Yenə yıxılacaq qalxacağam mən
Səmada şimşək tək çaxacağam mən
Dünyamı dəyişsəm heç nə dəyişməz !
Göylərdən dənizə baxacağam mən
Çiçəklər üstümə yaraşıq olar
Gülsəz qəbrim üstə bir işıq olar
Ruhum dünyanıza sarmaşıq olar
Qanda damar kimi axacağam mən
Salamlar gətirdim mərd oğullara
Qeyrət,vətən üçün yaşayanlara
Elin şərəfini daşıyanlara
Hüzür yağmuru tək yağacağam mən
Rüstəmin içində sözlər incidir.
Vətənin gülməyi tək sevincidir.
Getiyi yollarda haqq birincidir
Allahın mülkünə çatacağam mən