Bu günkü qonağım Psixoloq xanım Nərmin Ağayevadır.
Söhbətimizi siz də oxuyun...
1. Sizi tanıyaq...
- Mən - Ağayeva Nərmin 1994-cü il də martın 31 Bakıda anadan olmuşam. Ailədə 4 nəfərik. Atam, anam bacım Nigar Ağayeva və mən. Ailənin son beşiyiyəm. Qoç bürcüyəm, ali təhsilliyəm, ixtisasca psixoloqam. Hal-hazırda öz ixtisasım üzrə işləməsəm də, bu işim də gözəldir. Özəl şirkətdə işləyirəm. Burda işləməyimə baxmayaraq, öz ixtisasım üzrə işləyəcəm gələcəkdə təbii ki, yüksəkliklərə doğru yavaş-yavaş. İnsan öz istəklərinə nail olmalıdır gərək aşağıdan başlayasan ki, yüksəkliklərə doğru gedə biləsən.
2. İxtisas seçimi öz qərarınız oldu, yoxsa evdən məsləhət gördülər?
- Ali məktəbə daxil olan zaman mənim ixtisas seçimim də çox böyük əziyyəti olub, əmim qızının... O hüquqşünasdır, mənim ixtisaslarımı o yazdı. Pisixologiyanı yazanda o qədər də anlayışım yox idi bu ixtisas barəsində. Əvvəllər Azərbaycanda pisxologiya anlayışının nə olduğnu bilmirdilər. Kasad idik bu ixtisas barəsində. Sonralar pisxologiya inkşaf etməyə başladı və hazırki dövrdə, bəlkə də, ən birinci ixtisaslardan biridir.
Məndə də bu ixtisasa böyük maraq oyanmağa başladı. Öz-özümə fikirləşdim ki, çox insanın arzu etdiyi oxumaq istədiyi bir peşəyə sahibəm. Nəyə görə də inkşaf etdirməyim özümü. Əslinə qalanda, xaricdə hər ailənin özünün pisixoloqu olur. Ailə pisixoloqu həftədə bir dəfə söhbət aparır. Mənən insan dincəlir yorğunluğunu atır. Hal-hazırda ixtisasımı çox sevirəm və buna indiki dövrdə tələbatın çox olduğunu da danmıram. Mən özümü "Balaca
pisixoloq" adlandırıram. Çünki mənim çox gözəl, eyni zamanda, tanınmış müəllimlərim var ki, mən onların tələbəsi olmuşam. Pisxoloji mərkəzlərdə iştirak etmişəm və ardınca getməyimi reallaşdırıram.
3. Cəmiyyət daha çox hansı problemlərdən əziyyət çəkir?
- İştirak etdiyim və daha çox müzakirə obyektinə çevrilən ən geniş problemi mən boşanma və gender bərabərsizliyi hesab edirəm. Çünki hal-hazırda boşanmaların sayı hədsiz çoxalıb. Bir də ki, savadsızlıq... nə anlamda savadsızlıq, əslinə qalanda, ən darıxan məxluq cəmiyyətdə insandır. Hər insanın, danışıb problemini bölüşmək istədiyi bir insana ehtiyacı vardır. Amma hazırki, stiuasiyada deyə bilərəm ki, telefon, sosial şəbəkələr bizi o qədər təsir altına salıb ki, insanların bir-biriylə söhbət etməyə bacarığı belə yoxdu. Daha doğrusu, tapmırlar, çünki bir şeyi telefonla həll edirlər. Kortəbiilik, aslılıq hədsiz dərəcədə yaranıb. Sosial şəbəkənin müsbət tərəfləri də var. Eyni zamanda da, aslılığı hədsiz çoxdur. Şəxsən mənim özümdə də belə bir stiuasiya var. Təsəvvür edək ki, bir evə qonaq gedəndə belə heç bir söhbət tapmırıq. O dəqiqə telefona əl atırıq. Bunu uşaq da edir, böyük də, orta yaşlı da...
4. Evdə pisixoloqun olmağının hansı müsbət tərəfləri var?
- Əslində, anam həmişə fəxrlə deyir ki , "qızım pisixoloqdur"... Amma mən tərifdən qaçan bir insanam. Kimsə məni tərifləyəndə qaçıb gizlənirəm. Belə deyək... Evdəkilərin, yəni ailəmin hər biri ayrı-ayrı xüsusiyyətlərdə və xarakterlərdə olan insanlardır... Ən çox da atamla mən. Daha çox eyniliyimi onda tapıram. Onu da deyim ki, atam xarakter baxımından sərt görünsə də, əslində, uşaq kimi ürəyi var. Məni ən çox anlayan o olur. Belə başa düşürəm, çünki atam təhsilə elimə biliy hədsiz çox önəm verən biridir. Ona görədə irəli getməyimə həmişə dəstək olur.
5. Oxuduğunuz ixtisas, indiki iş yerinizdə və ya yoldaşlarnızla münasibətdə özünü göstərir mi?
- Aha, hədsiz çox özünü göstərir... Hətta belə deyək ki, ilk iş günüm olan gün məndən müdirim soruşdu ki, "ixtisasın nədir?", psixoloq olduğumu bildi və çox böyük bir qürurla dedi ki, pisxoloqa elə hər sahədə eytiyac var. Və inanın mənə ki, işdə hamı tanımadıqlarıma belə soraq çatmışdı. Hamısı yanıma gəldi ki, "Məni də pasient kimi yanına al, söhbətləşək". Bu da məndə gözəl təsüratlar yaratdı.
6.Pisixoloqlar yaxşı dinləyici olurlar.
-Hə düzdür, elə deyirlər. Əslinə qalsa, pisixoloq çox səbrli, təmkinli və ən əsası dinləmə bacarıqlı olmalıdır ki, qarşındakını diqqətlə dinləyib düzgün analiz edə bilsin. Mən çox səbrsiz və hövsələsizəm, amma bacardığım qədər bunu bildirməməyə çalışıram. Çünki fikirləşirəm ki, bu gələcəyim üçün mənə mənfidir.
7. Bildirdiniz ki, boşanmaların sayı hədsiz çoxdur. Sizcə, səbəb nədir?
- Mənim fikirimcə, qocaların misalı olmasın, həqiqətən də, bizim fikirlərimizi yayındıran, özümüzü onlardakı kimi aparmaq istəyimiz, o idealımız türk seriallarından gəlir. Hamımız baxırıq düzdür mü? Hətta belə deyək ki, kino bitəndən sonra, bir müddət onun təsiri altında qalırıq. Amma bir fikirləşmirik ki, bir yaşadığımız mühitə, şəraitə və cəmiyyətə baxaq, kim həyatını kinolardakı kimi yaşayıb və yaxud da yaşayır? Heç kim... İstəmişik, amma xəyal olaraq da qalıb. Təbii ki, bununla kifayətləmirəm və bir çox səbəbdən irəli gəlir.
8. Azadlığınızı nəyə qurban verərdiniz?
- Azadlığımı yalnız gələcəkdə qurduğum ailəyə qurban verərəm. Belə düşünürəm, o da təbii ki, kortəbii şəkildə deyil. Yəqin ki, ailə qurduğum insan da məni tanıyıb, mənimlə münasibət quracaq.
9. Belə biri var mı həyatınızda?
- Əslinə qalsa, sevdiyimm insan yoxdur. Sevilirəm, amma yəqin ki, qarşıma çıxacaq biri də mənim xarakterimə bələd olacaq. Hər bir qadın sevməyə və sevilməyə laiqdir. Amma hər şeyi ağlla, şüurla etməyi sevirəm.
10. Sizin diqqətinizi necə biri çəkə bilər?
- Diqqətimi alicənab, diqqətcil, məsuliyyətli, savadlı, dünyagörüşlü və ən əsası, mənim üçün mədəni danışığı olan və ailəcanlı biri cəlb edə bilər. İnsanın gərək xasiyyəti gözəl olsun ki, bir-birlərini anlaya, başa düşə bilsin, yoxsa bir-birini yola verməsən, heç bir ailə yürüməz.
11. Qadını qadın qılan nədir?
- Qadını qadın qılan özünə güvəni, inamı, eyni zamanda, qadının özünə baxımlılığı...
12. Zövq ilə geyinirsiniz. Geyimlə bağlı hansı qadağalarınız var?
- İdman üslubunu sevmirəm o qədər də, əsasən, klassik üsluba üstünlük verirəm.
13. Və sonda, xanımlara sözünüz?
- Bəlkə də, uzun sözlərimlə yordum sizi amma fikirlərimi geniş şəkildə ifadə edən biriyəm. Çalışaq ki, hər zaman qadınlığımızı, gözəlliyimizi, zərifliyimizi və ən əsası xoşbəxtliyimizi qoruyub saxlayaq...
Gözəl söhbət üçün təşəkkürlər!
- Siz sağolun!
Söhbətləşdi: Aysel Abdullazadə