"Səhv"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 02:45 03 may 2012 tarixində əlavə olunmuşdur

  Küçənin qurtaracağında, qumarxananın yanında bir adam görünür. Əynində köhnəlmiş boz pencək və qəhvəyi şalvar olan bu adamın baxışlarında kədər hiss olunur. Peşmançılıqla dolu kədər. Sanki həyatının məhv olduğunu düşünürdü. Qəribə bir tərzdə ətrafa göz gəzdirir, sanki kimdənsə kömək gözləyirdi. Bəs onun həqiqətən də köməyə ehtiyacı vardımı?

 Bəzən deyirlər insan bir səhvinin ucbatından bütün həyatını məhv edir. Yalnız özünün deyil, həm də ətrafındakıların, yaxınlarının həyatını. O da, Arif də belə bir səhvə yol vermişdi. Vaxtilə yaaxşı işi, evi eşiyi vardı. Xoşbəxt həyat tərzi keçirirdi. Öz ailəsi ilə birlikdə. Lakin bir gün dostlarının onu indi qarşısında dayandığı qumarxanaya aparması onun həyatını əsaslı şəkildə dəyişdirdi. Əvvəlcə “maraq üçün onayıram”-deyirdi. Ancaq zaman keçdikcə bu maraq bir ehtiyaca çevrildi. Həyatını məhv edən ehtiyaca. Hər gün işdən çıxdıqdan sonra buraya, qumarxanaya gəlirdi. İşdə qazandığı pulları qumara qoyurdu. Evə də gec gəlməyə başlamışdı. Evdəkilərin xəbəri yox idi. Nə atasının, nə anasının, nə də təzəcə ailə həyatı qurduğu həyat yoldaşı Afətin. Vaxt keçdikcə bu gecikmələr evdəkilərdə müxtəlif suallar oyatdı. Arifə ünvanlanan bu sualları Arif məharətlə cavablandırırdı. Əlbəttə yalan danışırdı. Deməli artıq o yalanın da qurbanına çevrilmişdi.

    Beləcə bir müddət qumarxanaya getdi. Bütün pullarını uduzdu. Bir gün axşam evə gəlmədi. Qumarxanada oyununa davam etdi. Ta ki pulu qurtarana qədər. Ancaq onda qəribə bir hiss var idi. Oynamaqdan doya bilmir, itirdiklərini geri qaytarmaq istəyirdi. Ancaq pulu yox idi. Evə gəldi. Anasının pis günlər üçün saxladığı bir neçə qızıl bilərziyi götürüb yenidən qumarxanaya yollandı. Bilərzikləri də uduzdu. Artıq onu soyuq tər basmışdı. Nə edəcəyini bilmirdi. Evə qayıtsa idi nə baş verəcəkdi. Sabah anası yuxudan oyananda bilərziklərini görməsə onun oğurladığını biləcəkmiydi? Bu cür suallar Arifi çaş-baş salmışdı. O, evə getməyi qərara aldı. Axı getməsə evdəkilər lap şüphələnərdilər. Evə getdi. Gecə saat 3 olardı ki, o, evə çatdı. Qapını astaca açıb içəri girdi. Afət oyanmışdı. O, Arifə yaxınlaşıb soruşdu:

   - Çox mu işin vardı?

   Arif bir anlıq tərpənmədən Afətin sifətinə baxdı. Qeyri-ixtiyari bir tərzdə:

   - Hə, hə. Çox işim vardı – dedi. Sonra yatmağa getdi.

Afət artıq ondan şübhələnməyə başlamışdı və evə bu cür gec gəlmələr onu çox narahat edirdi.

    Sabah Arif durub işə yollandı. İşini qurtardıqdan sonra qumarxanaya getməyi fikirləşdi. Ancaq nə ilə? Onun pulu yox idi. Pulsuz onu kim içəri buraxacaqdı? Nə isə... Bu gün evə tez gəldi. Atası onu yanına çağırıb söhbət etmək istədi:

   - Arif, bura gəl.

    Arif atasının yanına gedib kresloda əyləşdi:

   - Buyur, ata, nə deyirdin?

   - Neçə gündür üzünü görmürəm. Gecə gec gəlirsən. Sabah da ki, tezdən çıxıb gedirsən.

   - İşimiz çox olur, ata.

   - O, nə işdir elə, səni qoymur rahat yatasan?

   - Bir maşın veriblər. Yığılmaq üçün. Biz də onun üstündə yaman əlləşirik ki, müştərinin xoşuna gəlsin. Yazıq Əli dayı da lap hələk olub.

   Əli dayı Arifin atasının yaxın dostu idi. Arifi işə o götürmüşdü. Bir maşın təmir dükanı vardı. Burda Ariflə bərabər sifarişləri yerinə yetiridilər. Arif pis dolanmırdı. Hər halda ailəsini saxlaya bilirdi. Ancaq qumarxanaya getdiyi gündən bəri evə pul gətirmirdi. Qazandığı bütün pulu qumarxanaya aparır və hamısını uduzurdu.

   Atası sözə davam etdi:

   - Nə vaxt qurtaracaqsınız işinizi?

   - Yəqin iki-üç günə qurtararıq.- dedi və anasının onu çağırması ilə kreslodan durdu. Anası evdə çörək olmadığını söylədi və onun çörək almasını istədi. Arifin cibində olan bir neçə qəpik-quruş çörək almaq üçün yetərli olacaqdı. Arif çölə çıxdı və 15-20 dəqiqədən sonra evə qayıtdı. Axşam yeməyini yeyib qurtardıqdan sonra atası “gəl bir nərd oynayaq. Çoxdandır oynamırıq” – dedi və masanın kənarına keçib əyləşdi. O gecə Arif əvvəlki günlərdə olduğu kimi evdə xoş vaxt keçirdi. Yəqin, pulu olmadığı üçün qumarxanaya bugün getməmişdi. Bəli, yoxsa gedərdi. Sanki gizli bir qüvvə onu oraya, qumarxanaya dartırdı, “bura gəl”- deyirdi. O da getmək istəyirdi. Ancaq pulu yox idi. Sabah Əli dayı ona maaşını verəcəkdi. Bu cür fikirlərlə o, nərd oynamaqda davam edirdi.

   Sabah işə yollandı. Əli dayı onun pulunu verdi və : “bu gün onsuz da iş olmayacaq, get evə. İndi mən də gedirəm”-dedi. Bu sözlər Arifi bir qədər sevindirdi. Tez qumarxanaya yollandı. İtirdiyi pulları geri qaytarmaq üçün maaşını qumara qoydu.

   Axşam düşmüşdü. Arif isə yenə son zamanlar olduğu kimi evə gəlməmişdi. Atası Əligilə zəng etdi. Dedi bəlkə onlarda olar. Telefonu Əli götürdü:

   - Salam, Əli. Necəsən?- dedi Arifin atası. Bir az hal-əhval tutduqdan sonra Arifi soruşdu:

   - Arif sizdədir?

   - Yox. Mən bu gün maaşını verdim və dedim ki, get evə. Çoxdan gəlməliydi.

   - Yox. Hələ gəlməyib. Görəsən hardadır?

   - Əşi, cavan oğlandır da, yəqin dostları ilə harasa gedib. İndi gələr.

   - Əli, bilirsən son zamanlar yaman gec gəlir evə. Neçə gündür üzünü düz-əməlli görmürəm.    Deyirdi işimiz çoxdur. Yaxşı yadıma düşdü, maşını təhvil verə bildiniz?

   Əli heç nə başa düşməmiş kimi:

   - Hansı maşını?

   -Necə yəni, hansı maşını? Arif deyirdi ki, bir maşın veriblər yığılmağa, biz də onun üstündə işləyirik. Ona görə evə gec gəlirəm.

   Əli çaşqınlıq içərisində:

   - Bilirsən, çoxdandır bizdə elə bir iş olmur. Son zamanlarda maşın da verməyiblər təmir üçün. Hərdənbir bir-iki maşın gəlir, yağını dəyişib yola salırıq. Buna da ki, çox vaxt getmir. Özü də mən Arifi də son zamanlar evə tez buraxıram.

Bu sözləri eşidən Arifin atası Zahid bir qədər təşvişə düşdü:”Bu oğlan görəsən niyə yalan danışır?” – deyə fikirləşdi. Sonra:

   - Sağ ol, Əli- deyib telefonun dəstəyini yerinə qoydu. Sakitcə oturub bir qədər də fikirləşdi:”görəsən bu oğlan nə işlər görür?”.

Zahid axşam yatmadı. Kresloda oturub Arifi gözlədi. Gecə saat ikiyə işləmiş Arif gəldi. Yavaş addımlarla içəri girdi ki, evdəki heç kəsi oyatmasın. Ancaq atasını oyaq görəndə bir qədər qorxdu. Axı atası bu vaxta qədər oyaq qalmazdı. Zahid Arifi yanına çağırdı:

   -Bura gəl.

   Arif qorxmuş şəkildə onun yanına getdi və:

   - Nə olub, ata – dedi.

   - Harda idin?

   - İşdə.

   - Nə işin var idi?

   - Demişdim axı, maşın düzəldirik.

   Bu cavabı eşidən kimi Zahid möhkəm səslə qışqıraraq:

   - Yalan danışma. Düzün de görüm harda idin?

Zahidin bu qışqırığı evdəkiləri oyatdı. Onlar qonaq otağına keçdilər və sakitcə qapının ağzında durub Zahidlə Arifin söhbətinə qulaq asdılar. Arif isə sakitcə durub, Zahidin son olaraq ona ünvanladığı sualı cavablandırmaqdan boyun qaçırmaq istəyirdi. Zahid isə bu dəfə sakit şəkildə:

   - Bu vaxta qədər nə iş görürdün:

   Arif:

   - Dostum gilə getmişdim. Ad günü idi.

   - Hansı dostun.

   - Asif dayının oğlu Rüfətin.

   - Son vaxtlar deyəsən dostlarının ad günü dalbadal olur. Hər gün gec gəlirsən evə.

   - Yox. O biri günlər işimiz çox idi. Ona görə evə gecikirdim.

   Zahid yenə əsəbi bir halda:

   - Yalan danışma. Əli dayın deyir ki, son vaxtlar işimizi tez qurtarırıq. Mən də, Arif də evə tez gedirik.

   Bu sözlər Arifi lap pis bir vəziyyətə qoymuşdu. O, bir qədər fikirləşdi. Nə yalan uyduracağını düşündü və deyəsən tapdı:

   - Başqa bir yerdə də iş tapmışam. İşdən çıxandan sonra ora gedib işləyirəm. İstəyirəm evə bir az artıq pul gətirim.

   Arifin verdiyi bu cavab Zahidi bir qədər sakitləşdirdi. O, dedi:

   - Bəs bizə niyə demirdin?

   - Dedim bəlkə, ikinci bir işdə işləməyə qoymazsınınz.

   - Oğul, bax. Sən artıq uşaq sahibi olacaqsan. Əlbəttə, evə çox pul gətirmək fikrin yaxşıdır. Amma belə bir iş tutanda evdəkilərə də xəbər ver. Axı nigaran oluruq. Bilirsən, evin tək uşağısan. Bu da bizim daha çox narahat olmağımıza səbəb olur.

Bir qədər keçdikdən sonra Zahid qapının yanında dayanmış Həcər və Afətə gedib yatmaqlarını söylədi və daha sonra üzünü Arifə çevirib yenidən söhbətə başladı:

   - Yaxşı, de görüm o, nə işdir elə?

   Arif bir qədər də fikrə getdi və:

   - Restoranda maşınların qarajına nəzarət edirəm-dedi.

   - Hansı restoranda? Haradadır o restoran?

   Zahidin dayanmadan Arifə ünvanladığı suallar Arifin səbrini tükətməkdə idi. O bu suala da cavab verib getmək istəyirdi. Ona görə də cəld bir şəkildə:

   - Qonşu qəsəbədəki restoranda - deyib ayağa qalxdı.. Sonra “ata, yuxum gəlir. Gedək yataq, sabah söhbət edərik”-dedi.

   Zahid də ayağa qalxdı və yatmağa getdi.

    Səhər tezdən Zahid tez oyanmışdı. Getmişdi çörək alsın. Hər gün belə edərdi. Hamı yatılı olanda o, dükana gedər, təzə gələn çörəyin ilk müştərisi olardı. Çörək aldıqdan sonra evə qayıdan Zahid qapını açar-açmaz telefonun zəng çaldığını eşitdi. Telefonu Arif götürdü. Zahid qapının ağzında dayanıb onun telefonda kim ilə danışdığını müəyyənləşdirməyə çalışdı. Arifin danışığı isə Zahiddə şübhələr oyatdı:” İndi pulum yoxdur. Pul tapım gələcəm”. Bu sözləri eşidən Zahid dinməzcə içəri keçdi. Heç nə olmamış kimi. Arif tez dəstəyi yerinə qoydu. Zahid soruşdu:

   - Kim idi danışdığın?

   - Rüfət idi. Deyirdi gəl bu gün görüşək.

   - Bəs dünən onun ad günü deyildi?

   - Hə. Hə. Amma başı o qədər qarışıq idi ki, heç macal tapmadı mənlə söhbət etsin.

   Oğlunun bu cavablarının yalan olduğunu Zahid yaxşı bilirdi. Arifin çox üstünə getmədi. Əynini çıxardı, çörəyi masanın üstünə qoydu. Səhər yeməyini yeyəndən sonra Arif evdən çıxdı və işə getdi. Bir qədər sonra Zahid də çıxdı. Həcər hara getdiyini soruşanda çayxanaya gedib dostları ilə söhbət edəcəyini bildirdi. Sonra Əlinin maşın təmiri dükanının yanına gəldi. Ordakılara görünmədən Arifi izləməyə başladı. Arif dükanda idi. Axşamtərəfi saat beşdə Əli dükanı bağladı. Arif də, Əli də dükandan çıxıb getdilər. Zahid Arifi izləməkdə idi.

    Arif dükandan bir qədər uzaqlaşdıqdan sonra bir nəfərlə görüşdü və yoluna davam etdi. Bu adamı Zahid tanımırdı.

   Zahid onların ardınca getməyə başladı. Onlar piyada, təxminən yarım kilometr məsafə getdilər. Sonra bir dükana girdilər. Zahid girmədi. Əgər girsəydi, onu görə bilərdilər. Ona görə də çöldə dayanıb onların çıxmasını gözlədi. Sonra onlar yollarına davam etdilər. Və nəhayət gəlib qumarxananın yanına çatdılar. Qumarxananın qarşısında dayanmış səliqəli geyimli bir kişi ilə bir az söhbət etdilər və sonra içəri girdilər. Zahid gördüklərinə inanmırdı. Bir qədər gözlədi. Dedi bəlkə kimisə çağırmağa gəliblər. Lakin yarım saat keçməsinə baxmayaraq Arif içəridən çıxmadı. Zahid işin nə yerdə olduğunu bildi və ağır addımlarla evə doğru getməyə başladı. Yol gedərkən bir tərəfdən də nə edəcəyini düşünürdü. Oğlundan belə bir hərəkət gözləməyən Zahid onu bağışlaya bilərdimi? Hər halda...

 

   Zahid evə gəlib çatdı. Evdəkilər ondan niyə gec gəldiyini soruşdu. Zahid cavab vermədi və otağına girib qapını da arxadan bağladı. Evdəkilərə onu narahat etməməklərini tapşırdı və bir qədər fikirləşdi. Lakin özü də bilmirdi ki, nə fikirləşirdi. Beynində müxtəlif fikirlər var idi və bunlar onu rahat buraxmırdı. Beləcə bir müddət yataqda uzandı. Sonra özü də bilmədən yuxuya getdi. Onun bu davranışı evdəkiləri də narahat edirdi. Evdəkilər nə isə pis bir şeyin olduğunu başa düşmüşdülər. Lakin indiki halda ondan bir şey soruşmağa cəsarət etmirdilər. Düşündülər ki, axşam yeməyində soruşarlar. Təxminən bir saatdan sonra Arif gəldi. Qapının səsini eşidən Zahid də yuxudan oyandı. Arif içəri keçib əynini dəyişdi. Zahid həmişəki yerində, masanın baş tərəfindəki stulda əyləşdi. Arifi görəndə özünü saxlaya bilməyib qışqırdı:

   - Niyə belə elədin?

   Evdəkilər mat-məəttəl onun üzünə baxdılar. Arif isə atasının nədən bəhs etdiyini təxminən anlamışdı. Lakin bir qədər təmkinli halda:

   - Nə deyirsən, ata? – deyərək onun sualına cavab vermədi.

   Zahid bir qədər də qüvvətli və qəzəbli səslə:

   - Özün yaxşı bilirsən ! Qumarbaz ! Əclaf !

   Arif artıq atasının hər şeydən xəbər tutduğunu bilirdi. Ona görə də başını aşağı saldı və heç bir şey demədən otağı tərk etmək istədi. Bunu görən Zahid :

   - Bir daha bu evə gəlmə. Sənin burda yerin yoxdu! Sənin kimi oğul olmaz olsun ! – deyərək onu evdən qovdu.

   Arif çıxıb getdi.

   Həcər Zahidə yaxınlaşdı və nələrin baş verdiyini öyrənməyə çalışdı. Afət isə bu zaman stulda əyləşib baş verən hadisələri çaşğınlıqla seyr edirdi. Zahid bütün olanları, gördüklərini və oğlunun onları necə aldatdığını bir-bir danışdı. Bu danışığa qulaq asan Afət ağlaya-ağlaya otağına girdi.    Zahid Həcərə:

   - Nəyi var yığışdırın. Sabah gəlib aparar.

   Zahidin fikrində qəti olduğunu başa düşən Həcər titrək bir səslə:

   - Sən Allah, Zahid. Rəhm elə ! Yazıqdır. İndi bir səhvdi eləyib. Bir az qulağın çəkərik, düzələr.

   Zahid:

   -Sən bilmirsən, ay arvad. Bu elə bir şeydir ki, ilan kimi adama sarılır, onu rahat buraxmır. O, artıq bu yolun yolçusudur. Mən ona belə tərbiyə verdiyimi bilmirdim. Yəqin mən hardasa səhv eləmişəm.

   Zahid bu sözləri deyib qurtardıqdan sonra durub çölə çıxdı. Həcərin yalvarışlarına qulaq asmadı. Səhərə yaxın evə qayıtdı. Həcərin divanın üstündə yuxuya getdiyini gördü. İçəri girib bir şey gətirdi və Həcərin üstünü örtmək istədi. Bu zaman Həcər oyandı. Zahid Həcərə:

   - Bu gün mütləq onun ayın-oyunlarını yığışdırın. Gedib köhnə evi qaydaya saldım. Orada qalar, biz də bir daha onu görmərik – dedi. Həcər isə cavabında:

   - Ay kişi, ora indi buz kimidir, yəqin. Yazıq orda tək-tənha nə edəcək – dedi. Ana ürəyi dözmürdü. Lakin nə etmək olar, oğlu Arif əyri yola düşmüşdü və bu yolla sürətlə addımlayırdı.        Zahid Həcərə qəti olaraq:

   - Həcər, bir də mənim yanımda onun adı çəkilməsin. Bunu etməmişdən qabaq o, olacaqları fikirləşməli idi. Əgər fikirləşməyibsə, deməli buna da layiqdir, vəssalam.

    Həcər hər şeyin faydasız olduğunu bilirdi. Afətlə bərabər onun əşyalarını yığışdırdıqdan sonra Zahidə köhnə evi yığışdırmağa getdiyini dedi və Afətlə bərabər getdilər. Balaca bir soba  gətirdilər ki, heç olmasa içəri soyuq olmasın. Arifin əşyalarını da gətirmişdilər. Arifin bir daha Zahidə görünməsinin böyük bir fəlakət olacağını onlar bilirdilər. Ona görə də elə Əlinin dükanına getdilər ki, Arifə birbaş buraya, köhnə evə gəlməsini bildirsinlər. Arifi orada tapa bildilər. Əli ilə nə isə danışırdı. Onlar ona yaxınlaşdılar. Arif Afəti və Həcəri burada görəndə təəccübləndi. Həcər ona evə getməməyi tapşırdı.

   Axşam Zahid telefonun zəng çaldığını eşitdi. Dəstəyi götürəndə Əlinin zəng etdiyini bildi və danışmağa başladı.

 

   Əlinin hər şeydən xəbəri vardı. Arif olanları ona danışmışdı. Əli də Zahidlə bu barədə danışmaq üçün zəng etmişdi. Salam verdikdən sonra mətləbə keçdi:

   - Zahid, bu gün Arif mənə hər şeyi danışdı.

Bu sözləri eşidən Zahid bir qədər utandı. İllər boyu dost olduğu adamın qarşısında nə vaxtsa belə utancverici bir vəziyyətə düşəcəyi heç vaxt onun ağlına gəlməzdi. Ancaq ...

   Əli sözünə davam etdi:

   - Bax, Zahid. Biz çoxdan dostuq. Mən həmişə sənin hörmətini saxlamışam, sən də mənim. Amma yadında saxla ki, Arifin bu hərəkəti bizim dostluğumuza xələl gətirməyəcək, gətirə də bilməz. Sən həmişəki kimi mənim əziz dostum olaraq qalacaqsan. Amma bir şeyi sənə demək istəyirəm.

   Zahid bayaqdan bəri sakit durub Əlinin sözlərinə qulaq asırdı. İndi də Əlinin “amma” sözü ilə başlayan cümləsini eşitdikdən sonra sakitcə nə deyəcəyini gözləyirdi. Bu “amma”dan sonra Zahid heç də yaxşı bir şey eşidəcəyinə inanmırdı. Əli isə sözünə davam edərək:

   - ...mən Arifi işdən çıxardım.

   Zahid bu sözə heç də təəccüblənmədi. Sanki bu sözləri eşidəcəyini gözləyirmiş kimi sakit dayandı.

   - Zahid, qulaq asırsan? – deyə Əli Zahidin dediklərini eşidib, eşitmədiyini, eşitdiklərini necə qəbul etdiyini öyrənmək istədi. Zahid:

   - Bəli, Əli, eşitdim. Narahat olma. Sənin Arifi işdən çıxarmağın mənə heç də pis təsir etmədi.   O, buna da layiq idi. – Zahid bununla da telefon söhbətini qurtardı.

  

   Səhərisi gün Həcər Afəti yanına çağırıb bir az söhbət etdi. Hər gün olduğu kimi bu gün də yemək hazırladılar və Arifə apardılar. Arif evdə idi. O, səhərə qədər fikirləşib bir qərara gəlmişdi. Artıq işi yox idi. Qumar oynamağa pulu da. Ona görə də şəhərə getmək istədiyini Həcərə və Afətə bildirdi. Həcər:

   - Ay bala, orada tanıdığın heç kim yoxdur. Təkcə nə edərsən?

   Arif:

   - Ana, narahat olmayın. Mən orada bir iş tapıb işləyəcəm. Bir az pul yığım, gəlib burda özümə bir iş quraram. Bəlkə, atam da məni bundan sonra bağışlar.

   Həcər:

   - Yaxşı, bala, necə istəyirsən, elə də et. Amma ehtiyatlı ol.

Afət bayaqdan susmuşdu. Bu onun təbiətinə xas idi. Həmişə baş verən hadisələri, evdə olan söz-sözhbətləri sakitcə bir kənarda oturub dinlərdi. İndiki kimi. Həcər Afətə:

   - Qızım, bəs sən necə baxırsan bu işə?

   - Afət Arifə baxaraq:

   - Gedirsən get. Amma tez qayıt.

   Həcər:

   -Arif, bala, sabah biz gəlib səni yola salarıq. Bizimlə sağollaşmamış getmə.

   Arif:

   - Narahat olmayın. Onsuz da pulum azdır. Ana, mənə bir az pul gətirə bilərsən?

   - Yaxşı, bir az pul gətirərəm, bir də bilərziklərimi.

   Arif təşvişə düşmüş halda:

   - Yox, yox. Bilərzikləri gətirmə.

   - Niyə, bala? onsuz da heç bir işimə yaramır. Gətirim heç olmazsa sənin bir işinə yarasın. Həm də şəhərdə pula ehtiyacın olacaq.

Arif bilərzikləri istəmirdi. Çünki bilərzikləri oğurlamışdı. Bilərziklərin oğurlandığı bilinərdisə, Arif daha da utancverici bir vəziyyətə düşəcəkdi. Həm də artıq oğru kimi də tanınacaqdı.

   Bir az söhbətdən sonra Afət və Həcər evə qayıtdılar. Həcər Afət yatmamışdan əvvəl onunla otağa girib yol üçün Arifə hazıqlıq görməyə başladılar. Həcər:

   - Arif, yazıq balam. O qədər utanır ki, istəmir ona bir az kömək edim. Ancaq yox, mən bilərziklərimi də verəcəm. Axı ona çox pul verə bilmərəm. Pulum yoxdu, ancaq bilərziklərim var. Heç bir işə yaramayan bilərziklərim. İndi Arifə verim. Ona mütləq lazım olacaq.

 

   Bu sözləri Afətə deyəndən sonra sandığa yaxınlaşdı. Bilərzikləri qoyduğu qabı götürdü. Qapağını qaldırdı və donub yerində qaldı. İçi bomboş olan sandığın ağzını örtdü və yerinə qoydu. Sonra Afətə tərəf çöndü və:

   - Bilərzik, filan yoxdu – dedi. Afət də bir qədər təəccübləndi. Həcər:

   - Bəlkə, başqa yerə qoymuşam, qoy gedim bir paltarlarımın cibinə də baxım – dedi.

   Həcər gecəyə qədər bütün evi axtardı. Zahid onun nə axtardığını soruşanda:

   - Heç, bir parça var idi. Onun axtarıram. Süfrə düzəldəcəyəm – deyirdi.

   Afət bilərziklərin harda olduğunu təxmin edirdi. Bəli, o artıq Arifin bilərzikləri götürdüyünü bilirdi. Lakin Həcərə heç bir söz demirdi. Həcər isə bilərzikləri tapa bilməyib getdi öz otağına və yatdı. Dedi: “sabah axtararam”.

   Səhər tezdəndən durdu və yenə axtarmağa başladı. Zahid onun bu qədər “parça” axtardığını görüb:

   - Ay arvad, bəsdi sən allah. Bir balaca parça üçün özünü niyə bu qədər hələk edirsən? Bu gün gedib nə qədər istəsən parça alarsan – dedi. Həcər:

   - Yaxşı, onsuz da yoruldum – dedi və otaqdan çıxdı. Afəti də çağırdı. Onlar Arifi yola salmağa getdilər. Köhnə evə çatdılar. Qapını döydülər. Açan olmadı. Qapını bir az itələdilər. Gördülər ki, qapı açıqdır. İçəri girdilər. Evdə heç kim yox idi. Dedilər :”yəqin nə isə almağa gedib. Bir azdan gələr”. Birdən gözləri masanın üstündəki məktuba sataşdı. Afət məktubu oxumağa başladı:

“Ana, mən gedirəm. Sizlə sağollaşmağa belə utanıram. Bu günə qədər yaxşı övlad olmağa çalışmışam. Ancaq bunu bacarmadım. Başınızı uca tuta bilmədim. Atam da öz dostları yanında biabır oldu. Bunların hamısının günahı məndədir. Bilirəm, heç biriniz məni ömürboyu bağışlamayacaqsınız. Ancaq çalışacağam ki, bunu edim – özümü sizə bağışlada bilim. Nə qədər çətin olsa da mən bunu etməyə çalışacağam. Bir də ki, ana, əziyyət çəkib bilərzikləri axtarma. Onları qumarbaz və oğurçu oğlun oğurlayıb.” Bayaqdan göz yaşlarına hakim ola bilməyən Həcər məktubun son cümləsini eşidəndə qəribə bir hiss keçirdi. Gözünün yaşını sildi. Qəzəbli bir şəkildə məktubu Afətin əlindən aldı və cırdı. Ürəyində :”mən öz evindən, anasının bilərziklərini, çətin günlər üçün saxladığı bilərzikləri, olan qalanı olan bilərzikləri oğurlayan bir oğruçudan ötrü ağlayıram?” – deyə düşündü. Afətin də qolundan tutub tez evə qayıtdı.

    Zahid evdə idi. Bu gün çayxanada Arifin şəhərə getdiyini xəbər vermişdilər. Həcər də bu barədə danışanda Zahid onun sözünü kəsdi və bildiyini söylədi. Sonra Həcər Arifin bilərziklərini oğurladığını da söylədi. Zahid heç təəccüblənmədi. Sanki oğlundan bu hərəkəti də gözləyirmiş kimi sakitcə durdu.

   Arif isə artıq şəhərə gəlib çatmışdı. Onun əlində çox az pul var idi. Acmışdı. Ancaq bir şey alıb yeməyə pul vermək istəmirdi. Pulunu xərcləməyə çəkinirdi. Küçənin yuxarı hissəsində bir dönərçi gördü. Gəlib dönər sifariş etdi. Dönərçi dönəri ona verdi və ondan pul tələb etdi. O bir qədər gözlədi. Birdən qaçmağa başladı. Sürətlə qaçırdı. Dönərçi onu tuta bilmədi. Arif təngnəfəs halda yaraşıqlı bir binanın zirzəmiyə enən pilləkənində oturdu və oğurladığı dönəri yeməyə başladı. Bu zaman iki kişinin söhbət etdiyini eşitdi. Onlardan biri o birisinə Müəllim deyə müraciət edirdi:

   - Müəllim, içərdəkilər bizi əməlli başlı soyur. Nə edək?

   - Bilmirəm. Bir adam tapmaq lazımdır. Ancaq bizim adamlarımızı tanıyırlar. İmkan verməzlər.   Yaxşısı budur yoldan keçənin birini tut gətir. Kömək et, udsun. Tez ol. İtirdiyimiz pulları geri almalıyıq.

   Arif ,deyəsən, işin nə yerdə olduğunu hiss etdi. İçəriyə doğru addımladı. Söhbət edənləri gördü. Salam verdi. Sonra:

   - Deyəsən, mən sizə kömək edə bilərəm.

   - Sən kimsən?

   - Mən iş axtarıram. Sizin dediyiniz işi də bir az bacarıram.

   Müəllim:

   - Tez ol. Bunu sal içəri. Oyuna qoş. Elə et ki, bütün pulları bu udsun.

Müəllimin yanındakı qara kostyumlu oğlan onu içəri apardı. İçəridə qumar oynayırdılar. Arifi də bu oyuna qoşdular. Beləliklə, Arif yenə “öz işinə” geri qayıtdı. Yenə qumara qoşuldu. Həmin gün qara kostyumlu oğlanın ona verdiyi kartlar hesabına xeyli pul uddu. Ancaq bu pulun hamısını ondan aldılar. Müəllim ona burada qalıb işləməyi təklif etdi və ona yaxşı pul verəcəyini dedi. Arif razı oldu. Beləliklə, 3-4 ay onun kazinosunun qonağı oldu. Müəllim də ona yaxşı pul verirdi. Müəllimin kazinosuna gələnləri Arif qara kostyumlu kazino işçilərinin ona verdikləri kartlar hesabına udmaqda davam edirdi.

   Və bir gün...

   Arif gecə öz yatağında uzandığı zaman birdən qəsəbəni, atsını, anasını, Afəti düşündü. O, geri qayıtmaq istəyirdi.” Sabah Müəllimlə söhbət edim. Artıq mənim  lazımi qədər pulum var” – deyə düşündü.

   Səhər açılan kimi Müəllimin yanına getdi. Ancaq o:

   - Mən sənə bu qədər yaxşılıq edirəm, sənin etdiyin hərəkətə bir bax. Mən elə bilirdim, sən burada qalacaqsan. Mən də sənə kömək olacağam. Özünə ev, maşın, nə bilim daha nələr alacaqsan. Ancaq sən gəlib deyirsən ki, qayıdıram. Bax, Arif, əgər bura  gəlmisənsə, burdan çıxa bilməzsən. Ancaq bizim icazəmizlə nə isə bir şey edə bilərsən. Özbaşına insanları mən xoşlamıram. İndi get. Yaxşı fikirləş. Mən səni çox istəyirəm.

    Arif getdikdən sonra Müəllim köməkçisi Mahmudu yanına çağırdı. Onunla Arif haqqında danışmağa başladı:

   - Mahmud, bizim bu Arif evinə qayıtmaq istəyir. Onu saxlamaq çətin olacaq. Gəl onu evinə göndərək.

   Mahmud:

   - Nə danışırsınız? İndiyə kimi buradan çıxan olmayıb. Çıxanlara da dərslərini vermişik. Amma indi siz deyirsiniz, Arifi göndərək getsin.

   - Qulaq as, mən bir şey fikirləşmişəm. Onu evinə göndərmək olar. Ancaq bir iş görməlidir. Sabah bu bardədə danışarıq.

   Müəllim sabah Mahmudu və Arifi öz otağına çağırdı. Arifə:

   - Arif, sən evə qayıtmaq istəyirdin, eləmi?

   - Bəli, Müəllim.

   - Mən səni evinizə buraxacağam. Ancaq bir şərtim var.

   Arif sevinmiş bir halda:

   -Nə əmriniz varsa yerinə yetirim. Təki məni evə buraxın. Mən artıq öz işimi qurub, bu pis işlərdən uzaqlaşmaq istəyirəm.

   - Nə deyirəm. Necə istəyirsən, elə də et. Ancaq qulaq as gör nə deyirəm. Sənə bir tapşırıq verəcəm. Onu yerinə yetirsən səni sərbəst buraxacağam. Mahmud səni bir muzeyə aparacaq. Tarixi əşyaların saxlandığı bir muzeyə. Orada bir eksponat var. Onu götürüb mənə gətirməlisən.

   - Axı muzeyin təhlükəsizlik orqanı var. Mən eksponatı necə götürəcəyəm?

   - Mahmud sənə hər şeyi başa salacaq. Buyur, Mahmud. Lazımi məlumatları Arifə bildir.

   Mahmud:

   - Mən səni axşam saat 10-da muzeyin arxa qapısında düşürdəcəyəm və özüm də orada hazır vəziyyətdə gözləyəcəyəm. Muzey saat 7-də bağlanır və içəridə də təhlükəsizlik xidmətinin cəmi 3-4 işçisi olur. Onlar da qapının ağzında dayanırlar. Arxa qapını açmağın üsulunu sənə öyrədəcəyəm. Sən qapını açandan sonra rəsm qalareyası olan hissəyə get. Orada XIX əsrə aid rəsmlərin içərisində Napaleonun portretini görəcəksən. Onu götür və gəldiyin yerdən də çölə çıx. Maşına minib bura gələcəyik. Vəssalam. Burda elə bir qorxulu şey yoxdur.

   Arif:

   - Nə vaxt gedəcəyik?

   Mahmud:

   - Sabah.

   Müəllim:

   - Deyəsən, Arifə hər şey məlum oldu. İndi gedə bilərsən, Arif.

   Arif ayağa durdu və otağı tərk etdi. Müəllim isə Mahmudla söhbətini davam etdirdi:

   - Sən onu içəri qoyduqdan sonra çıx gəl. Mənə xəbər elə. Mən də burdan polislərə xəbər verim. Qoy işini bitirsinlər.

   Sabah  Mahmud Arifə yenə nələri isə başa salırdı. Saat 9-10 radələrində isə onlar yola düşdülər. Muzeyin arxa qapısında maşını saxlayan Mahmud Arifə qapını göstərdi və necə açacağını öyrətdi. Arif qapıya yaxınlaşdı. Qapını açdı və içəri girdi. Hər yer qaranlıq idi. Əlindəki fənərlə otaqları bir-bir gəzməyə başladı. Bu zaman maşının getdiyini eşitdi. Bir anlıq təşvişə düşdü. İşin nə yerdə olduğunu yəqin etdi. İndi buradan çıxmaq lazım idi. Elə bu vaxt muzeyin təhlükəsizlik xidmətinə Müəllim zəng vurdu və içəridə soyğunçunun olduğunu bildirdi. Muzeydə axtarışa başladılar. Arif qaçmaq istədi. Ancaq yaxalandı. Polisə təhvil verilmiş Arif artıq Müəllimin ona tələ qurduğunu, onun da bu tələyə qurban olduğunu gördü.

   Artıq qəsəbəyə də Arifin tutulması ilə bağlı xəbərlər gəlmişdi. Zahid bu xəbəri eşidən kimi dözmədi, ürəktutmasından vəfat etdi. Arif artıq bir növ qatilə də çevrilmişdi. Atasının bu qədər dərd çəkməsinin səbəbi Arif idi və onun ölümünün günahkarı da. Anası isə artıq Arifi oğulluqdan belə rədd etmişdi. Zahidin ölümü onun oğlunu bağışlayacağına dair olan ümidlərini tamamilə məhv etmişdi. Afət də Arifdən üz döndərmişdi. Çünki Arif onun təzəcə doğulmuş uşağını atasız qoymuşdu. Bu günahsız körpə artıq atasız böyüyəcəkdi.

   Arifin məhkəməsi oldu. Onu 15 il müddətinə azadlıqdan məhrum etdilər.

   Həcər, Afət və onun balaca körpəsinə gəlincə. Onlar qəsəbədəki evlərini satdılar. Afət öz atası evinə getmişdi. Həcəri də aparmışdı. Onlar artıq qəsəbədən bir neçə kilometr uzaqdakı kənddə yaşamağa başlamışdılar.

   15 il keçdi. Arif həbsxanadan azad edildi. O, nə edəcəyini bilmirdi. Həbsxanaya düşən insanların əksəriyyəti çıxacağı günləri əvvəlcədən hesablayırlar və bu günü səbrsizliklə gözləyirlər. Ancaq Arif belələrindən deyildi. Onun üçün bu 15 il tez gəlib-keçmişdi. O, buradan çıxacağı günü heç vaxt fikirləşmirdi. Çıxandan sonra nə edəcəyini də.

   O, artıq azad idi. Həbsxana darvazasından çölə çıxdığı gün elə darvazanın ağzında qaldı. Gecə də burada yatdı. Buradakı işçilər onu nə qdər buradan göndərməyə səy göstərirdilərsə də o getmirdi. Səhərisi gün isə ayağa qalxdıqdan sonra cibində olan bir az pulu ilə qəsəbəyə dönməyi qərara aldı. Avtovağzala getdi. Bir neçə saatdan sonra artıq qəsəbədə idi. Yolda onu görənlər tanımırdı. Həbsxana illəri onu tanınmaz bir hala salmışdı. O, əvvəlcə köhnə evlərinə gəldi.Hansı ki, şəhərə gəlməmişdən əvvəl bir neçə gününü bu evdə keçirmişdi. Qapı bağlı idi. Ev isə uçub dağılmışdı. Sonra yaşadıqları evlərinə tərəf irəliləməyə başladı. Başını aşağı salaraq yeriyirdi Arif. sanki kiminsə onu görüb tanıyacağından qorxurdu. Öz evlərinə çatanda qapının ağzında bir qədər dayandı. Qapını döyməyə cəsarət etmirdi. Lakin bir anlığa var gücünü topladı və qapını döydü. Qapını bir qadın açdı. Bu qadını tanımayan Arif ondan atasını, anasını, Afəti soruşdu. Cavab sarsıdıcı oldu. Evin satıldığını eşidəndə sanki, hər şeyin artıq məhv olduğunu düşündü. Həmin qadının ona verdiyi məktubda hər şey açıq aydın yazılmışdı. Atasının öldüyünü bu məktubdan öyrəndi. 15 il sonra. Anası Həcər və  arvadı Afət onu bir daha görmək istəmədiklərini, heç vaxt onu bağışlamayacaqlarını bildirirdilər. Arif məktubu qatlayıb cibinə qoydu. Nə də olsa bu onun ailəsindən ona son xatirə idi.

   ...küçənin qurtaracağında, qumarxananın yanında bir adam görünür. Əynində köhnəlmiş boz pencək və qəhvəyi şalvar olan bu adamın baxışlarında kədər hiss olunur. Peşmançılıqla dolu kədər. Sanki həyatının məhv olduğunu düşünürdü. Qəribə bir tərzdə ətrafa göz gəzdirir, sanki kimdənsə kömək gözləyirdi. Bu Arif idi. Onun həqiqətən də köməyə ehtiyacı var idi. Ancaq o, özü günahkar idi. Bəlkə də, dostlarına qoşulub qumarxanaya getməməli idi. Lakin sonrakı peşmançılıq fayda vermir. O artıq özünün elə cə də, yaxınlarının həyatını atığı bir s


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.026 saniye