Azərbaycanın tanınmış fantas yazarı Vüsal Nurunun "Prezidentin qızı" adlı yeni romanı çap olundu. Kitab yazıçının üslubuna uyğun olaraq qotik janrdadır. Mistika, dəhşət, paranormal hadisələr, nəfəs kəsici sujet xətti, axıcı və rəvan təhkiyəsi kitabı sizə sevdirəcək.
Bu fərqli romandır, başqalarına bənzəməz!
"Pirallahı adasının yaxınlığındakı kantorların birində əlli il əvvəl baş vermiş hadisə bura təsadüən gəlmiş dört dost olan fotoqraflar və onların iki fotomodel qızları tərəfindən yenidən təkrarlanır. Kantorda faciyəvi, sirrli, müəmmalı şəkildə ölmüş adamların taleyini indi həmin fotoqraflar yaşamağa məhkumdurlar. Onlar bilmədən kontordakı lənəti oyadıblar.
Çəkdikləri şəkillərlə lənəti evlərinə gətirirlər. Şəklin mistikası onların həyatlarını alt-üst edir. Evlərində paranormal hadisələr baş verir.
Əlli il əvvəl ölmüş qoca kişi onların qarşısına çıxır. İndi ölümləri qaçılmazdı.
Qardaş qədər doğma olan dostlar arasındakı körpülər yanır. Buzlar əridikcə saxtalıqları, xayinlikləri, nifrətləri, sirrləri üzə çıxır. Onlar baş verən hadisələrdə bir-birlərindən şübhələnir, bir-birlərinin qatı düşməninə çevrilirlər.
Lənəti pozmaq üçün və əsil həqiqəti tapmaq üçün əlli il əvvəl bu kontorda işləmiş qocanın və onun üç dostunun ölüm sirri, səbəbi tapılmalıdır".