"Sən" dünyası
Cevahirat Dinavasova tərəfindən "Şeir" bolməsinə 23:36 08 yanvar 2015 tarixində əlavə olunmuşdur

Sən də mi tərk etdin məni əzizim?

Bu dünyada hər kəs yad olmuş mənə

Axı kimə deyim, kimə söyləyim?

Sənsizlik əlacın kim deyər mənə

 

Bu dünya gözümdə zülmətə dönmüş

Görmürəm heç kimi, heç bir şeyi mən

Tək sənin varlığın həqiqət olmuş

"Sən" adlı dünyanın sakiniyəm mən

 

Bu dünyada təkcə sən və mən varıq

Burda heç kim bizi ayıra bilməz

Ayrı nə yaşayaq,eyni ruhdayıq

Sən mənsiz,mən sənsiz heç qala bilməz

 

Bilirəm çoxları qınayır məni

"Sən də unudarsan tələsmə" deyir

Axı mən bununla paylaşım nəyi

Məndən məni unutmamı istəyir...


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0422 saniye