"O"
Narniya tərəfindən "Ədəbi tənqid" bolməsinə 17:12 03 may 2015 tarixində əlavə olunmuşdur

Bu gün bir az “O” ndan danışacam. Amma düşüncələrimi bəzi “kitab qurdları”nın dediyi kimi yalnız sentimental qadınlara yaraşan poeziyaya təslim etmədən, Nüsrət Kəsəmənlinin hər kəsin feyziyab olduğu demirəm, heç olmasa bircə dəfə adını eşitdiyi şeirindən yan keçərək. Ona görə yox ki, “qurd”larla eyni fikrə şərikəm, ya da onlarla eyni düşüncəni “ Yaxşı oğul neynir ata malını“ deyib də sonradan hərisliklə “ata malı” kimi paylaşıram. Əsla.

Tam başqa aspektdən. Daha adi cümlələrlə, gündəlik, lakin çox real bəsit mövcudlarla yazıram.

Xülasə ... Əlqərəz...

"O" Azərbaycan gəncidir.

Bəzən "O"nun yerə- göyə, ya da kainata sığmayan qürur anlayışı dostunun 3dəqiqə gec yazılmış mesajına 30 dəqiqə, hətta daha gec cavab yazmaqdan ibarətdir. Orhan Pamuk yazır : “ Təkəbbür düşüncədən, yəni qeyri- maddi formadan məkan formasına düşəndə muzeylər yaranır.”

Təxəyyülün məhsulu gilə, kətana, taxta parçalarına hopanda incəsənət nümunəsinə çevrilir.

“O”nun qürur adlandırdığı xəbis təkəbbürü isə məkan formasına keçəndə, yəni barmaqlarla klaviatura ilə həkk edildikdikdə, onsuz mövcud muzeyə - “mesaj qutusu”na daha bir eybəcər eksponat əlavə olunur. Bənzətməm Nobel laureatının qulağından iraq !

"O"un lüğətində anlayış sözü yoxdur. Çünki "O" güzəşt etməyəcək, bəhanələrə aldanmayacaq qədər ağıllıdır. Axı kompromis- fikrinin arxasında dura bilməyən, zəiflər üçün xarakterdir.

"O" özünə güvənir.Nəqliyyatda kiminsə səhvən başqa dayanacaqda düşdüyünün şahidi olsa, “O” istehzalı gülüşlə gülər, gözləri ikrahla parlayar. Çünki bilir, özü heç vaxt bu cür axmaq səhv edə bilməz. Mümkün deyil!

"O" düşüncəlidir. Möhtəşəm yeraltı səltənətdə - metroda yan oturacaqda məs; başını "Vərəm" kitabının səhifələrində qərq eləmiş biri otursa, yerini dəyişib, qatarın lap o biri başındakı boş yerdə oturar. Aydındır ki, kitab biçarə, bədbəxt tələbəni xəstəliyə yoluxdurmuşdur.Sağlamlığının qayğısına qalmalıdır, ya yox ?!

"O" uzaqgörəndir. Kimsə "Psixiatrik xəstəxana harda yerləşir?"- soruşsa, ona göz almaları bu saniyə həndəvərindən çıxacaq kimi təəccüblə baxıb, ağızucu, sözləri kəlbətinlə çəkirmişsən kimi cavab verər. Axı "O"ndan dəlixana yeri soruşurlar. Qarşısındakının sabahın psixiatrik xəstəsi olmadığı “dahi O"na nə məlum?!

"O" müasirdir. "Bu, mənim etnik kökümdür", fikirləşib milli musiqiyə qulaq asan heç kəs "O"nun dostu ola bilməz. Şur, Rast, Seygah, Rəşt... “O”na nə maraqlıdı ki, bunlar Milli İrsdir?! Yaxud dostluq üçün daha dərin dəyərlər var!

"O" sözün əsl mənasında insanpərvər,köməksevərdir. "O"na saman çöpündən asılı olanda yardım əli uzadan hər kəsin həmin vaxt gözləri üstdə yeri var.

"Bağda ərik var idi,

Salaməleyk var idi.

Bağda ərik qurtardı,

Salaməleyk qurtardı."

"O" cəsarətlidir. Öz mənfi cəhətlərini etiraf edəcək qədər cəsarətli, amma hələ onları aşkarlaya bilməyib.

Və sonda

"O" təəssüf edir. Təəssüf edir ki , hər kəs "O"nun kimi deyil.

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.023 saniye