"Səni həmişə sevəcəm"
Nuranə Novruzova tərəfindən "Şeir" bolməsinə 04:02 05 aprel 2012 tarixində əlavə olunmuşdur

Hər şey çətindir...
Sən varkən sənsizlik, işıq varkən qaranlıq, sevinc varkən qəm...
Çox çətindir ...Cismən yaşayıram, ruhən sanki ölmüşəm sənsizlikdə...
Var olduğunu bilib də, sənsiz yaşamaq öldürür hər gün
SEVİB də SEVMİRƏM demək öldürür məni...
Təsəvvür etməyəcəyin qədər çətindir hər şey...
Bir gün gedəcəkdinsə niyə özünü mənə bu qədər sevdirdin?
Niyə bu qədər özünə bağladın məni?
Niyə göz yaşlarında boğulmağıma razı oldun?
Niyə axı???
Mən ki, sənə qəlbimi, təmiz sevgimi vermişdim
Bu idi mi sevgimin qarşılığı?
Kaş ki, həyatıma girməsəydin, tanımasaydım səni demək gəlir içimdən...
Amma yox! Yaxşı ki, səni tanıyaraq sevməyin, aldadılmağın, tənhalığın, qəlb qırılmasının, göz yaşlarının, kiminsə oyuncağı olmağın nə olduğunu bildim.
Anladım ki, həyat elə də asan deyilmiş heç də.
Bəli, bunların hamsını sən öyrətdin mənə...
DARIXMAĞI, kimin üçünsə NARAHAT OLMAĞI öyrətdin...
Sənin üçün hər gün darıxıram...Narahat oluram...
Qorxuram ki, sənə nəsə pis bir şey olar və mən səni qoruya bilmərəm...
Səni itirməkdən qorxuram
Amma deyəsən qorxduğum başıma gəlir...
Mən səni sevə - sevə itirirəm...
Ölmək istəyirəm bəzən
Amma yox! Mənim ətrafımda ailəm, məni sevən dostlarım var...
Mən sənin kimi vəfasız ola bilmərəm. Onları atıb gedə bilmərəm...
Hərdən sənə nifrət etmək istəyirəm
Bacarmıram...Sevgim nifrətimi üstələyir.
Eybi yox bunu da, öyrənərəm...
Səni kimi xəyanətkar ola bilmərəm.
Çünki mən təmiz sevgi ilə sevdim. Sənin kimi yox!
Unutmaq da çox çətin səni. Hər şey kimi bu da, çətindir...
Axı səni unutsam heç bir fərqimiz olmayacaq o zaman...
Bilirsəəən??? İçimdən o qədər şey keçir ki...
Amma mən bir ümidlə sabaha doğru gedirəm...
Sən xoşbəxt ol və yaşa. Mən isə sənin xoşbəxtliyini görüb sevinc göz yaşları axıdım...
Və SƏNİ HƏMİŞƏ SEVMƏYƏ DAVAM EDİM...


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Nuranə Novruzova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Həvəskar yazıçı və fotoqrafam. Amma peşəkar olmaq üçün çalışıram.
Əlaqə
E-mail:
e.nurane@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0404 saniye