"Narıncı sistem"
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:03 19 noyabr 2014 tarixində əlavə olunmuşdur

Uşağın təlim-tərbiyəsi ilə məşğul olmağa başlayarkən heç vaxt "narıncı sistem" tətbiq etmək olmaz. Nədir bəs "narıncı sistem"?! İzahedilməsi bir az çətindir. Bu sistem uşağı ömürlük tabeçilik altında saxlayır. Ata-ana öz övladlarını gələcəyin kral və kraliçəsi kimi yetişdirmək arzusu ilə onun əlini ağdan qaraya vurdurmur.Gələcək həyatını planlaşdırırlar ki, can parçaları həyat yolunda əzab-əziyyətə düçar olmasın. Uşaq cəmiyyətə "tənbəl" kimi deyil, "sistem köləsi" kimi təqdim edilir ki, bu da onun şəxsiyyətinin inkişafında ən böyük əngəl törədir. Onun səhv etməsinə, yıxılmasına, ağlamasına, zərbələr almasına, dost-düşmən qazanmasına, anlamasına və daha nələrə icazə verilməyə sistem öz şəbəkəsini genişləndirərək şüursuz robot hazırlamaqdadır ki, çoxları da bunu görüb anlamır.
Uşağın yıxılıb dizinin qanamasında, dostları ilə dalaşmasında, ailə üzvləri ilə konfliktə girməsində, dərslərində 2-3 almasında heç bir qəbahət yoxdur. Bu, hamıda müşahidə olunacaq bir haldır. "Olmaz" kimi nidalar altında uşağa təzyiq göstərməklə heç bir şey öyrədilmir. Qadağa olunan istənilən şey ona maraqlı gəldiyindən edəcək. O yıxıla-yıxıla böyüyəcək, ağlaya-ağlaya öyrənəcək. Səhv etməlidir ki, yaxşı-yamanı ayıra bilsin.
Məsələn, 1-2 həftəlik it balasına bir sabun və  ya ayaqqabı verək və tamaşa edək. İt  balası əvvəlcə sabun və ya ayaqqabını çeynəyəcək. Sonrasında özü də dərk edəcək ki, bunun birtəhər dadı var. Və əl çəkib uzaqlaşacaq onlardan. Böyük itlərin davasına şahidlik edərək digər cins itlərin qulaqlarını dişləməməyini anlayacaqdı gec-tez.
Dostumun bir tanış ailəsi var. Bu ailə mühafizəkarın ən, ən, ən qatısı sayılırdı. Yeganə övlad olan Muradı göz bəbəkləri kimi qoruyaraq onun əlini ağdan-qaraya vurmağa qoymurdular. Onu nə bağçaya qoydular, nə də oynamağa buraxdılar ki, gedib həmyaşıdlarına qarışsın. Ata nazirlikdə yüksək vəzifələrin birində çalışırdı deyə maliyyə çətinliklərinin olmadığı açıq-aşkar bəlli idi. Muradın otağı oyuncaqlarla dolu idi Ana evə heç bir qohum-qonşu uşağını buraxdırmırdı ki, amandır uşağıma yoluxucu xəstəlik keçər. Məktəbə gedərkən belə ona ciddi xəbərdarlıq edillirdi, "heç kəslə dostluq etmək yoxdur, hamısı xain çıxacaq, bütün fikrin dərs oxumaqda olsun." Eynən valideynlərin istədikləri kimi oldu məktəb həyatı. Uşaqlar onunla danışmaq istədikdə onlardan uzaqlaşırdı. Dərslərini əla oxusa da, müəllimlər onun psixologiyasından bərk narahatçılıq keçirirdilər. Hətta dəfələrlə valideyn iclasında belə bu məsələni ana ilə ciddi şəkildə müzakirə etsələr də, heç nə alınmadı.
Yüksək balla tələbə adını qazandı. Əlbəttə, valideynlərin təzyiqlərini unutmaq olmaz. "Biznesin idarə edilməsi"ni oxuyub bitirənədək sistemdən kənara addım atmadı. Qrup yoldaşları kafelərə, barlara gedirdilər, gecələri tanımadıqları fahişələrlə keçirdirdilərsə, Murad gecələrini dərs oxumaq məşğuliyyətindən qalmadı. Atası ona pulla, daha düzü, rüşvət yolu ilə dərslərinə, imtahanlarına yardım etmək istəsə də,  Murad razılaşmırdı. Heç vaxt səsini qaldırıb qışqırmırdı. Hətta qrupda ondan gizli ad qoymuşdular Murada-"mama uşağı"
Əsgərliyə getməyə qoymadılar. Atası kimlərlə görüşdüsə, nələr danışdısa, əsgərlik həyatı başlanmadan sonlandırıldı. Ana bunu eşitcək dərindən "oxay!" deyib rahatlaşdı. Ana evdar qadın olsa da, Muradın evdə olmadığı vaxtlar salonlarda, şopinqlərdə idi. Muradın zəngindən sonra tələsik özünü doğma yurduna çatdırıb oğlundan günün hadisələrini danışmağı tələb edirdi. Ev işlərini isə o deyil, yaşlı qadın görürdü. Evə gənc qız istəmirdilər ki, birdən Muradı yoldan çıxardar,sonrası vaxsey!
Atasının  nüfuzu sayəsində qısa müddətə işləməyə başladı. Özünü birdən yüksək vəzifədə tapan Murad kimlərə nə əmrlər vermək lazım olduğunu bilmirdi. İlk 3 ay müddətində onun rolunu öz üzərinə götürən Fazil onun dünyasına daxil olaraq dərin çöküntü yaşadığının şahid oldu. Fazil əslində Muradın atasının tanışlarından birinin oğlu idi və  ondan xahiş etmişdilər ki, Muradın işləri ilə bir müddətliyə özü məşğul olsun. Muradla gec də olsa dil tapmağa müvəffəq olduqdan sonra bircə günün içində onun həyat hekayəsini öyrəndikcə dəhşətə düşdü.  
Murad isə gecəni elə ofisdə viski dolu qədəhə boş-boş baxmaqla keçirtdi. Fazilə içini boşaltdıqdan sonra yaşadıqları gözlərinin önündə bir kinolent kimi canlanırdı. Gözlərini qapatdıqda 2 damcı istilik yanaqlarına yandırıcı təsir gücünü göstərdi. Telefonunu qapatdığından ata-anasının zənglərindən, mesajlarından xəbərsiz idi.
Səhərisi gün onu nə işdə tapdılar, nə evdə, nə də digər yerlərdə...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+7=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye