İngiltərədə Lordlar Palatası üzvlüyünə seçilən ilk qadın rahibə Reyçel Truik, Tanrı ilə bağlı fikirlərini bölüşüb.
Tanrının kişi olaraq xarakterizə edilməsinin səhv olduğunu deyən rahibə, Tanrının sadəcə Tanrı olduğunu deyib.
“Yaradılış hekayələrində Tanrının insanları öz surətinə bənzər yaratdığı qeyd olunub. Daha sonra kişi və qadınlardan bəhs olunur. Qadın olaraq mən də Tanrının surətində yaradılmışamsa, onu kişi kimi təsəvvür etməmək lazımdır. Tanrı elə Tanrıdır”.
Truik dil olaraq da Tanrıdan bəhs edilərkən ingilis dilində kişilər üçün istifadə edilən “he” və qadınlar üçün istifadə edilən “she” əvəzliyinin yerinə yalnız “Allah” sözünün işlədilməsini tövsiyə edib.