"Bir günlük ölümə ehtiyacım var"
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 13:17 02 aprel 2012 tarixində əlavə olunmuşdur

Bir günlük ölümə ehtiyacım var
Allahın yanına getməyim gəlib
Sıxıldım günahdan, bir əlacım var
Allahın yanına getməyim gəlib

Dünyadan o qədər sual yatır ki
Kimin cavabları kimə çatır ki?
Ruhum da cismimdən uzaqlaşır ki
Allahın yanına getməyim gəlib

Kimlər ağlayacaq, kimlər güləcək
Kimlər məzarlığa mənlə gələcək?
Bəs kimlər mənimlə qəbrə düşəcək?
Allahın yanına getməyim gəlib

Onunla danışıb dərdləşim gərək
Ruhumla Allaha birləşim gərək
Allahın özünə öyrəşim gərək
Allahın yanına getməyim gəlib

Ruhum ondan qopub bir parçasıyam
Bir gün mən yanına qayıdasıyam
Bir gün Allahıma qovuşasıyam...
Allahın yanına getməyim gəlib


... dəfə oxunub
Qiymət: 7/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0244 saniye