Pritça 1..
Gecələrə yazılmış, xəyallarda sənlə bəzədilmiş bir pritça, oxu ama anlama...
"Xoşbəxtlik Susquna tövbə edib, Susqunsa bədbəxtliyinin üsyanına.... Bu nədi, ay, gecələr? Niyə susursuz? Niyə danışmırsız? Yoxsa sizində bəxtiniz var və onu xoş eləmək istəyirsiz? Sizin də həsrətiniz var danışmağa? Ya danışacaq bir kəliməniz yoxdur? Qınama məni. Mən susaraq üsyan edirəm. Mən susaraq həsrət çəkirəm. Mən sevəcək Esmeralda istəyirəm, sadəcə saçının telini əlimdə tutub aşiq olum gün ərzində dəfələrlə. Mən məhəbbətindən məktub yazacaq Milena istəyirəm, hər sətirdə daha çox aşiq olduğum, oxuduqca bir kəliməsinə beş dəfə xəyal qurduracaq məktublardan. Mən Merlin Monro istəyirəm. Təbiətə və onun möcüzələrinə yenidən inanamq üçün. Mən dərdlərimi mənə danışacaq dost istəyirəm, dərdlərimi yadırğamışam. Mən, mən çox şey istəyirəm gecə. Heç bitməyən gecələr arzulayıram, Əgər sən çox olsan gecələrim, dərdimi daha çox deyərəm, daha çox gündüz istəyirəm, sonsuz olsun dərdlərim ki gecələrimlə daha çox danışım, daha çox dərdləşim. Sən dost deyilsən gecələrim, sən nə mənə dərdimi deyirsən, nə də başqa bir şey. Sən fərqlisən. Sən də mənim kimi susursan, sadəcə susaraq danışırsan... Eh gecələrim. Ya sən bit mən də gündüzlərə qovuşum, ya da bu içkilərə de ki məni sərxoş etməsinlər. Gecələrim...."