"Silinti"
Xəyal Mahmudlu tərəfindən "Digər yazılar" bolməsinə 20:18 16 mart 2014 tarixində əlavə olunmuşdur

"...O həyatdan silinmiş birisidir.Bir dəfə ona demişdi birisi: -"Sən ağıllı insansan, amma başıboşsan".O bunu qəbul etmirdi.Daxilində gizlənmiş o hiss, bircə oydu ona güc verən.Anlamağa çalışırdı.Ətrafda dolaşan insan kütləsi isə...ona çox qəribə gəlirdi.Hərdən düşünərdi: -"Axı niyə? Niyə mən bu qəribə varlıqlara bənzəməliyəm?!".Və, qərara almışdı ki, o artıq özünü insan hesab etməsin.Bu onun daxili rahatlığı üçün etməli olduğu ilk iş idi.Ancaq, bir maneə vardı: Tanrı qorxusu.Bəli, o tanrıya inanır, ona qibtə edirdi.Axı dərk edə bilmirdi tanrını və onun çox fövqəladə olmasını demişdilər...İnanırdı.İnandığı bir başqa şey isə, ruhdu.İki ruh və onlar vəhdət halında olduqda həyatı yaradır.Əgər bu vəhdət -bütövlük pozulardısa o zaman həyat cəhənnəmin tam özü olacaqdı.Bu düşüncələr onunla birgə gəzir, yemək yeyir, oxuyur, öyrənir, hətta ayaq yolunda da yaşamını sürdürürdü.Musiqiylə birləşəndə isə o fantaziyalar dünyasına gediş edirdi.Qəlbi isə şeytan və tanrının övladlığındaydı.Zaman axır, beyni yorulur, bezir, amma sonra paklaşırdı.Sakitlik...Yuxudan durdu.Həyat hər zamankı gedişindədir; sakit, aramla.Amma, artıq ondan əsər əlamət yoxdur.Hər şey öz yerindən sıçrayış edən Günəşi xatırladır; günəş öz yerindən oynasa nələr ola biləcəyini düşündə anla, həmin hadisə anı.Gözlərini ovuşdurur, yox-yox, o ölməyib."Sağdır".Ancaq qəlbinə sanki qılınc saplanıb qalıb.Yoxlayır, hər şey yerindədir...Yox.O zamana səyahət edir.Beyni ilə.Və, sevinir.Dostlarını tapıb artıq.Gülümsəyir və ölür.Bu ölüm isə xoşbəxtliyin ölümüdür.Xeyr-xeyr, bədbəxtliyə gedən yol deyil.Bu bir heçliyin dərk olunmasıdır.Ancaq sonunda sual işarəsi var. ?"

 

Blog: xeyal.mahmudlu.blogspot.com


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0276 saniye