınlar səhnələşdirirdilər ki, Sosializmin xalq arasında və partiya daxilindəki dayaqları tamamı ilə sıradan çıxarılsın. Və onlar buna nail oldular. Hətta belə məlumatlar səsləndirilir ki, 20 yanvar hadisəndən sonra 150 min kommunist partiya biletini atmışdır. Mən deyə bilmərəm bu rəqəm nə qədər dəqiqdir amma faktdır. Və təsadüfü deyil ki, 20 yanvar qırğınlarını görə ABŞ prezidenti Buş və İngiltərə baş naziri Teççer  şəxsən Qorbaçovu təbrik edərcəsinə öz dəstəklərini bəyan edirdilər. Növbəti sual ortaya çıxır, əgər 20 yanvar SSRİ- ni qoruyub saxlamaq naminə törədilirdisə ( sadəlöhvlər bu gün də belə deyillər) Qərb bu hadisəni dəstəkləyə bilərdimi? Yuxarıda Teççerin çıxışını oxuyan hər bir şəxs bu suala mənfi cavab verər. Deməli 20 yanvar Sosialist sistemini saxlamaq üçün yox, əksinə Sosializmi məhv etmə ssenarisinin bir həlqəsiydi və ona görədə Teççer və Buş Qorbaçova dəstəklərini ifadə edirdilər.

Azərbaycan Xalq Cəbhəsinin idarə heyətinin üzvü olmuş Rəhim Qazıyev özü öz diliynən ANS TV- də etiraf edir ki, 20 yanvar gecəsində o, Nazirlər Sovetinin “ AГA” seriyalı maşınında Bakı küçələrində olub . Görəsən “ cəbhəçi bəy” hansı xidmətləri müqabilində bu şərəfə nail olubmuş? Məncə hər şey gözönündədir, onlar hamısı Satqın Qorbaçov komandası ilə birlikdə Qərb imperialist dairələri qarşısındakı öhdəliklərini yerlərinə yetirirdilər.

P. S. Məndən soruşsalar ki, 20 yanvar qurbanlarından kimi siz bu faciənin siması hesab edərdiniz, mən hec düşünmədən İlham və Fərizə cütlüyünün adını çəkərdim. Fikir verin İlham fəhlə idi və Gəmi Təmiri zavodunda işləyirdi. Ailə qurmasından 6 ay sonra ölümünə üc gün qalmış İlham işlədiyi zavodun hesabına pulsuz mənzil hüququ çərçivəsində 4 otaqlı mənzillə təmin olunmuşdur. Səməd Vurğun bağı yaxınlığında hazırda 4 otaqlı mənzilin qiyməti 100 min dollardan az deyil… İndi 23 il keçib və azərbaycan fəhləsinin, işçisinin artıq belə bir hüququ yoxdur, kapitalizmin restavrasiyasından sonra işçi sinfi sosializmin onlara vermiş olduğu bütün sosial hüquqlar kimi pulsuz mənzil hüququndanda məhrum ediliblər. İndi özünüz qiymət verin “ 20 yanvar” azadlığa yoxsa HÜQUQSUZLUĞUMUZA GEDƏN YOLDUR? !!   Onuda unutmayınki, 20 yanvar hadisələrində AXC idarə heyətinin 14 üzvündən heç birinin nə özü nə də qohum əqrəbası heç bir xəsarət almamışdırlar, heç kəs indiyənə kimi cinayət məsuliyyətinə cəlb olunmayıb və bu təşkilatçılar 20 ildən çoxdurki heç yerdə işləmədikləri halda xalqın 80%- dən qat- qat yaxşı dolanır və təmtəraqlı həyat sürürlər.

(c) http://kommunist.biz


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.024 saniye