"Mən..."
Metexan Qaraişıq tərəfindən "Şeir" bolməsinə 21:24 01 aprel 2014 tarixində əlavə olunmuşdur

 

 

                    Mən…

                                                

                    Mən insanam,vardır uzun dilim

             Amma bu millətə,bu cəmiyyətə yoxdur heç bir xeyrim.

                      Dostluq,mərdlik anlayışı ölüb mənim üçün,

                         Artıq fərqlənmir bir-birindən düzüm,əyrim.

 

Mən vicdanam,hər adamda tapılmaram,

Qaniçən,rüşvətxor kəslərdən uzaqdayam.

Gecələr qonaq gələrəm sizlərin yatağınıza

Elədiyiniz səhvləri pıçıldaram qulağınıza.

 

Mən üsyanam,adım tarix dərslərində

Bəzi insanlar adımı çəkir yeri gələndə

Utanc hissi verir artıq adım çəkilərkən,

Kuklalar oyuncaq etdi məni əlində.

 

Mən xalis sabun,itirmişəm mənliyimi,

Hətta danmağa belə hazıram öz kişiliyimi

Mənə vacibdir maddiyat,yoxdur mənəviyyatım

Kişilik dəftərində yoxdur mənim qeydiyyatım

 

Mən zindanam,buralarda çox hörmətim

Hökmüm kasıblara,”tuz”lara yox cəsarətim

Məndən uzaq durun,çünki mən pis mühitəm

İnsanın gələcək üçün ümidlərini söndürürəm...

 

Mən müharibə,neçə körpəni qoydum yetim

Şərq bölgəsinə tez-tez olur ziyarətim

Məni Habillərin əllərindən xilas edin

Bezmişəm artıq,qalmayıbdır taqətim...

 

Mən mentalitet,çıxacam bu xalqın axrına

Kütbeyin mollalar basıbdır məni bağrına

Mənasız qaydaları soxuram insanın ağlına

Fikrimcə bu həyat ancaq qəfəsdir qadına !

 

Mən şeytanam,əzəldən var bir məqsədim

Adəmoğluna böyük nifrət bəslədim

Ulu Tanrıma,məhəbbətlə bağlı idim

Bu səbəbdəm Adəmə ,əyilib səcdə etmədim.

 

Mən Allaham,bu şairə ruh verən

Şeytana qiyamətə qədər vaxt verən...

 

 

   © Metexan Qaraişıq ,2014

 © Bermud Production ,2014

 

 

Qeyd: Müəllif hüquqları tam qorunur ! Yazıya görə sayt rəhbərliyi yox, Bermud Production məsuliyyət daşıyır.

 

                                                                    


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

Metexan Qaraişıq
Haqqında
" Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı. "

© Joker
Əlaqə
E-mail:
mehi_282@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye