"Quttmann lənəti"
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 10:15 02 may 2014 tarixində əlavə olunmuşdur

Portuqaliya təmsilçisi “Benfika” UEFA Avropa Liqasında növbəti dəfə finala çıxıb. Turində “Sevilya” ilə üz-üzə gələcək Lissabon klubu üçün kuboku qazanmaq heç də asan olmayacaq. Belə ki, 1963-cü ildən bəri UEFA yarışlarında 7 dəfə finala yüksələn “Benfika” bütün oyunlarda uduzub. Bunun isə bir səbəbi var - “Quttmann lənəti”...

1959-62-ci illərdə klubun baş məşçisi olan macar mütəxəssis Bela Quttmann 1961 və 1962-ci illərdə Avropa Kubokunu (indiki Çempionlar Liqası) “Benfika”ya qazandırır. Bundan sonra rəhbərlikdən əlavə ödənişlər tələb edir. Klub rəhbərliyi isə müqavilədə belə müddəaların olmadığını əsas gətirərək ona rədd cavabı verir. Quttmann isə istefa verir. Həmin vaxt macar mütəxəssis “Benfika”nın növbəti 100 ildə Avropa çempionluğu görməyəcəyini deyir. “Quttmann lənəti” də belə başlayır...

Komanda bundan sonra Avropada 7 dəfə final oynayır: 1963-cü ildə “Milan”a, 1965-də “İnter”ə, 1968-də “Mançester Yunayted”ə, 1983-cü ildə “Anderlext”ə, 1988-də “PSV”yə, 1990-cı ildə “Milan”a və, nəhayət, 2013-cü ildə “Çelsi”yə uduzur. 

Portuqaliyalı əfsanəvi futbolçu Eysebio lənətini geri götürməsi üçün Bale Quttmannın qəbrini də ziyarət edib. Amma, hələ ki, bunun bir faydası olmayıb...

“Benfika” isə lənəti sındırmaq üçün daha bir imkan qazanıb. Bunun üçün mayın 14-ü baş tutacaq finalda “Sevilya”nı üstələmək lazımdır.


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0261 saniye