"Bədbəxtlik içində xoşbəxtlik... (hissə - 4)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 19:17 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

P.S: Real yaşanmışlıq əsasında qələmə alınıb!

...Murad kursda mənim oturduğum bütün partaların üstünə "MJS" yazırdı. (Murad Jaləni sevir). Elə olurdu ki, dərslərdə müxtəlif otaqlarda olurduq, səhər gün adlarımızın baş hərflərini partaya
qazınmış şəkildə görürdüm.

Artıq il sonuna yaxınlaşırdıq. Qəbul imtahanları çatmışdı. Direktor
müəllimlərlə danışıb əlavə dərslər təyin etdi. Qrup şəklində evi yaxın olan müəllimlərin evlərinə əlavə dərsə gedirdik. Muradın xalası kursda maliyyə işlərinə baxırdı. Həm də müəllimə idi. Öz evində dərs keçməyə dəvət etdi. Hər kəsə əlverişli olduğu üçün uşaqlar da razılaşdı. Mən çox həyəcanlandım. Bilirdim ki, Murad da gələcək. Uşaqlardan üç nəfər gecikmişdi deyə hələ dərsə başlamamışdıq. Digər otaqdan Muradın xalası qızları
mənə baxıb gülümsünürdülər. Çox utanmışdım. Bir az sonra Murad da gəldi, həyəcanlı görünürdü.
Az sonra hamı hazır oldu, müəllim də gəldi və dərsə başladıq. Sual cavab üçün qrup içində qrup yaratdıq. Müəllim uşaqları iki-iki ayıranda təsadüfən biz Muradla bir düşdük. Sualları birlikdə cavablamalı, bildiklərimizi bir-birimizə öyrətməli idik. Həyəcanım
birə-beş artdı. Sual-cavabda Murad öncəliyi mənə tanıyırdı. Mən isə onun cavab verməsinə və nəsə izah etməsinə imkan vermirdim, bilmədiyim sualları isə dəftərimə qeyd edirdim, evdə baxacaqdım, onun izahına gərək yox idi. Dərs sonuna yaxın Muradın anası ora gəldi, başımı qaldırıb baxmadım. Oğlu üçün mənə baxmağa gəlmişdi. Bundan sonra ailəmə bir neçə dəfə xəbər göndərmişdilər.

Üç gün sonra xəbər çıxdı ki, 11-ci sinif şagirdləri ilə xatirə şəkli çəkiləcək və məzun albomu hazırlanacaq. Şəkil çəkilən zaman arxada qırmızı parçanı Muradgil tuturdu. Sıra mənə gələndə bu parça başıma düşdü, əsəbiləşdim və uca səslə: "adam bir az tutumlu olmağı bacarar" dedim. Murad isə: "bağışlayın" deyib parçanı geri çəkərkən saçımı da çəkmiş oldu. Buna görə də ona: "vəhşisiniz, saçımı qopardınız" dediyimdə, gülümsəyərək: "bir az eləyəm" dedi. Sonra şəkil alma zamanı mənim şəklimin itdiyini dedilər, yenidən də çəkdirmədim. Kollektiv şəkildə isə boy sırasına görə Murad yenə arxamda dayanmalı olmuşdu. Təsadüf də olsa, həmişə birgə olurduq.

Araz kurslarının sınaq imtahanı vardı. Müəllim bizə bilet almışdı ki, gedin özünüzü orda da yoxlayın. Orda da o qədər uşaq içərisində mən Muradın arxasındakı partaya düşmüşdüm. Bütün bunlar təsadüf mü, yoxsa qismət mi, bilmirəm...

Artıq qəbul imtahanı günləri bəlli olmuşdu. İmtahanımı müvəffəqiyyətlə verdim və yüksək balla arzu etdiyim universitetə daxil oldum. Murad isə imtahandan kəsilmişdi. Qəbul ola bilmədi. Kursa təbrik üçün çağırılanda o da gəlmişdi. Sadəcə kənardan dayanıb baxırdı.

İki aylıq tətilim vardı, universitet dərsləri açılana qədər. Muradı unutmalıydım, fikrimdən uzaqlaşdırmalı idim. Atam məni tətil müddətində bir aylıq Moskvaya xalamgilə göndərdi. Orda gəzdim, dincəldim.

Bir ay sonra Bakıya qayıtdım, qeydiyyatdan keçdim. Təzə nömrə almışdım, köhnə nömrəmi isə yenidən aktiv etdim, çoxlu mesajlar və cavabsız zənglər vardı...

Ardı var...

Qələmə aldı: Aysel Abdullazadə (Müəllif hüquqları qorunur!)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0414 saniye