"Narkomafiya"
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 19:44 05 fevral 2014 tarixində əlavə olunmuşdur

      Ağ Ölüm...

Necə də maraqlı səslənir..
Amma deyim ki, ölümün ağına da lənət, qarasına da..

Neçə əsrlərdir ki, insan ölümünün sayı hədsiz artıb. Bunun səbəbləri inşaat, yol qəzaları, içki, söyüş, siqaret, narkotidir..  Bunların hər biri tamam ayrı və geniş mövzudur. Biz indi "Narkomafiya"dan danışacağıq.

Sizə maraqlı bir xəbər verim. Əvvəllər tütün dərman kimi istifadə edilirdi. Sonra isə öldürmək üçün.. Diri diri intihar üçün..


Bu narkotik də elə bir zibildir ki, gənclərin ətəklərindən elə yapışıb ki, bu zəhrimardan necə qurtarasan bilmirsən..

Hətta eşitdiyimə görə, Amerikada artıq bu satışdadır. Yəni, apteklərdə var..
Əgər ki, bu ölüm Azərbaycana gəlsə, qutuların üstündə yazılacaq ki,
  " Səhiyyə nazirliyi xəbərdarlıq edir :
Narkotik sizin sağlamlığınıza zərərdir"


Bu belə...

Bilirsiniz necədi?
İnsan aludəsi olduğu şeyi atmaqda çox çətinlik çəkir. Hələ bu şey onu gerşək həyatdan bir müddət də olsa azad edirsə..Onları keyləşdirir və uçurur.

 Yalan söz deyil.
Özü də elə uçurlar ki, "red bull" bunun yanında "analgin" kimi qalır..


Dünyanın istər inkişaf etmiş,istər qeyri inkişaf etmiş ölkələrində bunları ixrac edən orqanlar var. Mafiya halında küçələrə səpələnirlər. Gənləri bunlara öyrəşdirirlər. Gəncləri istifadəyə yararsız bir hala salırlar.
 Bu da pul tələsidir.
 İnsan övladı tələlərdən başını qurtara bilmir ki, bilmir...
 Bədbəxt edirlər cavan nəsli...

Fikirləşin..
Anası uşağıı min bir əziyyətlə böyütsün. Sonra bir doza zəhər üçün anasını bıçaqlasın bu xeyirli övlad...
Neçə evə oğru girir. Bunların əksəriyyəti narkomafiya zibilinə düşən biçarələrdir.

Gənclər hər şeyi anlayar deyiriki, alınmır..
Qocalar anlar deyirik, ümumiyyətlə alınmır..

Ax, necə bir çirkabdır bu?
Bir müddətlik "tərki-dünyalıq" üçün bir ömrü atırlar "korzinkaya"..

Və gənc nəsil də bu cür "fəallaşmağa" "divijeniya" deyirlər...

Vay bu insanların halına...

Məhkəmə qərar qəbul edir:
 " Narkotik istifadəçiləri və satıcıları məsələn, 3 il həbs çəkəcək"

Ay yazıq... Sözüm "hakim bəyə`dir"
 " Sənin oğlun da qoşulub e. İstfadəçidir. Get, başıva çarə qıl"

 Yəni, bu elə bir "zarazitdir" ki, varlı, kasıb fərq etmir. İlk dəfə gördüm ki, sosial fərq tələb etməyən bir "ölüm" var...

 Özü də, "Ağ Ölüm.."


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0227 saniye