"Və Tanrı Qadını yaratdı..."
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 16:18 03 dekabr 2015 tarixində əlavə olunmuşdur

Və Tanrı Qadını yaratdı...

Altıncı gün bitmək üzrə idi
Və Tanrı hələ də qadını yaradırdı
Bir mələk gəldi
Tanrıya:

- Digərini, kişini çox tez yaratmışdın, buna niyə bu qədər çox zaman ayırırsan? - deyə soruşdu.
Tanrı cavab verdi:
- Çünki buna çox dəyərli, çox fərqli özəlliklər qatıram. Məsələn, yüzlərlə parçalardan var edirəm. Amma yenə bir bütün olmasını təmin edirəm. Bu yaratdığım bir neçə övlada eyni anda sarıla bilməli, dünyanın hər yerindəki uşaqları qucaqlaya bilməlidir. Yıxılan bir uşağın qanayan dizini də, yaralı bir ürəyi də sağalda bilməlidir.

Mələk soruşdu:
- Neçə əli, neçə qolu olacaq?
- Sadəcə iki
- İki əl, iki qollamı edəcək bu dediklərini?
- Hamısı bu deyil, hələ.
Öz yaralarını da sağalda biləcək. Ayrıca, gündə 18 saat çalışa biləcək durumda olacaq.

Mələk yaxınlaşıb qadına toxundu.
- Onu çox yumşaq düzəltmisən.
- Yumşaq, eyni zamanda da çox güclü. Gücünü və öhdəsindən gələ biləcəyi şeyləri xəyal belə edə bilməzsən.
- Düşünməyi də biləcəkmi?
- Təkcə düşünməyi deyil, həmçinin sağlam düşüncəsini istifadə etməyi, ağlı və ürəyi ilə mühakimə yürütməyi, həm də mübarizə aparmağı, fikirlərini müdafiə etməyi, problemlərini həll etməyi də bilir.
Bunlarla yanaşı, uzlaşmağı da bilir.

Mələk qadının yanağına toxundu. Əli islandığında, bu nədir, deyə soruşdu.

Tanrı cavabladı:
- Buna göz yaşı deyilir.
- Nə işə yarayır?
- Özünü ifadə etməyə yarayar. Acını, şübhəni, eşqi, yalnızlığı, qüruru, eyni zamanda sevinci də ifadə etməyinə yarayar.
- Qadının özünü ifadə etmək imkanları sonsuzdur. O, sevinci, mutluluğu və eşqi tutub, ona möhkəmcə sarılmağı bilər. Qışqırmaq istədiyi vaxt susa bilər. Susduğunda çığlığını duyura bilər, hirsləndiyi vaxt gülə bilər, ağlamaq istədiyində mahnı oxuya bilər, mutlu olunca ağlaya bilər, qorxduğu vaxt gülə bilər.
O, inandığı doğrular üçün sonunadək mübarizə aparar, haqsızlığa qarşı savaşar, həll yolunu bilirsə, "xeyr" cavabını əsla qəbul etməz.

- Amma çox bacarığı varmış!
- Dostu həkimə yalnız getməsin deyə ona yoldaşlıq edəndir. Qorxan birini gördüyündə "tut əlimi, qorxma" deyib, əlini uzadandır.
Hər toy, hər doğum xəbərinə sevinəndir. Tanıdığı və ya tanımadığı, amma özünə yaxın bildiyi hər ölüm xəbərinə qəlbi qırılandır. Amma yenə də yaşamı davam etdirmə gücünü özündə tapandır.
Uşaqları daha çox yesin deyə "mən, onsuz da toxam" deyəndir.
- Bir öpüş, bir sarılış, bir qucaq açılması ilə qırılmış bir ürəyin bərpa olunmasını biləndir.

- Yaxşı, bunun heç bir əksiyi, ya da səhvi yoxmu?
- Heç olmamış olarmı? Var bir xətası: "Nə qədər dəyərli olduğunu unudar"

Çevirdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0385 saniye