"Qiyamət "
Benjamin tərəfindən "Şeir" bolməsinə 13:51 17 aprel 2014 tarixində əlavə olunmuşdur

 

Qılacaq hamı namaz bir belə dövran gələcək,
Öləcək cümlə bəşər, hamı müsəlman gələcək!
Nə qədər yoxdu qiyamət tut oruc, qıl namazı,
Sonra zənn etmə namaz qılmağa imkan gələcək!

əcəlin çatsa sənin sanma qurtardın canıvı,
Eləki gəldi qiyamət yenidən can gələcək!
Eləki gəldi məqam, sorğu sual eyləməyə,
Allahın qarşısına çoxları peşman gələcək!

Çoxda nahaqdan dünya malına göz yaşı tökmə,
O vaxtı gözlərindən göz yaşı yox, qan gələcək!
Mömin darıxma, haqqı tapdalayan tapdalasın,
Allahın əmri ilə sahibi dövran gələcək...


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Benjamin
Haqqında
Sadece Her Anin keyfini Cikar Gerisi Onemli Deyildir ....
Əlaqə
E-mail:
toto.80@bk.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye