Quşlar üçün tələ, qış peyzajı
Rafiq Əsədov tərəfindən "Digər yazılar" bolməsinə 18:15 18 noyabr 2014 tarixində əlavə olunmuşdur

Böyük Piter Breygel "Quşlar üçün tələ, qış peyzajı" 1565.
Ağac, yağlı boya. 38x56 sm.
Kral incəsənət muzeyi, Brüssel, Belçika.

Bu rəsm Milad bayramın xatırladır?

Məhz bu bayrama həsr olunmasa da rəsm əsəri həqiqətən milad bayramı barədə fikirləri gətirir. Sadəcə rəsmdə hər yer qarla örtülüdür və istər istəməz bu mənzərə xristian aləmi üçün milad bayramı əhval rühiyyəsin xatırladır. Biz burada özümüzü tənha hiss etmirik. Çayın hər iki tərəfində təsvir edilmiş kənd evləri insanda isti oçağın yaxın olduğu təəssüratın oyadır. Şaxtalı gündə evə qayıdıb isinməyin mümkün olduğunu bilmək insanı xoşhal edir.

Günəş çıxmasına baxmayaraq elə təssürat oyanır ki, ora çox soyuqdur.

Bütün rəsm əsəri yumşaq mis çalarlı qızılı günəş işığı ilə doludur. Uzaqdan baxdıqda bu bizim ilk nəzərimzə çarpır. Yanından ötüb keçsək belə rəsm insanı özünə çəkir və gözlərimizi dinçəldir.

Bütün bu insanlar nə işlə məşğuldular?

Çay donub, buzörtüyü ilə örtülüb və insanlar orada konki sürürlər. O zamanlar dörd əsr yarım əvvəl indiki kimi metall konkilər mövcud deyildi. Ayaqqabıya sadəcə itilənmiş ağaç tirləri bağalanırdı. Belə görünür ki, pis alınmırdı.

İnsanlar qarışqalara oxşayırlar.

Rəssam onlara uzaqdan baxır bu səbədəndə insan fiqurları balaça və qaraltı kimi görünürlər. Bu məsafədən o, bütün kəndin panoramasını təsvir edə bilmişdir. İnsanlar konkilərdə müxtəlif istiqamətlərdə hərəkət edirlər. Onlar işbaşında olan qarışqaları və yaxud buz üzərində sürüşən quşları xatırladırlar.

Həmçinin rəsm əsərində iri qara quşlar var.

Bunlar qarğalardır.Onlar budaqlarda oturublar və digər kiçik "quşlara" nisbətən daha sakitdirlər.

İnsanlar özlərini müxtəlif cür aparırlar.

Bəli. Eyni şəraitdə təsvir olunmaqlarına baxmyaraq onlar özlərin müxtəlif cür aparırlar. Onların hamısı müxtəlif yaşlardadır, hər birinin öz xarakteri var, hərə öz işiylə məşğuldur. Diqqətlə baxsaq görərrik ki, bəziləri söhbət edir, digərləri harasa iş dalıyca tələsir. Kimsə bir ayağı üzərində rahat hərəkət edir. Uşağının əlindən tutmuş ana isə asta və ehtiyatla hərəkət edir. Bəziləri çütlüklər şəklində, digərləri tək konki sürür. hec də hamı konki üzərində inamla durmur.

Heç kim yıxılmır!

Kənd sakinləri konki üzərində hərəkət etməyə öyrəşiblər. Rəssam öz dövründən gündəlik həyatdan adi bir günü təsvir etmişdir. Hələki hər şey yaxşı gedir lakin istənilən an düzgün atılmamış bir addım, tələskənlik nəticəsində, müvazinətin itirilməsi nəticəsində nəsə baş verə bilər. Bəziləri təhlükəsizliyini qoruyur digərlərinin hələki sadəcə bəxti gətirir.

Buz qırıla bilər.

Bəli, belə təhlükə realdır. Buzun nə qədər güvənilir olması dəqiq bilinmir. Rəsmin aşağı hissəsində artıq donmamış sahə və yaxud çapıq görə bilirik. İnsanlar təhlükəli davransalarda nəticəni qabacadan bilmək olmur. Hec də hər şey bizdən asılı deyil. Buz üzərində sürüşən insanlara baxarkən yəqin ki rəssam bu barədə düşünmüşdür.

Sağdan buzun üzərində görünənlər nə lövhələrdir?

Bu quşlar üçün tələdir. Belə tələlər kənd həyatının adi əlamətidir. Demək ki, quşlar üçün də hər an təhlükə var. Demək olar ki, asyaiş nə insanlar nə quşlar üçün təmin olunmayıb.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0276 saniye