"Mən dəniz olsaydım..."
Ilhamə Həsənova tərəfindən "Şeir" bolməsinə 21:30 07 yanvar 2017 tarixində əlavə olunmuşdur

Mən dəniz olsaydım, dalğalarımla

Yuyardım qəlblərin günahlarını.

Ahu-naləsini qeybə çəkərdim

Sahilə atardım savablarını.

 

Mən dəniz olsaydım, sərin mehimlə

Dolardım, dolardım nəfəsinizə.

Çoşqun sularımda üzən gəmitək

Sizi ağuşuma alardım tək-tək.

 

Mən dəniz olsaydım, qoymazdım bir can

Batsın sularımda, batsın yalnızca.

Mavi sularımı yelkən edərdim

Qayıqtək üzərdim sahil boyunca.

 

Eh … dəniz olsaydım, dəniz olsaydım

Mən nələr edərdim, nələr edərdim.

Bütün kainatın, bəşəriyyətin

Sevinc, kədərini məndə bölərdim.

 

İMZA: İLHAMƏ


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0221 saniye