"Doğulduğum gündə də öldüm"
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:13 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ölüm kişidirsə, axıra qədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. (Müəmmər əl-Qəzzafi)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Qətran Təbrizi)

Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. (Boeçiy)

Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidi ilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşa gələn deyil. (Xosrov Ruzbeh)

Yaxşı ölmək özü də bacarıq tələb edir. (Xosrov Ruzbeh)

Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. (Stiv Cobs)

Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. (Epikür)

Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilər. (Mişel Monten)

Ölüm həyatda böyük itki deyil. Böyük itki, yaşayarkən içimizdə ölənlərdir. (Robin Şarma)

Ölüm — yolçunun dincəlməsi, bütün səylərinin sonudur. (Umberto Eko)

İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. (A.Şopenhauer)

Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. (Franz Kafka)

Həyat daha absurd olduqca ölüm daha ağır olur. (J.P.Sartr)

Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan (Yunus Əmrə)

Harada olursunuz olun, hətta uca (möhkəm)qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Qurani Kərim)

Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm. (Blez Paskal)

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. (H.Cavid)

Doğulduğum gündə də öldüm. (İmam Əli)

Doğulmaq ölmək üçündür. (Məhəmməd Peyğəmbər)

Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. (Qoqol)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye