Hər bir övlad valideyin üçün dəyərlidir.Bu,elə bir dəyərdir ki,dünyanın heç bir neməti ilə əvəz edilməz.Bu günlərdə,oğlumun ortaya çıxan kiçik psixoloji problemiylə əlaqədar olaraq tanışların məsləhətiylə "narınc"uşaq psixologiya mərkəzinin Gəncə filialına getmək məcburiyyətində qaldım.Qapıda,"resepşen"deyilən xidmət bölməsində əyləşən iki gənc qız,ilkin olaraq 20 AZN rüsum ödəməli olduğumuzu dedilər və mən də ödənişi etdim.Ümid edirdim ki,övladım üçün çəkəcəyim maddi əziyyət qısa zamanda öz bəhrəsini verəcəkdir.Lakin,necə deyərlər,"sən saydığını say,gör,"narınc"uşaq psixologiya mərkəzinin Gəncə filialı nə sayır." Əlqərəz,ödənişdən sonra 40-AZN də ödədik və keçdik "psixoloq"xanımın yanına və hər şeydə bundan sonra başladı.Xanım "psioloq"ödəniş reseptimizin arxasına bir dizi müalicə yazdı və 5-yaşlı uşağın başının rentgen olunmasını da bura əlavə etdi.Necə deyərlər,söz ailədə uşaq oldusa,qarşınızdakı fürsətçilərin sizi ağır atmosferə salacağından zərrəcə şübhəniz olmasın.Nə isə,resept əlimdə yenidən "resepşendəki" qızlara yaxınlaşıb sənədi onlara verdim.Bizi ilk qarşılamada gülərüzlə qarşılayan xanımların üzündə təbəssüm deyil,artıq bir "rəsmiyyət" yer almışdı.Zatən bu xanımlar ilk etapda aldıqlarını almışlar-iki cümləyə qarşılıq 60-azn.Xülasə,xanın qız reseptin arxasına "psixoloqların"yazdıqlarını hesablayıb bildirdi ki,bizim bu mərkəzdəki 5-günlük psixoloji kursumuz 275-azn tutacaqdır.20-günlük kurs 1100-azn və nəticəyə də bir zəmanət yox.Belə mərkəzi olmaz olsun-deyibən də,həmin yerdən dərhal uzaqlaşdım.Sonra,övladımla şəhər xəstəxanasına rentgen üçün getdim.Həmin xəstəxananın peşəkar həkimlərindən tanıdığım biri dedi ki,5-yaşlı uşağın başını rentgenə saldırmağı tövsiyə edən bir psixoloqun və ya həkimin özünün beynində zatən bir sıxıntı var.Belə rentgendən sonra,bu yaşda uşaq 6-ay şüanın təsirində olur.Beləcə naəlac,ümidsiz və kor-peşman evimizə qayıtdıq.Yol boyu bir gerçəyə yaxın oldum ki,o da,uşağın ən yaxşı psixoloqu elə valideyin özüdür.Bu yazını yazmaqda başlıca məqsədim,gün-gündən artan belə mərkəzlərin yağlı vədlərinə uyub digər valideyinlərin də,oyuna düşməməsidir.Sözsüz ki.fürsəti qənimətə çevirənlər Haqqın dərgahında layiqli cəzalarını alacaqlar."Narınc"uşaq psixologiya mərkəzinin Gəncə filialındakı bu ədalətsiz və insafsız əməlləri önə çəkmək boynumun borcu idi və mən bir valideyin olaraq bu borcu ödədim.Gerisini həmin mərkəzin Gəncə filialının insafına buraxır və Allahda heç bir valideyinə övlad dərdi verməməsini dua edirəm.