"Utop"-uma məktublar.. Pritça 4.. "Morfin təsiri"..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 23:47 16 fevral 2015 tarixində əlavə olunmuşdur

Gülüşlərin yaddaşımda istənilməyən qonaq kimidir. Mən istəmədən gəlirlər, sökür, məhv edir, dağlayıb gedir yaddaşımı, Həsrət qaldığım gözlərin var. Kim bilir indi kimlərə qıyılır. Kimlər üçün göz yaşı mənbəyi olur. Sadəcə yaddaşımda qalıb. Nə gözlərinə baxacaq cəsarət, nə də keçmişə dönəcək gücüm qalmayıb. Düşünürəm ki, zaman maşını kömək olar. Yox, keçmişə dönəciyik, yenə eyni hisslər, eyni iztirablar. İstəyirəm ki ikimizdə yaddaşımızı itirək. Yenə əvvəlki kimi mən sənin gülüşlərinə aşiq olum, səndə o gülüşlərə həsr edilən sətirlərə. Yenə əvvəlki kimi sən əlçatmaz xəyallarını mənə danış, heyrətini də gizlətmə. Mənsə o xəyalları gerçəklərlə dəyişmək üçün həyatla bazarlıq edim. Gülüşünə xoşbəxtlik qatan o batan yanaqların, yadımda düşərkən cəhənnəmim dibində tək tənha batıram, əl tutacaq biri yoxdur, olsa da necə tutsun axı? Qınama heç kəsi. Məni boş ver. Sən yenə də xoşbəxtsən. Mənim üçün gülməsə də o dodaqlar, əsas odur yenə təbəssümlə dolur. Kimlə qurursan xoşbəxtlik xəyallarını. Düşündükcə qəhərlə dolur içim. Nə məni məndən aparan tüstülü siqaretlər, nə də badəsində sərxoş edən içkilər əvəz etmir o xoşbəxtliyi. Gecələr də yatmıram sən gedəndən. Sənin üz cizgilərini unudanda xatırlamaq üçün yuxulayırdım. Gecələr yatmaq da bir əzab olub, sanki azmış kimi... Bəsdi, saxla qələmi, saxla yazını... Yat, iç, çək, unut...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0262 saniye