"Payız gəlir"
Mehman Məmmədov tərəfindən "Digər yazılar" bolməsinə 04:05 05 aprel 2012 tarixində əlavə olunmuşdur

Allahın yaratdığı varlıqlardan biri də fəsildi. Bu dördlük onlara verilmiş ixtiyarlara uyğun yer üzündə dolaşırlar. Bunların da ən ali məqsədi insanlara xidmət etməkdir. Hər fəsil müxtəlif vaxtda, müxtəlif yerdə hakim olur. Səbəb isə onlara Yaradan tərəfindən heç bir istək qoyulmamasıdır. Onların ən əsas sevidyi an insanların arzuladığı vaxtı yaratmaqdır. Fəsilə aşiq olanlar deyər: "qış gəlir", "yaz gəlir", "yay gəlir", "payız gəlir".

Qəlblərində payızı yaşadanlar onu arzulayar, "payız gəlir" deyərək sevinərlər. Onların gözləri həmişə payızı görər, qəlbləri onun soyuqanlığını hiss edər. onunla birlikdə daha da sevinər, xoşbəxt olarlar. Payız onlara yeni bir gözəllik yaşadar. Amma bunu qəlbində ona sevgisi olanalar duyar.

Payız onu sevənlərinə tərəf tələsər. ilk yağış damcısının səsi ilə onlara "salam" deyər. Ağacdan ayırdığı yarpaq xəzəllərinin səsi ilə məşuqlarının eşitmək istədiyi mahnını oxuyar. Bu həzzi isə heç nə ilə müqayisə etməz. Bununla o, qəlblərin şahına çevrilmək istər.

O, insanlara fərq qoymaz, onlara sevgi ilə yanaşar. Sevinc həmişə kədrlə şərikdir. Payızın kədəri gözəlliyini kar və kor olanlara hiss etdirə bilməməsidir. Həmişə onlara yaxınlaşmaq istəyər, bununla onlara məhrum olduqlarının əvəzini verməyə çalışar.

Onun da yazdığı, demək istədiyi sözlər var. Yazdıqlarını buludların rəngindən, formasından oxumaq, səsini isə yerə, evlərin damına dəyən damcıların səsindən, nolçalarda şırıldayan sudan eşitmək olar. O, hər bir xüsusiyyəti ilə fərqlənmək istər, ən əsası məşuqlarının qəlbini o biri yoldaşlarının almasına imkan verməz. Məşuqlarından ayrı qaldığı müddətdə onlardan digər yoldaşlarına həvəs göstərməsini qısqanar. Yaşadığı müddətdə öz gözəlliyi ilə onların qəlbini fəth etməyə, onlara sevgi hissini yaşatmağa çalışar.

Hər bir şeyin başlanğıcı olduğu kimi sonu da vardır. Payız da artıq öz yerini qışa verməlidir. Axı qışın da öz sevgililəri var. O, da onlarla görüşmək, öz paklığını onlarla bölüşmək istər. Payız gedir. Burdakılarla sağollaşıb, başqa qəlbləri fəth eləməyə. Bizə qalan onun yaşatdığı hisslərdir. Payıza qovuşana qədər onu bu hisslərdə tapacağıq.

 


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Mehman Məmmədov
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Yazmağa və bədii ədəbiyyata həvəsim böyükdür. Macəra janrında yazılan əsərləri sevirəm. Ən xoşladığım əsər - Daniel Defonun \"Robinzon Kruzo\" romanı. Düşündürücü yazılar yazmağa çalışıram.
Əlaqə
E-mail:
mehmantelebe@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0253 saniye