"Dünyaya baxacam və güləcəm"
Nuranə Novruzova tərəfindən "Digər yazılar" bolməsinə 02:45 05 aprel 2012 tarixində əlavə olunmuşdur

Dünyaya aynadan baxacam və güləcəm!
Amma ilk olaraq aynadakı əksimə baxacam və güləcəm. Özümü çox ciddiyə almaq qədər gülünc bir şeyin olmadığını görəcəm. Ruhumun mənə qurduğu tələyə heç vaxt düşməyəcəyəm. Yaradılışın böyük möcüzəsi olsam belə zamanın sovurduğu fırtınanın axınına düşən qum dənəsi kimiyəm.Haradan gəlmişəm?, hara sovrulub gedirəm? heç bilmirəm.Kiməm?,kim olacagımı bilmədən başım hara ayağım da ora prinsipi ilə gedirəm.Bu gün həyatım üçün narahat olsam da, 5 il sonra bəlkə də bu mənasız, adi görünəcək.
Dünyaya baxacam və güləcəm!
Gözlərimdən axan yaşlara qəlbimdən incə bir yanıqlı not kimi qopan acı hisslərimə səbəb olan insanlara necə baxıb gülə bilərəm?Amma yenə də ağlıma ilk gələn kəlməni təkrarlayıram :"Bu da keçər" və yoluma davam edirəm.
Dünyaya baxacam və güləcəm!
Çünki bütün maddi nemətlər boş xülyadır.Ürəyim sıxılanda, darıxanda özümü təsəllilərimlə ovudacam.Hər bir uğurumun müvəqqəti ola biləcəyini düşünüb çalışacam.Uğursuzluqlarıma isə kiçik bir səhv deyib, uğur stansiyasına doğru addımlayacam.
Dünyaya baxacam və güləcəm!
Bütün günümü, hər dəqiqəmi gülüşlərimlə qərq edəcəm .Mahnılarla bəzəyəcəm hər anımı.Xoşbəxtlik adlı gəmidə səyahətə çıxacam.Kədər dalğaları aciz qalacaq gəmimin gücü qarşısında.Xoşbəxt olmaq üçün heç vaxt çabalamayacağam, əvəzinə kədərli olmayacaq dərəcədə məşğul olacam.Sadəcə hər anımın mənə verdiyi xoşbəxtliyi yaşayacam.
Dünyaya baxacam və güləcəm!
Gülüşlərimlə hər şeyi qəbul etdiyimi göstərəcəm.Hər uğursuzluğuma güləcəm, bir də mənim qonağım olmasınlar deyə.Uğurlarıma güləcəm real olmaqları üçün.Pisliklərə güləcəm, yaşanmamış toz olub küləyə qovuşsunlar deyə.
Dünyaya baxacam və güləcəm!
Söz verirəm özümə.Gözümdən süzülən hər damla yaş sevinc yaşlarım olacaq.Hər işimin qarşılığını gülüşlə qəbul edəcəm,xoşbəxtliyin mənə verdiyi həzzi ciyərlərimə çəkəcəm.
Bundan sonra həmişə güləcəm.Anladım ki, gülüşlərim xoşbəxtliyi əldə etməyim üçün mənə vasitə olacaq.
Dünyaya baxacam və güləcəm!


... dəfə oxunub
Qiymət: 2/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Nuranə Novruzova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Həvəskar yazıçı və fotoqrafam. Amma peşəkar olmaq üçün çalışıram.
Əlaqə
E-mail:
e.nurane@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye