"Kişilər, problemlərini onlara unutduracaq qadınları itirmək istəməzlər" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 16:41 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü qonağımız örnək ana, mükəmməl həyat yoldaşı gözəl müəllimə - Natəvan xanımdır.

1. Salam. Bir az sizi tanıyaq...
- Məndən də hər kəsə Allahın Salamı olsun! Məmnuniyyətlə, adım Natəvan. 27 yaşıma təzəcə qədəm qoymuşam. Sumqayıt şəhərində doğub-böyümüşəm. İxtisasım müəllimədir. Ailəliyəm, bir qızım var.

2. Sizcə, qız üçün ailə qurmağa ideal yaş neçədir?
- 25-26 yaş məncə...Yəni öncə təhsil alsın, ayaqlarının üzərində durmağı bacarsın, daha sonra... Amma təbii ki, hər şeydən öncə xeyirlisi.

3. Qadın təhsilinə və karyerasına münasibətiniz?
- Müsbət əlbəttə. Bu günkü cəmiyyətdə qadın üçün yaxşı təhsil və güclü karyera çox önəmlidir

4. Qadın olmaq çətindirmi?
- Çətindir, lakin nəsə elə bilirəm, kişilərin işi daha çətindir.

5. Məntiq yoxsa sevgi evliliyi etmisiniz?
- Mən sevəndə məntiqi unuduram... Sevgi evliliyi tamamən.

6. Sayğı əsasdır yoxsa sevgi?
- Həmişə demişəm, deyəcəm də. Hörmət sevgidən öndə gəlməlidir.

7. Azərbaycan kişisi qadınını çox qısıtlayır, "o olmaz, bu olmazlar” bitmir və bu qadının içindəki istəyi boğmağına səbəb olur. Özü də baxırsan ki, sevgi əsasında ailə qurublar. Bu gerçək sevgidirmi? Sevmək məhdudlaşdırmaqdırmı?
- Sevgi məhdudlaşdırmaq deyil. Əksinə, bütün bunlar sevgini məhdudlaşdırır.Ümumiyyətlə, hər şey həddində gözəldir qısıtlamaq da, sərbəstlik də... Bax, o dediyimiz hörmət olanda heç nə həddini aşmır.

8. Azadlıq və xoşbəxtlik məfhumları arasında bir əlaqə, bağlılıq varmı?
- Belə izah edim, zənnimcə, evli kişi də, qadın bir az azad olmalı... Amma çox azad olmaq çox xoşbəxt olmaq deyil.

9. Xoşbəxtsiniz yoxsa azad, ya hər ikisi?
- Ailəli olmaqla əlaqəsi yoxdu, mən ümumiyyətlə, həmişə həddim qədər azad olmuşam. Xoşbəxtəm, əksini söyləsəm naşükürlüyə gedir.

10. Qadının azadlığı kişidənmi asılıdır?
- O, özünü dərk etməyə baxır. Əgər o qadında bu cəhət formalaşmayıbsa, onda bəli, kişidən asılıdır.

11. Qismət yoxsa şəxsi seçimlər?
- Şəxsi seçimin sənə bəxş etdiyi qismət deyək.

12. Həyat yoldaşınız arzularınızın həyata keçməsində dəstək olub, yoxsa fikrinizi dəyişməyə çalışıb?
- Bacardığı qədər dəstək olub, bu günə qədər dəyişməyə çalışdığı arzum olmayıb. Arzularım hələ də qüvvədədi.

13. Evlilik etmək üçün hansı kriteriyalar mütləqdir?
- Hörmət, sevgi, iman - ən əsası bunlar.

14. Kişilər hansı qadını itirməkdən qorxarlar?
- Yəqin ki, problemlərini onlara unutduracaq qadınları itirmək istəməzlər.

15. Vətəndaş nikahına münasibətiniz necədir?
- Birmənalı şəkildə pis.

16. Ümumiyyətlə, sevgi, hörmət - möhtəşəm duyğular varsa, mutluluğu yenə də bir kağız parçasına bağlamaq əsasdırmı?
- Yox, təbii ki, ürək bağı daha əsasdır. Sadəcə qanuna uymaq həmişə səni bir addım öndə tutar.

17. "Qadınlar ümumilikdə cənnətdirlər" deyiminə əsasən, siz cənnətsiniz mi?
- Cənnət çox özəl, bilmirəm ki, o qədər özəl ola bilərəmmi... Bu dünyada olsam-olsam qızımın cənnəti ola bilərəm.

18. Azadlıq harda sınırlanır?
- Nəfsin sənə güc gələndə.

19. Kitablarla aranız necədir?
- Gün olub, mən kitablarımı qucaqlayıb yatmışam. Məsələn, vərəqləyib-vərəqləyib ağladığım, kitablarımın səhifələrini qoxladığım günlər olub. Çox sevirəm, hədsiz çox sevirəm... Hamısı işimə olan sevgimdəndir.

20. Ən sevdiyiniz qadın obrazı?
- Çalıkuşu-Fəridə. O, mənim həyatda tək idealım...

20. Balanızı Allah bağışlasın! Sizcə, yaxşı ana kimdir?
- Çox sağolun. Allah arzusunda olanlara qismət etsin, inşAllah. Yaxşı ana atdığı hər addımda öncə övladını düşünən anadır.

21. Ana olmaq necə bir hissdir?
- "Bu həyatda ən çox ana olmağı sevdim" - deyəcək qədər bənzərsiz hissdir.

22. Övladınızın bir ana kimi necə bir təhsilə varmasını istəyərdiniz?
- Əlbəttə tam ali təhsilli... Amma seçim özünün, hansı ixtisası seçərsə, mən ona dəstək olacam.

23. Xoşbəxtliyiniz hansı rəngdədir?
- Rəngləri belə seçməyi sevməm ki... Xoşbəxtliyim rəngarəngdir, deyək.

24. Və son olaraq, xanımlarımıza sözünüz?
- Əziz xanımlar! Həmişə gözəl, baxımlı, şarmlı qalın. Bunu kiməsə görə deyil, məhz özünüzə görə edin. Özünüzü xoşbəxt etməyi bacarın. Gərəkəndə uşaq, gərəkəndə qadın olmağı bacarın. Ruhunuz hər zaman gənc qalsın.

-Aysel xanım, sizə xüsusi təşəkkür, dəyərlisiniz!
-Gözəl və maraqlı söhbət üçün biz də sizə təşəkkür edirin, Natəvan xanım. Dəyərlə qalın!

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye