"Muğamdan sinfoniyaya. Azərbaycan musiqisi Eurovision gözü ilə"
Nuranə Rəhimova tərəfindən "Digər yazılar" bolməsinə 02:06 30 may 2012 tarixində əlavə olunmuşdur

Muğam-simfoniya- evrovision məntiq testlərində bu variant "Uyğunsuzluğu tapın" şərtinin düzgün cavab variantı olur. Yazı mətninə gəldikdə isə uyğunluq və hətta vəhdət tapılmalıdır. Azərbaycan musiqisi və ələxsus da muğamı unikal bir musiqi növüdür. Bir neçə şərq ölkəsində muğam olsa da bizim muğama tərif vermək hər halda yersiz olar. Qulaq qulaqdırsa, gor gordur. Yəni görünən dağa nə bələdçi. Simfoniya və klassik musiqiyə gəlincə isə Şərqdə və eləcə də bütün dünyada yetərincə sözümüzü demişik. Bu haqqda nəsə deməyə istənilən halda mənim haqqım yoxdur. Böyük-kiçik söhbəti var. Avropaya yad anlayış olsa da axı biz şərqik və şərqdəyik.
Azərbaycanın Evrovisionda cəmi 5 illik tarixi var. 1956 -cı ildən keçirilən və etiraf etmək lazımdır ki, Grammy qədər peşəkarlar meydanı deyil də, yeni başlayanlar üçün tranplin olan bu yarışmada 10 illiklərlə çıxış edən və uğur qazana bilməyən ölkələr var. Amma vallah əgər əsas olan ölkənin adının çəkilməsi, musiqisinin duyulması və səsinin eşidilməsidirsə heç yer tutmağa və qalib gəlməyə ehtiyac da yoxdur.
Amma biz qalibik. Həmin gecə qalibiyyətimizə ürəkdən sevinmişdim. Ürək dolusu sevinmişdim. Hələ də qalib gəldiyimiz üçün şadam. Amma bu qalibiyyət kimlərinsə evi bahasına nəticələnir. Adamın sevinci ürəyində qalır. Çox uzaqlaşdım deyəsən mövzudan. Azərbaycan səsi olsaydı yenə də nəsə yazardım. Axı təmsil olunduğumuz 5 musiqinin 4-nün bəstəkarı İsveçlidir. Yəni bizi əslində İsveç musiqisi təmsil edir. Muğam və simfoniya səltənətinin sahibi olan bizim üçün utandırıcı haldır. Yəni il ərzində avropa sayağı bir musiqi bəstələyə bilmirik mi ?
Deyirlər, yamanlığa yaxşılıq nər kişinin işidir. Nər kişi- sifətinə bu il Alim Qasımov yiyəlndi. Mən onun kimi sənətkar olsaydım, bu ilki evrovision mahnı musabiqəsindəki "VVhen the music dies" mahnısının sonunda uzaqdan eşidilən o bir tikə muğamı oxumağı özümə təhqir sayardım. Oxumazdım.Amma o ifa edib. Bu fikrimlə razılaşan hələ bircə nəfər də görməmişəm. Amma sözün, fikrin və əqidənin azadlığının konsitutsiya ilə qorunduğu bir ölkənin vətəndaşı olaraq öz fikrimi bəyənib, hörmət eliyirəm. Azərbaycan musiqisi olaraq, Evrovision tariximizdə bir parça tardan da istifadə etmişik. Amma bu da tar boyda ağsaqqala yaraşan hərəkət deyildi. Öz fikrimdi. Tarın tar yeri var, muğamın muğam, jazzın jaz, popun pop, rokun rok, yəni hərənin öz yeri var. Şair çox gözəl şəkildə izah etmişdi ki, " səhv düşəndə yerimiz" nələr baş verir. Yerimizi səhv sala- sala gəlib çıxdıq birinci yerə , çünki Avropalı bilmədi ki, bizdə nəyin yeri hardadır. Elə bildi ki, muğam back vokal, tar gitara əvəzi ola bilər. Özümüzü necə tanıdırıqsa elə də tanıyırlar. Düzdü bu gün qalibik, amma muğam back vokaldır. Buna yəqin elə də fikir vermək lazım deyil. Axı Evrovision özü elə də fikir veriləsi bir müsabiqə deyil. Daha ciddi işlərlə məşğul olanlar var. Allah bizi onlardan saxlasın, adi bir müsabiqə üçün Bakı yazığın başına gəlmiyən qalmadı, bir addm ciddidə bədəni də gedər. Mən Bakıda doğulub, burda böyümüşəm, burda yaşayıram və burda da yaşamaq niyyətindəyəm. Ona görə də təki yaxın bir neçə on illikdə belə müsabiqələrə ev sahibliyi edək. Bir az yuxarıda da yazmışdım, mən əslində Evrovisionda bir il əvvəl qalib gəldiyimizdə ürək dolusu sevinmişdim. Bu qədər pessimist və dərinliyini düşünən deyildim. Amma bu bir ildə çox şey dəyişdi. Elə mənim fikirlərimdə. Kim deyib bilmirəm, amma qəşəng deyib:b Mövqeyini dəyişməyən bir ölülər bir də dəlilərdir ". Proseslər inkişaf etdikcə, yönünü dəyişdikcə insanların da mövqeyinin düz və ya tərs mütənasib şəkildə dyişilməsi normaldır məncə. Daha doğrusu elə hamınca.
Bu yazını Universitetə təqdim etməliyəm. Qəbul olunmayacağına əminəm. Çünki, əslində istənilən daha dərin araşdırılmış, ciddi yazı idi. Amma yazını verəndə gərək adına baxaydılar bir də " esse yazın" tələbinə. Essedirsə, mənim düşündüklərim bunlardır. Fərqli ya da başqa bir yazı yaza bilməzdim. Axı gərək hər şey öz yerində olsun ki, vəhdət təşkil olunsun.


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Nuranə Rəhimova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
erenbaku108@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0268 saniye