Övladlarımızı mövhumatdan, radikallıqdan uzaq doğru inancda yetişdirəcək ən gözəl HEKAYƏLƏR
İnsanın bütün əməlləri təsəvvüründən qaynaqlanır. Təsəvvür duyğu və düşüncələri formalaşdırır ki, bunlar əsasında da əməl ortaya qoyulur. Məhz uşaq yaşlarda formalaşan təsəvvürdəki millimetrlik səhvlər əməl mərhələsinə gəlib çatdıqda kilometrlik xətalara yol açır. Bu kitabın proritet vəzifəsi övladlarımıza doğru İslami təsəvvürü çatdırmaqdır. Kitabda həqiqətdə nəyin qazanc, nəyin zərər olduğu, nəyin zəfər, nəyin uğursuzluq olduğu, nəyin qurtuluş nəyin məğlubiyyət olduğu, nəyin önəmli, nəyin önəmsiz olduğu həyati hekaylərlə ələ alınır.
İnancına, dəyərlərinə bağlı olan bacı və qardaşlarımız bu kitabı övladlarına qəlb rahatlığı ilə oxuya bilərlər. İbtidai təhsil məktəbdə verilsə də, unutmayaq ki, ibtidai həyat bilgiləri ailədə verilir. Övladlarımız ailədə onlara öyrətdiyimiz dəyərlər əsasında şəxsiyyət kimi formalaşırlar. Cahillikdən, məzhəbçilikdən, radikallıqdan, şeyxini bütə döndərən təriqətlərdən uzaq, daha gözəl, daha şəffaf gələcək məhz körpələrimizin əllərində qurulacaq. Elə isə, buyurun onları bir fidan kimi yetişdirək!..
Əzm, hərəkət bizdən, uğur, bərəkət Allahdan! BİSMİLLAH!!!
Aqşin İbrahiminin debüt əsəri olan "Yusif İslamla yetişir"i kitab dükanlarından soruşun.
Müəlliflə əlaqə üçün: Aqşin İbrahimi