"Bu pencəyi anam almışdı..."
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 20:36 14 fevral 2014 tarixində əlavə olunmuşdur

... boş qalmış skamyalardan birində oturdu. Nə qədər çalışsa da əlini balaca pencəyinnin qollarında gizlədə bilmədi. Göm-göy olmuş əllərini şalvarının cibində gizlətmək istədi. Əlləri cırıq ciblərindən bədəninə toxunduqca daha çox üşüyürdü... gözləri gah qarşı skamyada oturan cütlüyü süzür, gah da narhat baxışlarda ətrafı nəzərdən keçirirdi...

...qaçmağa başladı. Bir ayağını arxasıyca çəkirdi. Uzaqdan söyə-söyə gələn polisin səsi eşidildi. Çox qaça bilmədi, şüşə kimi buzun üstü ilə çox qaça bilməzdi. Yıxıldı, çevrilib arxaya baxdı. Ehtiyatlı addımlarla gələn polis yaxınlaşırdı. Ayağa dura bilmirdi. Dirsəklərini yerə qoyub arxa-arxaya sürünməyə başladı.

...Polis artıq çatmışdı. Qaçmağa nə taqəti var idi, nə də qaçmağın mənası. Polis əyilib pencəyinin yaxasından tutdu, arxasıyca sürüməyə başladı. Köhnəlmiş pencəyin yaxası cırıldı. bu dəfə qolundan tutub sürüməyə davam etdi. Hara getdiyini yaxşı bilirdi. Ağlayırdı. Ancaq bir cümləni təkrar edirdi: "Bu pencəyi anam almışdı..."

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0373 saniye