Çoxları anlamadı məni… Anlamaqlarını gözləmirdim, bilirdim ki anlamyacaqlar. Ən azından nəyəsə görə hörmət edəcəklərini düşünürdüm.
Bəli məhz bu belədir! Biri çıxıb hayqırsa ki “Mən müsəlman deyiləm”heç kim soruşmaycaq ay qardaş, ay xanım bir de görək nə olub axı belə hayqırrsan? Hər kəs başlaycaq ittiham etməyə… Əsası olmayan ittihamlar…
Ard-arda yazdığım din ilə əlaqəli yazılarım oxuclar tərəfindən məhz bu reaksiyanı gördü. Ümumi oxuyanların 3-4% mən özüm müəyyən yerlərinə izahat gətirdikdən sonra isə 5-10%i mənim demək istədiklərimi başa düşdü. Buda bir uğurdur. Buda bir nəticədir. Ancaq dayanmaq olmaz. Bəlkədə bu gün qarşılaşdığımız maneələr olacaq ancaq sabah üçün bunları ötüb keçməliyik.
Yalnız gələcək üçün işlərimizin nəticəsini görə bilərik. Müsəlmançılığın nə olduğunu bilməyən birinə müsəlman olmadığını dediyin anda sənə qarşı kafir və ya buna bənzər ifadələr işlədirsə özünüz təsəvvür edin vəziyyəti.
Din çox incə bir mövzudur. Bu haqda hər kəs danışmamalıdır. Din haqqında hər kəs danışdığı üçün belə bir vəziyyətə düşmüşük. Sadəcə gözlərinizi yumun və təsəvvür edin. Qarşınızda xaosa bürünmüş dini vəziyyət görəcəksiniz. Bunun səbəbini başqasında axtarmaq lazım deyil. Səbəbkar biz özümüzük. Özümüzü düzəltməliyik. Düşüncələrimizi cilalamalıyıq.
Açıq-aşkar bəyan edirəm : Əgər ki, din bu gün sizlərin söylədiyi, daha doğrusu əməl etdiyi bir məfhumdursa mən sizlərdən deyiləm. Mən o şəxlərdənəm ki, qarşımdakı insana milliyətindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq hörmət edirəm. Mən o insanam ki, qarşımdakının fikri ilə razılaşmasam belə onu sonadək dinləyirəm. Mən o insanm ki, düşünüb təhlil etmədən kimlərinsə fikrinə münasibət bildirmirəm.