"Qadın çoxbilmiş olmalı, içində oturan "ifritə"ni oyaq tutmalıdır" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 13:04 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Müsahibimiz yeni ailə qurmuş gənc qadınlara örnək olacaq bir xanım... Gözəl qadın, qayğıkeş ana, vəfalı həyat yoldaşı - Vəfa xanım 27 illik xoşbəxt ailə həyatının sirlərini
bizimlə bölüşdü.

Vəfa xanımla müsahibəni təqdim edirik:

- Salam, Vəfa xanım, sizi tanıyaq.
- Oktyabırın 18 -də 53 yaşım olacaq. 27 ildir ailəliyəm, iki qızım var. İkisi də insanpərvər, ikisi də xeyirxah. Oxuyublar, böyük qızım ailəlidir. İkinci qızım ağ atlısını gözləyir. Həyat yoldaşım... Onu bütün çevrəsi sevir, çox zaraftcıl, mehriban, yeri gələndə çox zəhmli biridir. Biz onunla həmdə dostuq. Dərdləşməyi bilirik. Mənə izin verib bütün yanlış, düzümü onunla bölüşüm. ( izin deyəndə ki, məni özündən qorxutmayıb)

- Belə bir fikir bildirmisiniz ki, "Qadın çoxbilmiş olmalıdır, diqqətli olmalıdır. Yəni qısacası, içində oturan ifritə oyaq olmalıdır" -maraqlı fikirlərdir.
- Sizcə də elə deyil mi? Hər qadının içində var. Amma iki cür olur: xeyir və şər kimi. Mən xeyirə işləyənlərin tərəfindəyəm. Qadın hər zaman oyaq olmalıdır. Bir gözü yatanda biri oyaq olmalıdır. Həm ailəsini qorumaq üçün, həm övladlarını tərbiyə etmək üçün. Həm də ətrafa göz gəzdirmək üçün. Çoxlu oxumaq, öyrənmək, öyrətmək üçün. Elə deyil mi? Əgər hər iki gözümü yumub yatsam, ətrafımdan xəbərim olmaz...

- Güzəştə gedən insanlar çox vaxt uduzur. Güzəştə gedənsiniz?
- Yerinə və zamanına görə deyək. Söhbət sırf xəyanətdən getsə, ƏSLA, böyük hərflərdə yazın bunu, ƏSLA GÜZƏŞTƏ GETMƏRƏM. Yox, bəzi xırda məsələlər olarsa, buna görə gedərəm.

-Ailə quranda yüz ölçüb bir biçdiniz, yoxsa sevib qərar verdiniz?
- Məhəbbət elə bir nemətdir ki, onu dadanda metr olmur, ölçüb biçəsən. İlk baxışda bəyənmədim onu. O isə ilk baxışdan bəyənib və Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni" şeiri onun vizit kartı oldu, beş il çəkib bizim EVLƏNMƏYİMİZ. Bilsəydim, daha tez evlənərdim. Anam nəvə görərdi . Ehh...

- Evlilik sevgini bitirir deyirlər. Siz necə düşünürsünüz?
- Düzdür, belə deyirlər. Bizdə nədənsə hər şey əksinədir. Bitməz, bunu düşünmək belə tükürpərdicidir.

- Evdə kimin sözü keçir?
- Bu sualı ona versəydiniz deyəcək Vəfanın. Bayaq o "ifritədən" danışdıq, hərdən onu çox işlətmək lazımdır. Məni eşidər, sayar, hörmət edər. Mən onsuz heç addım ataram?! Bilirəm, etiraz etməz çox şeyləri mənə. Mən də həddimi bilirəm. Onun nəyi istəyir, nəyi istəmədiyni lüğətimdən çıxarmaram.

- İndiki ailələr niyə yaz yağışı kimi qısa ömürlü olur? Günah kimdədir? İndi qizlar çox dözümsüzdür, deyirlər, tez-tez eşidirəm bu sözü, sizcə də, belədir mi?
-İnanırsınız, hər gün bu haqqda düşünürəm. Qızlarımızın taleyi məni çox incidir. Çox əzablarla üzləşirlər. Qaynanalar, qaynatalar hər iki tərəf, bu kiçik dövlətin, qollanıb-budaqlanması üçün əllərindən gələni etməlidirlər. Hərdən, mən də düşünürəm, bizim dözdüklərimizə bizim övladlarımız dözmür. Ötəri sevginin qurbanları çoxdur. Feminist deyiləm, amma oğlanlarda da günah az deyil.

- 27 illik bərabərliyinizdə sizin əməyiniz çoxdur, yoxsa, həyat yoldaşınızın, ya ikinizin də?
- O çox səbrli insandır, dözümlüdür, mən də dözümlüyəm. Hərdən, Rəbbimə yalvarıram, onda olan səbrdən mənə də versin. Bir də, biz heç vaxt bir-birimizdən vaz keçmedik. Onu heç kəsə etibar etmədim. Hər zaman qulluğunda sevə-sevə durdum. Onun dostları və xanımları məni çox sevər, sayarlar. İkimiz də əmək verdik. Əgər soruşsanız, yenidən gəlsən dünyaya yenə mi onu seçərdin? Tərədüddsüz olaraq "bəli, onu seçərdim" olar cavabım. Çünki məni heç kəs üçün əzdirmədi. 27 ildə bir dəfə də olsa, onun ailəsi tərəfindən kimsə məndən ona şikayət etmədi. Çünki şərait yaratmadı. Yoxsa, səhvim olmayıb mı? Əlbəttə olub, soruşsan qaynanam da deyəcək. Amma Elçini utandıracaq heç nə etmədim.

-Vəfa xanım necə anadır?
- Ana kimi anadır. Və ya bu suala mən yox, mənim mələklərim cavab versəydilər, mən də onların gözündən Vəfa xanımı görsəydim.

-Vəfa xanım sizdən xoşbəxtliyin reseptini istəsəm?
-Ən başda çox sevmək, qarşılıqlı hörməti qazanmaq və itirməmək. Dönük olmamaq, hər gün yenidən aşiq olaraq yaşamaq. Bir gül ilə yaz olmaz, deyirlər. Gülüzarı iki sevən insan yaradır.

-Sonda, yeni ailə qurmuş gənc xanımlara nə demək istəyərdiniz, nələr tövsiyyə edərdiniz?
- Nə tövsiyyə edərdim. Heç zaman məğlub olmasınlar. Mübariz, döyüşkən olsunlar. Məhəbbət tükətməsinlər. Qadın hər zaman sevgilisi üçün, əri üçün qapalı ORBİT olmalıdır. Ahəstə-ahəstə özünü tanıtmalı, sevdirməlidir. Səbrli, baxımlı olmalıdır, SEVDİKCƏ gözəlləşməlidir, SEVDİKCƏ sevdirməlidir...
Bütün qadınlara xoşbəxtlik arzulayıram!

Söhbətləşdi: Çeşmə Əli


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye