"Bədbəxtlik içində xoşbəxtlik... (hissə - 3)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 19:07 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!

...Gizli zənglər olmurdu deyə rahat idim. Həmin ərəfələrdə nömrələrə "zəngimcell" xidməti vardı. Nömrəm üçün Rus müğənnisi Alla Puqaçovanın "Million alıx roz" mahnısını zəngimcell etmişdim. Həvəsə düşmüşdüm bir növ. İki gün
sonra kursda tənəffüs vaxtı bu mahnını eşitdim. Baxdım ki, Murad öz telefonunda dinləyir. Axı, zəng də edə bilmirdi, hardan bilirdi ki, bu, mənim nömrəmdə olan mahnıdır?!

Muradın qonşusu Vüsalə haqqında ağlıma belə gətirmirdim. Vüsalə mənə gün ərzində zəng edirdi, ingilis dilindən bilmədiklərini soruşurdu. Mənim ingiliscəm yaxşı olduğundan öyrətməkdən
zövq alırdım. Muraddan bu mahnını eşidəndən sonra dərhal telefonumda mahnılı çağrı xidmətini ləğv edib dayandırdım.

Keçən il oğlanlar qrupunu ikinci mərtəbəyə keçirmişdilər. Zəng vurulan kimi Muradı birinci mərtəbədə dəhlizdə görürdüm. Sinifdən tez çıxırdı ki, məni görsün. Bu il isə sinif otaqlarımız yanaşı idi. Bəzən elə olurdu ki, ingilis dili dərsində iki sinif birləşirdik. Murad sakitcə oturub mənə tamaşa edərdi, müəllim fikrinin dərsdə olmaması səbəbilə dəfələrlə onu danlamışdı.
Murad ingilis dilindən yaxşı nəticə göstərirdi get-gedə. Ağlıma da gəlməzdi ki, sən demə, Vüsalə ilə birlikdə oturarar, mənə zəng edərlər, danışıqlarımı dinləyər, hətta səsimi öz telefonuna yazardı. Məndən sualları soruşanda Vüsaləyə geniş izahını verərdim, onlar da Muradla birlikdə məni dinləyərmişlər.

Qəribə səslənsə də, Murad öz istəklərini mənim üzərimdən həyata keçirirdi. Belə ki, geyimimə Vüsalə vasitəsilə qarışırmış. Vüsalə mənə, geydiyim paltarlarıma Muradın təhriki ilə o yaxşı yaraşır, bu pis görünür deyərək üzərimdə sözünü keçirdirdi, hər nə qədər mən bilməsəm də. O yaşda bir qızın yaşıdı tərəfindən
geyiminin və ya saç düzümünün necə olmasına fikir yürütməsi diqqətə alınan olurdu.

Murad artıq sınaq imtahanlarında ballarını yüksəltmişdi. Bir gün Zərifə mənə orta məktəbdə hər kəsin yazdığı xatirə dəftərini verdi. Bərk-bərk tapşırdı ki, sualların hamısını səmimi və düzgün cavab yazım. Evə gəlib yazmağa başladım. Murad da bu dəftəri yazmışdı. Onun suallara verdiyi cavablarını oxudum. Muradın "sevdiyiniz varmı?" sualına "var, baş hərfi -J-dır" yazdığını gördüm. Bu suala mən də "hə" yazdım, adının isə "M" hərfi ilə başladığını qeyd etdim. Fikrimdə sevdiyim olaraq göstərdiyim adam isə məşhur futbolçu Lionel Messi idi. Messinin şəkillərini isə özümün şəklimi vurmalı olduğum yerə yapışdırdım. Zərifə tez dəftəri açıb, həmin sualı oxudu, kim olduğunu soruşdu, sadəcə
gülümsədim. Messinin şəkilləri ilə yazdığım "M" hərfi arasındakı
bağın fərqinə vara bilmədi.

Beləliklə, Muradın xatirə dəftəri arzusu da ürəyində qaldı...

Ardı var...

Qələmə aldı: Aysel Abdullazadə (Müəllif hüquqları qorunur!)

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0417 saniye