"Sonuncu Qəsəbə"
Timur Alp tərəfindən "Hekayə" bolməsinə 00:14 20 yanvar 2014 tarixində əlavə olunmuşdur

Merri əvvəl qaldığı qəsəbəyə təkrar dönmüşdü. Artıq onun 22 yaşı var idi.O bu qəsəbəndən ayrılanda 17 yaşı olardı.Bu qəsəbədən ayrılmasına səbəb təhsil alması idi...Lakin bu yerlər ona tamam fərqli gəlirdi.Deyəsən bu qəsəbə də çox az ailə yaşayırdı.Lakin burda yaşananlar qəsəbə ilə bağlı ola bilməzdi.......

Çərşənbə axşamı.....Merri yeni kirayələdiyi evi səliqəyə salırdı.Bu ev uzun müddətdi təmizlənmirmiş.Hər yeri hörümçək toru tutmuşdu.Merri daha sonra əşyalarını yerləşdirməyə başladı.Qutudan çıxartdığı şəkilə bir neçə dəqiqə baxdı.İllər öncə çəkdirilmiş ailəvi bir şəkil...Yalnız bu şəkildə Merri  atası ilə birlikdə idi və Merrinin 15 yaşı vardı.

Bu necə ola bilərdi??..

Merri hələ 10 yaşında olarkən ailəsini itirmişdi  və 17 yaşına kimi Xalası  ilə yaşamışdı.Bəlkədə hansısa proqramla düzəldilmiş bir şəkil idi..Merri əhəmiyyət vermədi.Artıq evini səliqəyə salmışdı.Bununla yanaşı artıq Merriya uşaq bağçalarının birindən müəllimə kimi işləmək dəvəti almışdı.Merri artıq bir neçə həftəyə işə başlamalı idi.O artıq günün yorğunluğundan olmalı idi ki,merrinin tez-tez başı fırlanırdı.Merri gecəni çox keçirtmədən otağına çəkilib yatdı.

Çərşənbə....Dekabr ayı olmasına baxmayaraq günəşin zəif şuaları otağa yayılmışdı.Merri səhər yeməyi hazırladı.Masanın üstündəki telefon zəng çaldı.Merri vaxt itirmədən telefon zənginə cavab verdi.

Buyurun...Merri Martin.

-Salam Merri Martin. Sizi saat 15:30-da ‘’Cafe De Flore” adlı  məkanda işlə əlaqədar görüşə dəvət edirik.

Aha....verdiyiniz tarixdə və məkanda görüşərik.

Bu sözlərdən sonra Merri telefonu söndürdü və hazırlaşmağa başladı.

Güzgü qarşısında qızılı saçlarını darayərkən Merrinin gözləri masanın üstündəki atası ilə olan şəkilə sataşdı.Merri bu hadisəni heç cürə anlıya bilmirdi.

Saat 15:00 idi.Merri şəkili çantasına qoydu və evdən çıxdı.

Merri “Cafe De Flore” məkanına gəldi. Bir neçə dəqiqə sonra bağca müdiri gədi.Daha  sonra uzun söhbət başladı.

Merri müdirlə razılaşdı.

_Merri Martin... sabah saat 08:00-da  “Mehriban Uşaqlar”bağcasına gəlin və qrupunuzla tanış olun..

Merri gülümsədi.Daha sonra ayağa durub icazə aldı.Bir neçə dəqiqəlik masadan ayrılmağa.

16:43…Merri Martin masaya tərəf yaxınlaşanda qəribə bir hadisə ilə üzləşdi.Bağca müdiri əlindəki mətbəx bıçağını boğazına tutmuşdu və dəlicəsinə qışqırırdı.

Merri; Sakit olun,sakit olun!! Bıçağı yavaşca yerə qoyun...

Bu sözlərdən sonra bağca müdiri  əlindəki bıçaqla öz-özünü qətlə yetirdi. Merrinin üst-başı qan ləkəsi oldu.Dəhşətli səhnəyə tab gətirməyən Merri qışqırmağa başladı daha sonra çantasını əlinə alıb kafedən qaçaraq uzaqlaşdı.Nəfəs-nəfəsə qalan Merri yoxuşu qalxarkən bir müddət  dayandı.Az öncə yaşananlar isə gözünün önündən heç getmirdi...Merri  nədənsə çantasındakı şəkilə baxmaq fikrinə düşdü və şəkilə baxdı....

Merri Martin belə getsə dəli olacaqdı

Merri:Yoxxxx.Bu ola bilməz!Axı...Axı..Bu  şəkildə mənim atamda var idi. Bu necə oldu görəsən???

Merri evə çatanacan çox gərgin vəziyyətdə idi.

Merri soyuq suyun altında bir neçə saat uzandı.Bədənində sanki qan donmuşdu.Bir xeyli duşdan gec çıxdı.

Saat  03:11...Merri dörd divar arasında dəli kimi gəzirdi.Bu yaşananlara heç cür cavab tapa bilmirdi.Lakin beynində bir çox suallar var.Masaüstü lampanı yandırdı və şəkilə diqqətlə baxdı..Və bütün gecə boyu özündə olmadı..

Səhər saat 07:20. Merri Martin bağcaya getməyə hazırlaşırdı..Baxmayaraq ki dünən psixoloji cəhətdən heçdə yaxşı deyildi.Bir neçə dəqiqə sonra “Mehriban Uşaqlar”bağcasına çatan Merri burada bir neçə müəllimə ilə tanış oldu.Lakin o çox yorğun olduğu üçün dünənki hadisə ilə bağlı heç bir sual verə bilmədi.(kafedəki ölüm hadisəsi)

Saat08:11 idi.Bağcanın ən qoca müəlliməsi, qırx yeddi yaşlı “Lel “ləqəbli arıq,qozbel bir qadın, Merrini beş-altı yaşlı uşaq qurupu ilə tanış etdi .Merri çox yorğun görsənirdi amma uşaqların səsini eşitdiyi zaman üzündə təbəssüm yarandı.

_Merri: Uşaqlar hər kəs sakit olsun!...Uşaqlar bu səsi ilk dəfədi eşidirdilər,və dərhal hər kəs kiçik stullarda öz yerini aldı.

Mən sizin yeni müəlliməniz Merri Martin...Ümid edirəmki,biz çox yaxşı bir kollektiv olacağıq.

İlk tanışlıq və qısa bir oyun keçirən Merri tənəffüs olan kimi,müəllimə stulunda əyləşdi və çantasından şəkili çıxardıb baxdı.Artıq cavabsız qalan Merri şəkili yenidən çantaya qoydu.Çünki təkcə özünün uşaqlıq şəkili idi.

Qoca “Lel” asta-asta sinif otağına daxil oldu.Gənc müəllimə  sözünü işlədən zaman Merri başını qaldırıb qoca qadına baxdı.

Merri qızım gəl səni bağcanın həyəti ilədə tanış edim..Həmdəki yorğun görsənirsən bir az uşaqların səsindən həzz alarsan.Qoca qadın sözünü bitirən kimi Merrinin qoluna girib,həyətə çıxdılar.Bir neçə dəqiqə sonra qoca deyinə-deyinə mətbəxə doğru addımladı.Merri isə gözünü üç beyaz geyimli qızlara zilləmiş onları tamaşa edirdi.

-Bir,iki,üç.(Sən atanı dinlə)....

-Bir,iki,üç(Sən yanlış etdin)....

-Bir,iki,üç(çıx get)....

Merri uşaqlara diqqətlə baxırdı.Bu onun qurupundakı uşaqlar deyil.Təqribən on bir yaşlı uşaqlar idi.Lakin Bu oyun ola bilməzdi.Bəlkədə şüur altı mesaj idi???Beynində suallar daha çox artırdı.Və,heç biri cavablanmırdı.Növbəti zəng vuruldu.

-’Hər kəs içəri’...ucadan qışqıran qoca Lel daha sonra özüdə içəri keçdi.Merri sinifə doğru addımlayan zaman üç yaşlı velosiped sürən qız uşağını gördü.Bir neçə saniyə sonra Merri Martin...Bu mənəm.Bu mənim uşaqlığımdı.Bütün kolidor boyu o qızcığazın arxasınca getdi.Lakin uşaq başqa bir sinif otağına daxil oldu.Geri qayıdan Merri təkrar bu sözləri eşitdi.

-Bir,iki,üç.(Sən atanı dinlə)....

-Bir,iki,üç(Sən yanlış etdin)....

-Bir,iki,üç(çıx get)....

Bu sözlər Merriyə çox  böyük təsir göstərirdi.Artıq Merrinin şzofrenlərdən bir fərqi yox idi.Daha sonra dəfn mərasimini xəbər tutan kimi bağca müəllimələri ilə ora getdilər....

Yağış yağırdı.Buna baxmayaraq bağca müdirinin dəfn mərasimində bir xeyli insan vardı..Dəqiqələr keçdikcə insanlar qəbirstanlığı tərk edirdilər.Merri bağcada gördüyü və öz uşaqlığına bənzətdiyi uşağı təkrar qəbirlərin arasında görür..Qızcığazın çirkli köynəyi və qəmgin baxışı Merrini qorxu içinə salır.Daha sonra balaca qızcığaz bir maşına doğru qaçır...

Merri bu qəsəbəyə gələndən bəri psixoloji xəstəliklə üzbəüzdür.Görəsən illər sonra Merrinin bu qəsəbəyə gəlməyi doğru idi???

Gözlərində yorğunluğu daha çox bilinən Merri evə getməyi qərara alır.Yol boyu şəkilə baxır və atasını görür.Evə çatan qadın yatağa uzanır və bir xeyli yatır..Merri yuxusunda atasını,uşaqlıqdakı evini görür..

Saat 19:02...qapı döyülür.Merri yuxudan oyanıb qapını açır və iki polis işcisi heç bir söz demədən onun qolundan tutaraq aparırlar..

Kök,uzun boylu,bığlı bir polis(diyəsən rəis idi)Merrinin cinayətkar olduğunu söylədilər.Bunuinkar etdi və günahkar olmadığını bildirən Merri 12 saatlıqhəbs cəzası aldı.Bu qadın üçün burda qalmaq axmaqlıq idi..

Cəzası bitən Merri illər öncə atasının dediyi sözü xatırladı.

_Geri qayıtma!

Merri çantasını yığaraq qəsəbəni tərk etdi və bir daha qayıtmamaq şərti ilə.

 

_Bəzən ən yaxşısı geriyə qayıtmamaqdır.


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
timur_alp@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye