"Fərqli olma" eyniliyi.. Üçüncülük.. Qaranlıq..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 00:02 31 dekabr 2014 tarixində əlavə olunmuşdur

"Fərqli olma" eyniliyi.. 

Bilirsən, dostum.. Biz hamımımız insanıq, biz hamımız yuxu görürük, eyni hissləri keçiririk, gözlərimizin rəngi fərqliymiş.. Göz yaşlarımız eyni rəngdədir.. Fərqli adətlərimiz var imiş, hamımız uşaqkən "gizlənqaç" oynadıq.. Fərqli dəri rəngimiz var imiş, daxilimiz eyni rəngarənglikdədir.. Fərqli dillərdə danışırmışıq, eyni hissləri hiss edərək.. Fərqli dinlərə inanırmışıq, hamımız ən əvvəl özümüzə inanırıq.. Fərqli ölkələrdə yaşıyırmışıq, eyni dünyadayıq.. Fərqli görünməyə çalışan insanlarıq, elə ən ilk "eyniliyimiz" də bu istəyimizdir..

"Bir dosta etirafım.."

 

Üçüncülük..

İnsanlar ya ağladan sözləri xoşluyur ya güldürəni, ortadakını anlamırlar heç..
İnsanlar aşağı baxıb yeri görürlər, yuxarı baxıb göyləri görürlər, yerlə göy arasındakını görmürlər heç..
İnsanlar ya inanırlar ya da inanmırlar.. Şübhə etmirlər, üçüncünün fərlqində deyillər..
İnsanlar ya uzundur, ya qısa.. Ortaboylu deyə bir şeyi anlamırlar..
İnsanlar ya yaşıyırlar, ya ölürlər.. Nə yaşaya, nə də ölə bilmiyənlər var..
İlk üç rəqəmə bax.. 1 ilk gəldiyindən üstündür.. 3 isə ən böyüyüdür.. Bəs 2..? Anlamırlar bunu..
İnsanlar gördüklərini və eşitdikləri ilə ya razıdırlar ya da razı deyillər.. Onları at kənara.. Fərz et bir güldür.. Dayanıb dağın başında sən də ona baxırsan, nə gül ilə bir ol, nə də gülü inkar et.. Sadəcə hiss et.. Anla, başa düş, duy, at eqonu, qırağa.. Qoy Taon qalxansız qalsın, qoy 3-cünu kəşf edə biləsən, "ilk ikilik standartları"-ndan çıx..

Boş ver..

Qaranlıq..

Rənglər xoşbəxtliyi ifadə edə bilər, optimislər rəngarəngdir, rəngarənglik fərqlilikdir ya da rənglər gözəllikdir.. Bir də rənglərin olmadığı qaranlığı düşünün.. Pis bir düşüncədi hə? Niyə bilirsən? Çünki biz mağarada qaranlıqda qalıb qorxan insanların nəvələriyik, bizim genetikamızda qalıb qaranlıqdan qormxaq, bizim şüuraltımızda qalıb bu qaranlıq qorxusu.. Daima qaranlıqdan qaçmışıq.. Niyə? "Rəngarəng olsa qorxuducu olmaz.." - deyə-deyə fərqləri, dinləri, dilləri, etnik qrupları, xalqları, millətləri, cinsləri, tarixləri yaratdıq.. Necə aradan qaldıraq bu "diskriminasiyanı"? Söndür işığı.. Hə.. Bütün fərqlər isə unutma ki qaranlıqda bilinmir..


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0264 saniye