"Bunu hirsimdən yazıram..."
Nuranə Rəhimova tərəfindən "Digər yazılar" bolməsinə 02:37 05 aprel 2012 tarixində əlavə olunmuşdur

Yaza bilmək mükəmməl hissdir... Əslində yazmağı bacarmaqdır mükəmməl olan, elə hiss olanda... kitab oxumamış yazmaq olmazmış... neçə kitab ? 1? 5 ? 500 ? 5000 ? axı kitab bir-iki deyil... Bəlkə mən təzə nəsə yazdım... təzə Janr... olmaz ? Yazmağı bacarmaq mükəmməldir... Bacarmadığını bilmək ....sən olmamaqdır... Bacarmamaq necə olur axı ? Klaviatura ... klaviaturadı günahkar.... 10 barmağın işləyir ... beynin 10-nunu da işlədir... lələk yaxşıdı... 3 barmaq... 70 % enerji qənayəti... Yazmağı yazmağı bacararsan ? sevgini yazdın... fəlsəfəni yazdın... Allahı yazdın... insanı yazdın... tənbəllik eləmiyib şeytanı da yazdın... sonra inciməsin... bəs heç yazmağı yazdın... yazmağ nədir ? necədir ? kimə oxşuyur ? Məncə yazmağ anaya oxşuyur... ürəyindəkiləri, ağlındakılar həriflərlə doğursan... danışmaq da olar ? yox !!! yazmaq danışa bilmədiklərindir... Yazmaq izahatdır... etirafdır... yazmadıqların günahdır... günahlarını etiraf edəndə yazırsan... yazmaq günahların etirafıdır... düşündüklərin günahdı... Əslinə qalsa yaşamaq günahdı... gərəy 13 ilə dünyanı dərk eliyəsən ki, günah işlətməyəsən... bu cığalçılıqdı... heç kəs bu qələti eliyə bilməz... demək hər kəs günahkardı... əla... hamımız cəhənnəmdə yanacağıq... onda günah Allahda olacaq... biz olmayandan sonra hər şey ona qalacaq... onda qalacaq... bütün günahlarımız da onun olacaq... hər şey kimi.... Allahdan qorxmamaq günahdı... demək çoxlu yazmaq lazımdır.... yazmaq lazımdır ki, etiraf eliyəsən , bəlkə bağışladı... deyirlər, hər şeyi bağışlayır... onda hamımız cənnətdə olacağıq... ən yaxşısı yox olmaqdı... qayıdaq yazmağa... Yazmağ rahatlıqdı...yaza bilməyəndə keçirdiyin narahatlığı yazmaq belə olmur... çünki, narahatlıqdı... yazmaqsa rahatlıqdı... yazmaq cəsarətdir... yanlış olan hər şeyi yaza bilərsən... insanlara görə yanlış... onlar nə bilir axı... bildikləri uzağı ton-ton kitablardır... bəlkə yazdıqların düzdür, düzüdür... onlar yanlış bilir... yazmaq nəfəs almaqdı... yazmasan ölərsən... bütün yazmayanlar bəs necə yaşayır ? Kim dedi ki, yaşayır, bəlkə hamısı ölüb... nəfəs alırlar ? hardan bilirsən ? bəlkə yazanların hamısı ölüb, yaza-yaza nəfəs alırlar, hamı kimi diri olurlar, yazmasalar, külək sovurar, una dönüb yox olarlar... Yazmaq faciədir... narkotik qədər... yazmayanlar xoşbəxtdir... yazanlar yazıdan asılıdır... yazmayanda ölürlər... yaşamaq üçün mütləq yazmalıdılar... Yazmaq çətindi, ağlındakını ifadə etməyə söz belə tapa bilmirsən... belə bir şey dünyada mövcud deyil... amma sənin ağlındadır, sən dünyadasan, demək o ağlında olan da dünyadadır, dünyadadırsa demək dünyada var, adını tapmaq çətindir, ağlın dünyadadırsa, bəlkə ağlın burda deyil, göylərdə gəzir , xəbərin yoxdur... bəlkə... Yazmaq pis vərdişdir... ağlına gələni yazmaq vərdişi... lazımsızdır... ağlındadırsa, sən bilirsən... niyə yazırsan ? yazanda sənin olmur hamı görür, bilir, oxuyur, amma heç onların da olmur, axı sənin ağlındakılardır... yazmaq pis vərdişdir... xeyirsizdir... Amma vərdişdir, heç cür tərgidə bilmədiyin vərdiş... Yazmaq istedadır... iki kəlməni bir-birinə calaya bilməyən milyonlarla insan var... Yazmaq bacarıqdır... onu bacarmaq lazımdır... Yazı yazan hər kəsə onu bacarmaq lazımdır... Hər dəfə bacarmayanda nəfəsin kəsilir, cəhənnəmə düşürsən, narkotik saatın gəlir, ağlın uçur, dəli olursan və əzab çəkirsən... yazmağı bacarmaq lazımdır.... hamıdan yaxşı... hamıdan əla... hamıdan mükəmməl ... Sənə görə hamıdan mükəmməl... Qalanları boş şeydi... hər kəsin mükəmməl anlayışı fərqlidi... Qalanlarını unut... qalmayanlarını xatırla...Yazmaq həyatdır... Yazmasan ölərsən...bəlkə onda xoşbəxt olarsan amma ölərsən... Yazmaq üsyandır... həyat tərzidir... intiqamdır... söyüşdür... bəlkə də sevgidir, ya da ondan da qəddar nəsə... adını hələ tapmamışam... Həyatda istədiyin tək şey yazmaqdırsa, yazmağı da bacarmırsansa , hazırlaş, əzrayıl harda olsa indi çatar... Yazmağı bacarmaq lazımdır... Yoxsa ölərsən... Mən bacarmadımsa, ölərəm əybi yox... sən fikirləş yazmağı yaza bilərsən ? yazmaq nədi ? necə olur ? kimə oxşuyur ?


... dəfə oxunub
Qiymət: 6/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Nuranə Rəhimova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
erenbaku108@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.04 saniye