"Günəş baxır buludların arasından"
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 04:58 06 aprel 2012 tarixində əlavə olunmuşdur

Günəş baxır buludların arasından
Nəsə deyir, mənə nəsə pıçıldayır
Eşitmirəm, bir az bərk de...
Osa baxır, mızıldayır
Bəlkə küsüb, inciyib o.
Bəlkə xətrinə dəymişəm?
Danış bilim nədir səbəb,
Axı sənə neyləmişəm?
Naz eyliyir, ya da küsüb
Gizlədir öz gözlərini
Buludlar örtür üzünü
Eşitmirəm sözlərini...
Gah görünür, qamaşdırır gözlərimi
Gülür, baxır, itir gahdan...
Bəlkə nəsə bir sözü var...
Bəlkə xəbər var Allahdan...
Gör necə də mehribandır.
Bəlkə gülür əsəbindən?
İsindirir hər tərəfi şəfqətindən.
Bəlkə bizlər xəbərsizik qəzəbindən?
Nə dərdini açıb deyir,
nə bölüşür sevinciylə...
Kaş bir gün anlaya bilsəm
Desə sözün öz diliylə...
Nə mən yozum sözlərini
Nə o qasın yana-yana
Anlayaq bir-birimizi...
Bölüşək öz sirrimizi...
Günəş... Baxır buludların arasından,
Nəsə deyir, mənə nəsə pıçıldıyır,
Anlamıram sözlərini, küsür məndən
O gizlənir, əsir külək, uğulduyur..
(bir az küləklə dərdləşim)


... dəfə oxunub
Qiymət: 3/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0281 saniye