"Gözümdən düşdün" birləşməsi də çox dəyərli birləşmədir.. Bu cümləni həm sevdiyinə, həm nifrət etdiyinə deyirsən..
İlk dəfə görüşərkən, səni sevərkən dedim, yanlış anladın yəni ki, "bir dənəsi", gözümdən düşdün, aşağı kipriklərdən sallaşaraq özünü atdın dodaqlarıma, dodaqlardan da özünü ürəyimə atdın, elə oradaca qaldın xeyli müddət..
İkinci dəfə isə son görüşümüzdə dedim, "gözümdən düşdün", sən ilk görüşdəki cavabı gözləməklə yenə yanlış anladın, bu dəfə gözümdən uzun, boş bir uçuruma düşdün.. Nə tutacaq kiprik yox idi, çünki göz yaşları özü ilə eyni uçuruma aparmışdı.. Nə də düşəcək bir ürək yox idi, çünki dağıdıb getmişdin son dəfəsində..