"Yol"
Yusif Sadıqlı tərəfindən "Digər yazılar" bolməsinə 14:24 12 yanvar 2013 tarixində əlavə olunmuşdur

Yolla gedirəm. Hərdən avtobusa minirəm. Amma yenə yolla gedirəm. Getdiyim yol quru və ya polçıqlı, uzun və ya qısa olur. Hərdən qarışqa yuvasına bənzəyən yeraltı yoldan da istifadə edirəm. Yolum hərdən yolun ortasından, mağazaların, bankların yanından və ya parkın içindən keçir. Bəs mən görəsən hansı yolu xoşlayıram?
19 illik həyat yolumda çox yol getmişəm. Getdiyim yol quru və ya palçıqlı, uzun və ya qısa olub. Quru yolu palçıqlıdan, qısa yolu uzun yoldan üstün tutmuşam. Yağış yağmayanda quru, yağanda palçıqlı yoldan istifadə etmişəm. Bəzən, tıxaclar qısa yolumu uzun edib. Getdiyim yol quru da olsa, palçıqlı da, uzun da olsa, qısa da, lazımi yerə vaxtında çatmışam.
Yol gedərkən fikirləşirəm, çox şey haqqında düşünürəm. Düşünməyi əksər insanlar bacarır. Bəziləri, dərsdən qaçmağın yollarını axtarırlar, bəziləri dərs danışmamağın, bəziləri auditoriyada müəllimin gözünə görünməməyin və s.
Dərsədn söhbət düşdü, bir şey xatırladım. Bir neçə güm bundan əvvəl dərsdə oturmuşduq. Birdən çöldən səs-küy eşitdik. Tənəffüsdə məlum oldu ki, Əli Kərimin qaldığı binanın həyətində mitinq keçiriblər. Bilmirəm, li Kərim Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən hakimiyyətimizə qarşı səhv hərəkət etmişdi, ya elə-belə mitinq keçirmək xatirinə edilmiş bir hərəkət idi bu. Nə isə...
Yollarımızın keyfiyyətli olmağını arzu edirəm. Yolçəkənlərimizin isə insaflı. Yol çəkilişi üçün ayrılan pulun hamısı bu məqsədlə istifadə edilsə, məncə, yaxşı olar. Amma yox, bəlkə də, mən səhv edirəm. "Bir gün amerikalı, rus və azərbaycanlılardan ibarət şirkət körpü tikir. Körpünün açılış mərasimində körpü uçur. Amerikalılar deyir : "istifadə elədiyimiz betona heyif". Ruslar deyir "istifadə elədiyimiz quma heyif". Azərbaycanlılarsa deyir: "yaxşı ki, dəmirləri qoymamışıq. Yoxsa, heyif olacaqdı". Gördüyünüz kimi, biz, həqiqətən də, ağıllı millətik. Bəlkə, yol çəkənlərimiz də yolların tezliklə xarab olacağını bildikləri üçün pulun hamısını bu işə xərcləmirlər. Yarısını xərcləyib, yarısını daha lazımlı işlər üçün saxlayırlar. Nə bilim?! Hər şey ola bilər.
Dünyada yolların çox olduğu, hətta sayı-hesabı olmadığı, bostan yolu, bağ yolu, aran yolu, dağ yolu, hədər gedilməyən məktəb yolu və mənim həftənin beş günü istifadə etdiyim universitet yolunun mövcud olduğunu nəzərə alsaq, mənim yazım çox qısa oldu. Amma hər şeyin azı yaxşıdır.


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0295 saniye