"Sevgili saat"
Xəyal Mahmudlu tərəfindən "Hekayə" bolməsinə 20:15 16 mart 2014 tarixində əlavə olunmuşdur

Gənc oğlan otağa daxil oldu.Bu gün o, digər günlərə nisbətən daha xoşbəxt görünürdü.Gözləri parıladayırdı.Ətrafı diqqətlə süzdükdən sonra:
    -Ah, mən kimi görürəm - gülümsədi- canım birdənəm.Səni görməyimə elə sevindim, sözlə ifadə etmək olmaz.İnan hər dəqiqə, hər saniyə fikrim sənin yanındadı.Deməyi unutdum, bu gün daha bir gözəlsən, ömrüm mənim.Xeyr, xeyr, el bilmə ki, ayrı vaxt eybəcərsən, əsla.Sən mənimçün gözəl idin, gündəngünə də gözəlləşirsən.Şirinimsəne, - bir az fikrə getdi oğlan.Bayaqdan bəri təbəssüm dolu üzünə bir kədər çökdü sanki anidən... - eh, sevgilim, inan istəmirəm səni kimsə incitsin, kimsə üzsün.Hələ-hələ mən üzməyim.Səni qəmli, kefsiz görəndə elə bilirəm qəlbimə iynə sancırlar... - oğlan içini çəkərək -kaş ki, səni tez nişanlaya biləydim, kaş tez evlənəydik. - ani bir təbəssüm sezildi oğlanın üzündə, sonra yenə davam eddərək - hələ uşaqlarımız olardı, sənin kimi şirin.Sən oğlan istəyirsəndə ilk...Bir oğlumuz, bir də qızımız olardı.Xoşbəxt ailə-dördümüz bir yerdə.Ah, təsəvvür etdə.İnan bunu elə çox istəyirəm ki.
Atamla da danışmaq istəyirəm bu günlərdə.Deyəcəm, - "Onu çox sevirəm, ata! Ondan başqası lazım deyil mənə.Ağıllı, savadlı, həm də çox gözəldir." -hə bax belə deyəcəm.Canım birdənəm, bircə atamın razılığını alım, inşallah sən mənim həyat yoldaşım olacaqsan.
Hə, bəs mənim əziz qaynanam necədir? Nə deyir? Yenə deyir mənə arıq-tırıq kürəkən lazım deyil? -oğlan hündürdən qəhqəhə çəkib - hə canım mənim? Canım? Birdənəm? Nə olub? Niyə bikefsən? Kimsə xətrinə dəyib yoxsa?...Eh, o gözəl gözlərinə qurban olaram, danışda.Axı nə baş verib? İnan narahat oluram...
     Birdən otağın qapısı açıldı.Gənc bir qadın və əlli-altmış yaşlarında kişi otağa daxil oldu.Oğlan bir neçə dəqiqə səssizcə onların üzünə baxdıqdan sonra üzünü çevirib ağlamağa başladı.
     -Axı niyə birdənəm? Danış.Yox?Ayrılmaram səndən.Sən mənim hər şeyimsən, -oğlan əliylə üzünü sildikdən sonra, - bilirəm, əlimdən bir iş gəlmir, amma inan çalışıram ki, hər şeyi yoluna qoyum.Sənə görə nə desən edərəm, təki sən istə.Söz verirəm...Canım, sən olmasan, inan, dəli olaram  mən... - oğlan susdu.Göz yaşları yanaqlarından süzülürdü.
     Bayaq otağa daxil olan qadın və kişi isə onu izləyirdi.Kişi köks ötürərək:
     - Bu gəncə yazığım gəlir...Həyat necə də qəribədire.Nəysə, aparın otağına. - bir neçə dəqiqə keçir, cavab gəlmir. - eşitmirsiz? Aparın onu otağına!
     Qadının gözləri yaşarmışdı.Bunu görən kişi - tibb bacısı, axı sənə min dəfə demişəm ki, bu oğlanla başqaları məşğul olsun, sən yox! - deyərək otaqdan çıxdı.
     Oğlan bayaqdan "söhbət etdiyi" saatındagözünü çəkərək üzünü tibb bacısına çevirdi:
     - Yalnız, zaman bizi ayırır.Görəsən o yenə məni sevəcək?
     Bunu eşitcək tibb bacısı hıçqraraq ağlamağa başladı.Çünki, oğlanın bayaqdan  haqqında danışdığı "birdənəsi" olub vaxtilə.Oğlan onu dəli kimi sevirdi, bütün xəyallarını onunla qurmuşdu.Amma, sonralar qız ondan soyumuş və nəticədə ayrılmışdılar.Buna tab gətirməyən gənc oğlan isə bir müddət sonra dəli olmuşdu.Qızın ona hədiyyə etdiyi saatı isə daima qolunda gəzdirər, bir an belə çıxarmazdı.
     Birdənəsi isə dəli olandan bəri yanından ayrılmaz, hər gün gəncin saatıyla söhbətini dinlər və hər gün göz yaşlarını saxlaya bilməzdi.

 

Köhnə sevgi paslanmaz

                -İsveç atalar sözü


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye