"Günəşli" yatağında həyatını itirənlərə ithaf olunur
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 21:49 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Mən xilas olmağa çalışıram. Hava çox soyuqdur. Külək üzməyə imkan vermir. Artıq gücüm qalmayıb. Mən boğuluram. Qaz iyi hələ ciyərlərimdən keçməmiş, neftə qarışmış su dolur ağzıma. Mən son gücümlə çapalayıram. Olmur. Mənim artıq gücsüzəm. Neft qoxusu burnuma dolur. Dənizin dibinə gedirəm. Gözlərimin önündən həyatım keçir. O deyirlər kino lenti kimi. Xoşbəxt vaxtlar, sevdiyim insanlar. Daha heçnə yoxdu. Son nəfəsimi alıram. Burnuma, qulaqlarıma dolmuş su yandırır məni. Ciyərlərim artıq suyla dolub. Hər şeyin belə bitəcəyini heç ağlımdan keçirtməzdim. Bəs sevdiklərim? Mənim kimi həyatını itirənlərin ailələri? Evə dönərkən, yolumu gözləyənlərin sevincli baxışlarını görməyəcəyəm? Bəs mən yoxamsa, kim evə pul gətirəcəyək? "Günəşli" həyatımın günəşini söndürdü.Gecdir. Gözlərim yumulur. Və mən boşluğa qərq oluram. "Günəşli" yatağında həyatlarını itirmişlərə ithaf olunur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye