"Kişinin xəyanəti qadının zəifliyindən irəli gəlir" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 16:32 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü qonağımız örnək ana, mükəmməl həyat yoldaşı
və gözəl bir xanım - Səbinə Bağırovadır.

1. Salam. Öncəliklə, bir az sizi tanıyaq... Səbinə Bağırova kimdir?
- Salam... Səbinə Bağırova 1991-ci ildə Gəncə şəhərində doğulub. Orada da böyümüşəm. Özümü bir neçə kəlmə ilə ifadə edə bilmərəm, çünki içi dolu bir insanam.

2. Çalışırsınızmı?
- İndi çalışmıram. İşləyirdim, ailə qurandan sonra işimdən ayrılmalı oldum, övladım dünyaya gəldi. Amma gələcək üçün böyük planlarım var. Hələ çox şeyə nail olmaq istəyirəm, çünki məktəb vaxtı bunlara imkanım olmadı. Yaxın gələcəkdə addımlarımı daha irəli atacağam.

3. Evlilik deyəndə düşündüyünüz tək kəlmə nə olur?
- Evlilik deyəndə ağlıma ilk öncə sevgi gəlir. Çünki sevgi olmasa, evliliyin heç bir anlamı olmaz. Sevgi isə mənim yoldaşımdır, ilk və son kəlməmdir.

4. Təhsil almaq ailədən sonramı gəlir, sizcə, yoxsa öncəliklimi?
- Təhsil almaq, əlbəttə, çox vacibdir.

5. Ailə yoxsa karyera - hansı daha əsasdır?
- Seçim qarşısında qalsam ailəmi seçərəm. Çünki mənim üçün ailə daha müqəddəsdir.

6. Azərbaycanda qadın olmaq çətindir?
- Qadın olmaq, ümumiyyətlə, çox çətindir. Tək bizim ölkədə yox, bunu anamdan görərək deyirəm.

7. Bu çətinliyi yaşamısınızmı?
- Çox şükür, hələ yaşamamışam.

8. Qadını qadın edən nədir?
- Qadını qadın edən həyat yoldaşıdır.

9. Bəs kişini?
- Mənim fikrimcə, kişidə də eynidir.

10. Deyirlər, hər güclü kişinin arxasında bir qadın dayanır, əksi də ola bilərmi?
- Bəli, ola bilər. Çünki kişi bir şey etmək istəyəndə, işi ilə bağlı və ya başqa nəsə, qadın ona dəstək olur. Mən hər zaman yoldaşıma dəstəyəm. Özü bəzən deyir ki, sən həyatıma gəldin və çox şey dəyişdi, dəstəyin məni daha da güclü edir.

11. Qadın idarəedici olmaq iqtidarındadırmı, sizcə?
- Bəli, amma hər şeydə yox.

12. Ana olmaq necə bir hissdir?
- Ana olmaq - ikinci həyat deməkdir. O qədər gözəl bir hissdir ki, bunu nəsə əvəz edə bilməz.

13. Kimdir yaxşı ana?
- Hər bir övlad üçün yaxşı ana öz anasıdır. Mən də öz anam kimi olmaq istəyirəm. Hələ deyə bilmərəm ki, mən yaxşı anayam. Çünki övladım hələ körpədir, ona verəcəyim, öyrədəcəyim çox şey var. Oğlum böyüyüb, tərbiyəli bir vətəndaş olaraq, işi-gücü yerində, yanında yoldaşı və övladı ilə gəlib: "Ana, var ol! Yaxşı ki, varsan!" deyəndə mən yaxşı ana adını qazanmış olacam.

14. Yaxşı həyat yoldaşı həm də yaxşı anadır anlamı daşıya bilərmi?
- Xeyr. Bunlar arasında çox fərq var. Hər iki adı ayrılıqda qazanmaq lazımdır. Hər ikisinin məsuliyyəti ayrıdır.

15. Məntiq evliliyi yoxsa sevgi?
- Əvvəldə də dediyim kimi sevgisiz evlilik ola bilməz.

16. Hörmət əsasdır yoxsa qırılmaz sevgi?
- İkisi də mütləqdir.

17. Kişi bir qadını mutlu edə bilmək üçün nə etməlidir?
- Bir qadını xoşbəxt etmək üçün ürək lazımdır. Çünki qadını hiss etmək üçün kişinin sevən ürəyi olmalıdır. Bu varsa, o qadın dünya xoşbəxtidir.

18. Səbinə xanım xoşbəxtdirmi?
- Əlbəttə, xoşbəxtəm.

19. Geri qayıtsanız dəyişək nələrsə varmı?
- Bəzən düşünürəm ki, geri qayıtsam, çox şeyi dəyişərəm. Amma geri getmək əvəzinə irəli gedərəm, keçmişdə edə bilmədiklərimə gələcəkdə nail olaram.

20. Evlilik yaşını qız üçün hansı aralıqda bəlirləyərdiniz?
- 22-23 yaş ən yaxşı vaxtdır, məncə.

21. Xəyanət edən kişi zəif kişidirmi?
- Elə hal olur ki, kişinin xəyanəti qadının zəifliyindən irəli gəlir.

22. Ailə qadına nə qazandırır?
- Sevgi varsa, ailə insana çox şey qazandıra bilər. Sevgidən ərsəyə gələn bir varlıq - övlad... Əlbəttə, çətinliklər qaçınılmazdır, təcrübə qazandırır.

23. İctimai qınağa münasibətiniz necədir?
- Kimsə kimsəni qınamaq ixtiyarına sahib deyil, çünki kimin nə yaşayacağnı kimsə bilməz.

24. "Qadınlar ümumilikdə cənnətdirlər" deyiminə əsasən, siz cənnətsiniz mi?
- Qadınlar Ana adını qazandıqdan sonra cənnətdirlər. Anam mənim cənnətimdir. Allah bütün anaları qorusun!

25. Həyatınızda iz buraxan kitab olub mu?
- Çox kitab oxumuşam, maraqlıları olub, amma iz buraxan xatırlamıram.

26. İnsanın formalaşmasında əsas rol kimi nəyi görürsünüz?
- Bəzən ailə mühüm rol oynayır. Bəzən isə həyat özü onu formalaşdırır.

27. Qadın kimi sizi nə xoşbəxt edir?
- Xoşbəxt olmağa səbəbim çoxdur. İlk öncə ailəm - sevən bir insanın yanımda olmağı və övladım.

28. Kişi qadına sahib olar, qadın kişisinə aid - bu fikrə münasibətiniz birmənalıdır mı?
- Kişi qadının ürəyinə sahib olmalıdır, onda qadın ona id olur.

29. Xanımlara sözünüz?
- Hər zaman özünüzə dəyər verin, pozitiv olun. Bəziləri özünüzə dəyər verin deyəndə özündən razılıq kimi dəyərləndirir. Elə deyil. Sağlamlığınızı qoruyun, baxımlı olun. Həyatdan ancaq gözəllikləri alın.
Bir misal var: İki insan yağmurlu havada pəncərədən baxdı, biri palçıq, su, çirk gördü, digəri isə payızın bəxş etdiyi gözəlliyi, ətrafa saçılan qızılı yarpaqları. Siz də gözlərinizi gözəl açın, onda həyat sizin önünüzə bütün varlığını sərəcək!

Gözəl və pozitiv söhbət üçün təşəkkürlər!
- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0393 saniye