"O" və "SƏN"
Sevinc Bayramova tərəfindən "" bolməsinə 05:14 23 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Kədərlənmə! Dərdlisənsə bir ürəyin var deməkdir. Ürəksizlər dərd çəkə bilməzlər ki. Nə xoşbəxt sənə ki, kədərlənə bilirsən. Toxunan var demək ki, ürəyinə. Əgər toxunulmasaydı ürəyinə demək ki gözdən çıxarılmadın. Demək ki sən hələ bir ümid tarlasısan.
Kədərlənmə! Kədərlənirsənsə, biri var ki cılız varlığını düşdüyü palçıqdan qaldırmaq istəyir. Onun üçün toxunur ürəyinə. Qiymətini bil ki, üzməyə dəyər görür səni. Hüznlərin ürəyinin torpağını darmadağın edirsə, sən əkilməyə layiq bir torpaqsan deməkdir. Kədərlənmə! Başın aşağı gəzirsənsə, içini istilədəcək xəbərlərin mürəkkəbi damlamış olmalı ömürünün dəftərinə. Qar yağırsa güvəndiyin dağlara, sabahın düzənliklərində rəngarəng çiçəklərin olacaq deməkdir. Dəhşətli fırtınalar sarsıdırsa sevinclərinin zirvəsini, küləklər döyürsə ümidinin yamaclarını, bir uca dağsan sən demək ki, azca gözlə, xoşbəxtlik sənə əl ədir sabahından.. Kədərlənmə! Səni Biri yaxınlığına çağırır demək ki... Gözdən çıxarmamış olmalı səni.. Kədərlənmə! Kədərlənirsənsə, bir müqəddəs təsəlli qapısının qarşısında gözlədilirsən deməkdir. Gözlərini qaldır vəfasız dünyanın eşiyindən. Ümidini kəs saxta doymalardan. Qapı açıldı açılır deməkdir.Kədərlənmə Kədərlənirsənsə, itirəcəyin bir şeylər var demək ki... İtirəcəyi bir şeyi olanlar çoxdan qazanmışlardır. Əlinə keçməyənləri saymaqla istehlak etmə nəfəsini, əlindəkiləri saymağa başla. Hamısını saysan belə, nəfəsini saymağa nəfəsin çatmayacaq deməkdir. Bax nə qədər zənginsən. Kədərlənmə! Səni bir "Eşidən" var. Səni sənin özünü belə sevməyindən əvvəl O sevdi səni. Çəkdiyin ağrılara məşğul çalan telefonlar kimi kor və kar deyil O. Ürəyinin hər yanğınına O yetişir. Ayrılıqlarını və çətinliklərini metal soyuqluğundakı plazalar kimi əhəmiyyətli hesab etməz deyil O. İtirdiklərinin hamısını sənə qaytaracağına söz verir. Sevdalarına və həsrətlərinə çox variantlı imtahan kağızları kimi dadsız və duzsuz düsturlar təqdim etmir. Səni hər kəsdən çox anlayır, səni sənin özünü düşündüyündən çox düşünür. Gözyaşlarınla imzalayasan istəyir yalvarışlarını.Kədərlənmə! Varlığının bədəninə cızıqdır hər hüzn. Varlığından xəbər verər kədərin. Xatırlayarsanmı, bir zamanlar xatırlanmağa dəyər bir şey belə deyildin? Heç əhəmiyyətli hesab olunmadan zibilə atıla biləcək çirkli bir su ikən sən, üzünə bir tək O baxdı. Heç kəsin axtarıb soruşmadığı, əhəmiyyət verib adını bir kənara yazmadığı o günlərdə, sənin adını ilk O andı. Xatirini bildi. Səni yanına aldı. Həmişə yanında oldu. Sən səni unudub da başını yastığa qoyduğunda belə, səni hər dəfə səhərə çıxardı. Sən Onu dəfələrlə unutdun amma O səni əsla unutmadı.Kədərlənmə! Qaldır başını yerdən. Çiyinlərindən silkələyib özünə gətirmək istəyir səni O. "Rəbbin sənə küsmədi ki..." Gözlərinin içinə içinə bax sevdiklərinin. "Rəbbin səni unudub tək buraxmadı ki..


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0405 saniye