"Utop"-uma məktublar.. Pritça 2.. "3 alma"..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 23:35 16 fevral 2015 tarixində əlavə olunmuşdur

Sənə yazılan pritçalardan biri daha, halbuki sən indi hardasan, heç xəbərin yoxdur bur pritçalardan, kimə yazılıdğından xəbərsiz olduğun kimi nə yazıldığından da xəbərsizsən...

Heç vaxt oxumayacağını bildiyim birinə...

Dünən əməlli-başlı içmişdim. Yox, hər gün içirəm, lakin dünən bir şeyi xatırladım, Uşaq olarkən hər gün yatmazdan öncə babam nağıl danışardı mənə. Bütün nağıllar xoşbəxt sonluqla bitər və hər nağılın sonu xoşbəxt insanların üstünə yağan 3 almada bitərdi. Necə də füsünkardır. Babam həmişə ikisini nağıl qəhrəmanlarına birini də mənə verərdi və sehir göstərirmiş kimi almanı çıxarıb mənə verərdi. Dünən "Sidr" (alma şərabı) içirdim. İçərkən ağlıma belə bir şey gəldi. Əgər xoşbəxt olmayan və sevən biri, sevdiyi ilə yaşıyıb sonda xoşbəxt olursa və xoşbəxtliyin rəmzi 3 almadırsa, qoy, bu dəfə mən 3 alma ilə başlayım pritçama. Bəlkə bu 3 alma sonda yenə xoşbəxtliyi, səni gətirər? Niyə də olmasın axı? Axı nağıllarda olur bu. Həyatımız bizim əlimizdə deyil? Məgər öz həyatımızı nağıla çevirə bilmərik? Lənət olsun, unutmuşam həyatda olmadığını, lənət olsun "Sidr"-ə də, bütün içkilərə də...
Sən cənnətdəsən bilirəm. Sən bilirsən nə et? Orada alma tap və ye. Bəlkə Tanrı səni mənim yanıma, dünyaya geri döndərdi. Fərq eləmir necə, uşaq, böyük, bəlkə danışa bilməyən, bəlkə də görə bilməyən. Ancaq sənsizlikdən betər olmayacaq, inan. Sonda sən mənim yanıma gələcəksən və qalan iki alma da nağılın baş qəhrəmanlarının sənin və mənim olacaq, bu da 3 almanın gətirdiyi xoşbəxtlik...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+24=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.021 saniye