Radium qızları
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 15:43 01 aprel 2018 tarixində əlavə olunmuşdur

1920-ci illərdə radium elementi ilk tapıldığında insanlıq olduqca həyəcanlanmışdı. Qaranlıqda parıldayan, yoxdan enerji yaradan kimi görünən sehrli bir güc idi. Xəyal gücü və istehsal çılğınlığı bir araya gəlincə müxtəlif istehsal vasitələrinə radium əlavə edilməyə başlandı. Gözəllik kremindən diş məcununa qədər. Ancaq bu, çox bədbəxt durum idi. Çünki radium radioaktiv idi, amma bunu hələ heç kim bilmirdi.

18 yaşlı Mayya Kin 1924-cü ilin yay aylarında bir çox yaşıdının işlədiyi Uoterberi saat fabrikində işə girmişdi. İş olduqca asan görünürdü. Qol saatı siferblatını bir fırça ilə qaranlıqda parıldayan boya ilə boyamaq. Maaşı da pis sayılmazdı. 40 saatlıq həftəlik iş qarşılığı 18 dollar alacaq, üstəlik də hər bir boyadığı saat yığını başına da əlavə 8 sent qazanacaqdı.

Müharibə yeni bitmişdi. Əsgərlərin cəbhədə, sipərlərdə ikən taxdığı son texnologiya məhsulu qaranlıqda parıldayan saatlar dəb olmuşdu. Hər kəs Uoterberi saatı istəyirdi. Artan tələbi qarşılamaq üçün Uoterberi saat fabriki istehsal təsislərini genişləndirmiş və əl oyalayıcı bu işi öhdəsinə götürəcək bir çox sayda 20 yaşlarından gənc qız işə almışdı.

Qaranlıqda parıldayan bu möcüzəvi boya sink ilə biləşim qarışdırılmış radioaktiv radium duzlarından ibarətdir. Bu qarışımda radium atomlarından salınan hissəciklər sink atomlarının enerji səviyyələrini artıraraq titrəşmələrini təmin edir. Bu da ortama yaşılvari işıq yayır. Yayılan işıq çox qüvvətli olmadığından gündüzlər görünmür, amma gecələr parıldayaraq saat siferblatının görülə bilən hala gətirirdi. Düşmən tərəfindən fərq edilmədən əsgərlərin günün hansı saatda olduqlarını anlamağa yarayan bu kimyəvi qarışım müharibənin bitməsi ilə lüks evlərdə axtarılan dekorasiya vasitəsi halına gəlmiş, artan tələb firmanın sürətlə böyüməsini təmin etmişdi.

Gənc Mayya yeni işindən məmnun deyildi. Rəfiqələri saat siferblatını ən diqqətli və müntəzəm şəkildə boyamaq üçün məşğul olur, boyaya batırdıqları fırçanın ucunu dodaqları yardımı ilə itiləşdirib rəqəmləri elə boyayırdılar. Halbuki Mayya boyanın dadını acı, konsistensiyasını cırılmış və iyrənc tapdığı üçün fırçanı ağzına soxaraq itiləşdirmək istəmir, bu da boyadığı saatların müntəzəmliyini pozur, boyama sürətini azaldırdı. Rəfiqələri fasilə sonrasında əllərində qalan artıq boyanı parıldaması üçün dişlərinə, saçlarına sürtür, dırnaqlarını parlaq manikür üçün bu boya ilə boyayır, hətta bahalı parfümeriyalarda satılan radiumlu möcüzəvi gözəllik kremlərinə, toniklərə pullara yetmədiyi üçün üz və boyunlarına bu boyanı sürtürdülər. Mayya boyanı nə dadmaq, nə də ona toxunmaq istəyirdi. Bir neçə həftədən sonra ustabaşı gündə ancaq 8 siferblatı boyaya bilən Mayyanı yanına çağıraraq başqa bir iş tapmasını məsləhət gördü. Zira digər işçilər hardasa 100 saat siferblatını bir gündə bitirə bilirdilər. Zatən gördüyü işi sevməmiş olan Mayya bu fürsətdən istifadə edərək siferblat boyama işindən istefa edərək eyni şirkətin inzibati ofislərin birində məmurluq etməyə başladı.

Mayya işdən ayrıldıqdan sonra iş yoldaşları bir-bir sirli xəstəliklərə yoluxmağa başladı. Ağızlarında yara açılır, dişləri tökülür, çənə sümükləri əriyir, bir çoxunda müalicəyə cavab verməyən dərin qansızlıq baş göstərirdi. 5 il fabrikdə saat boyayan Franses ağrıyan dişi və çənəsi səbəbi ilə stomatoloqa getmiş, çürükdən şübhələnən stomatoloq ağrıyan dişi çəkərkən Fransesin çənə sümüyü qopmuş və yanağında qapanmayan yara açılmışdı. Bir çox başqa iş yoldaşı da bənzər dərdlərdən əziyyət çəkirdilər: Çənə sümükləri və digər sümüklər əriyir, durduq yerdən qırılır, parçalanır və ya şişə çevrilirdi. 1924-cü ilin axırında fabrik işçilərinin 7-si bu sirli xəstəlik səbəbi ilə ölmüşdü belə. Artan ölüm və xəstəlik olayları diqqətləri çəkməsinə rəğmən heç kim 19-cu əsrin möcüzəvi tapıntısı olan radioaktiv radiumun bu sirli xəstəliklərin səbəbi olduğuna inanmırdı.

KÜRİLƏRİN MÜDHİŞ KƏŞFİ: RADİUM

Radium 1898-ci ildə Mariya Küri və Pyer Küri tərəfindən tapılmışdı. O dövrdə müxtəlif radioaktiv maddələr üzərində sınaqlar aparan Kürilər bir uranum duzu olan uranit örnəyi üzərində çalışırdılar. Tozdan uraniumu izolyasiya etmələrinə rəğmən qalan maddənin hələ radioaktiv özəlliklər göstərdiyini fərq etdilər. Detallı incələmələr sonunda bunun yeni bir radioaktiv element olduğunu kəşf etdilər. 26 dekabr 1898-ci ildə Fransa Elm Akademiyasına bu yeni elementi təqdim etdilər. Elementin adı latıncadan şüa anlamına gələn "radius" kəlməsindən ilham alaraq "radium" olaraq müəyyənləşdi.

Gecənin qaranlığında solğun yaşıl parıldayan bu yeni element Küriləri heyrətləndirmişdi. İçində radium olan şüşə qabları yataq başında gecə lampası olaraq istifadə edir, radium dolu tüpləri çəkməcələrində saxlayır, ciblərində daşıyırdılar. Mariya Küri avtobioqrafiyasında laboratoriyasındakı yaşıl şüalardan bəhs edir:

"Ən sevdiyimiz şeylərdən biri gecə iş otağımıza girməkdir. Divar dibindəki masanın üzərində duran şüşələrdən yayılan yaşıl parıltını görməyi sevirdik. Bu, bizim üçün yepyeni və müdhiş bir şeydir. Sanki qaranlıqdakı pərilər kimi idilər."

Pyer Küri parıldayan bu şüşələrin işıq xaricində havanı da elektriklədiyi fərq etdi. İçində bir elektrometr olan bir qutu emal etmişdi və bu qutunu parıltılı tüplərə yaxınlaşdırdığında elektrometrdən zəif elektrik cərəyanı keçdiyini fərq etdi. Bu fenomenə "radioaktiv" adını verdilər. Əksəriyyət bu qədər yüksək enerji ehtiva edən bir maddənin mütləq müdhiş gücləri olacağından həmfikir idi. Hətta Pyer Küri qoluna 10 saat boyunca bir parça radium bağladıqdan sonra qolunda yanıq olduğunu fərq edincə bu maddənin mütləq xərçəngə yaxşı gələcəyinə qənaət gətirmişdi. Bütün Avropa və ardınca Amerikanı radium çılğınlığı bürüdü. Bir çox firma əl birliyi ilə gözəllik kremlərindən diş məcunlarına, şokoladdan boğaz pastillərinə qədər radium ehtiva edən məhsullar satmağa başladı. Bu firmaların iddiasına görə radium işiasa, lümbaqoya, podaqra xəstəliyinə, revmatizmə, hipertoniyaya, xərçəngə, korluğa...qısaca, ağlınıza nə gəlirsə, bütün xəstəliklərə yaxşı gəlirdi. Radium ehtiva edən su təmizləyiciləri şəfa niyyətinə evlərə girdi, kurortlarda radium duzu istifadə edilməyə başlandı.

Bu radium çılğınlığı davam edərkən bir alman elm adamı radium ehtiva edən və gecələri parıldayan boya emal etməyi bacardı. Amerikanın müharibəyə girməsindən qısa bir müddət sonra oncə Nyu-Cersidə olan "US Radium Corporation" firması parlaq siferblatlı saat istehsalı içinə girəcək və müharibə sonrası iqtisadiyyatında iş axtaran gənc qızları "Undark" adını verdiyi radium boyasını saat siferblatındakı rəqəmlərə sürmələri üçün işə alacaqdı. 

SİRLİ XƏSTƏLİK

Radium qızları bir-bir xəstələnməyə başladıqlarında həkimlərin ağlına radiumun bu xəstəliklərin səbəbi ola biləcəyi ən başda gəlmədi. Çox həkim xəstələnən qızlara diş əti iltihabı, xora, hətta cinsi yolla bulaşan xəstəlik olan sifilis təşhisi qoyurdu. Ancaq olay sayı artmağa başlayınca "US Radium Corporation" (USRC) Harvard universitetindəki bir qrup elm adamına bu əsrarəngsiz xəstəliyin səbəbini araşdırma vəzifəsi verdi. Aparılan analizlərdə fabrikdə çalışan qızların cildlərində, saçlarında çox yüksək miqdarda radium aşkarlandı. Hətta nəfəs verdiklərində ağciyərlərindən radioaktiv maddə olan radon qazı çıxdığı tapıldı. Araşdırmanı aparan həkimlərdən biri olan dr. Harrison Martlend bir addım daha irəli gedərək daha öncə fabrikdə çalışmış və əsrarəngisz xəstəlik nəticəsi 5 il öncə ölmüş olan gənc qızın sümüklərini məzardan çıxardaraq incələməyə göndərdi. Nəticə gözlədiyi kimi çıxmışdı. 5 il gömülü olmasına rəğmən sümüklər yüksək miqyasda radiasiya yayırdı.

Bu tapıntıların işığında gənc qızların əsrarəngsiz və qorxunc şəkildə ölmələrini səbəbinin radium ehtiva edən boya olduğu yavaş-yavaş qəbul görməyə başladı. Fabrikdə çalışan bütün gənc qızlarda müxtəlif xəstəlik əlamətləri görülür, çənə sümüyü əriməsi, qapanmayan ağız yaraları kimi ən dəhşətli simptonlar boyadıqları rəqəmlər qüsursuz olsun deyə fırçanı ağzında sivriləşdirən qızlarda ortaya çıxırdı.

RADİUM: 88

Bugün radium elementinin niyə bu tip əlamətlərə səbəb olduğunu bilirik. Radioaktiv elementlərin ən diqqətə çarpan özəlliyi enerjili hissəciklər salaraq, yəni şüalanaraq başqa elementə çevrilmələridir. Radioaktiv maddələr 3 cür şüalanırlar: alfa hissəciklər, beta hissəciklər və qamma şüaları. Bunlardan qamma şüaları ən yüksək enerjili şüalar olub qumaş, cild və hətta yumşaq toxumaların içindən keçə bilirlər və ancaq qurşun təbəqə ilə durdurula bilər. Beta hissəcikləri daha düşük enerjiyə sahibdir, kağız kimi incə təbəqələrdən keçə bildikləri halda aliminium falqa kimi incə materiallarla durdurula bilər. Alfa hissəcikləri isə ən düşük enerjili hissəciklərdir, incə kağız qatman, don və hətta cild səthi belə onları durdura bilər.

Radium 90% miqyasında alfa hissəciyi yayır. Əslində birbaşa təmas ilə vücud içinə daha çox nüfuz etməzkən ortamda radium tozu varsa, tənəffüs sırasında ağciyərlərə girə bilər və ya dodaqlara sürülən fırça üzündən udula bilər. Bir dəfə vücuda girdisə, ciddi problemlərə səbəb olur. Zira radium elementi kalsium elementinə çox bənzəyir. İkisi də qələvi metal qrupundandır və kubik kristal quruluşlarına sahibdirlər. Radium udulduğu zaman vücud tərəfindən kalsium kimi metabilozə edilir və kalsium yerinə sinir ötürülməsi, əzələ sıxılması və sümük metabolizmasına daxil olur. Vücudda metabolizə olan 1600 illik yarı ömürlü radium 226 radioaktiv pozulma ilə yavaş-yavaş radon qazına çevrilir və radon da tənəffüs ilə xaricə atılır.

Sümüklərə yerləşən kalsium normalda sümük quruluşunun güclənməsini təmin edərkən radium tam tərsini edir. Oturduğu yerdən ətrafındakı sümük toxumasını alfa hissəcikləri ilə bombalayır, buradakı sümük toxumasında dəliklər meydana gətirir və sümüyün əriməsinə səbəb olur. Eyni zamanda sümük içindəki iliyi də öldürərək qan quruluşunu pozur. Radiumlu fırçanı dodaqları ilə sivriləşdirən gənc qızların çənələrinin əriyib düşməsinə, sümüklərinin durduq yerdə qırılmasına, qansızlıq və leykemiya səbəbi ilə ölmələrinə təəccüblənməmək lazımdır!

Dr. Martlend aparılan analizlərin nəticəsində saat boyayan gənc qızların əsrarəngsiz xəstəliklərin səbəbinin radium olduğu şübhəyə yer buraxmayacaq şəkildə təsbit etmişdi. Tapıntılarını 1925-ci ildə JAMA (Journal of American Medical Association) jurnalında yayımladı.

RADİUM QIZLARI "USRC"A QARŞI

Tapıntıların yayımlanmasını təqibən gərgin bir hüquq savaşı başladı. Daha öncə fabrikdə çalışmış, ciddi şəkildə xəstə olan və mətbuat tərəfindən "Radium qızları" adı taxılmış olan 5 qız (Qreys Frayer, Kvinta Makdonald, Albina Laris, Edna Hassman, Ketrin Şaub) Uoterberi fabrikini şikayət etdilər.

Qısa müddət sonra şikayətə xəstələnmiş başqa keçmiş işçilər də qatıldılar. Şikayətçilər insan başına 250.000 dollar təzminat tələb edirdilər. Ancaq fabrikin arxasındakı siyasi və maddi dəstək çox güclü idi və məhkəmə uzandıqca uzanırdı. Məhkəmə davam edərkən Kvintanın 2 omba sümüyü də qırıldı. Albina tamamilə yatalaq hala gəldi. Edna artıq harada gəzə bilməz hala gəlmişdi və fabrikdə işləməyi buraxalı illər olmasına rəğmən gecələr saçları hələ parıldayırdı. Çənə sümüyü qopmuş olan Ketrin vəkilindən "Əgər 250.000 dollar qazansam, cənazəmə bir sürü gül ala bilərəm?" soruşurdu.

Məhkəmə gərgin şəkildə 3 il davam etdi. Bu sırada şikayətçi qızlardan 13-ü radium zəhərlənməsinə bağlı müxtəlif səbəblərlə həyatını itirdi. 1928-ci ilin payızında məhkəmə nəhayət nəticəyə bağlandı və juri "USRC" firmasının hər bir şikayətçiyə 10.000 dollar təzminat ödəməsinə, ölənə qədər 600 dollarlıq aylıq bağlanmasına və bütün tibbi xidmət haqlarını da boynuna götürməsinə qərar verdi. Əlavə olaraq radium boyası istifadəsi ilə əlaqədar ciddi intizamlar gətirildi. "Undark" boyası isə 1960-cı ilinə qədər saatlardan istifadə olunmağa davam edəcəkdi.

Gələk radium boyalı fırçanı yalamaqdan nifrət etdiyi üçün özündən gözlənilən performansı göstərə bilmədiyi üçün işdən atılan Mayyaya.

18 yaşında Uoterberi fabrikində saat boyamağa başlayan Mayya bir neçə həftə sonra işdən ayrılmış olmasına rəğmən 30 yaşlarına gəldiyində bütün dişlərini itirdi. İrəliləyən yaşlarda döş və qalın bağırsaq xərçənginə yaxalanmasına rəğmən 107 yaşına qədər yaşadı və 1 may 2014-cü ildə həyata gözlərini yumdu.

"Hamımız çox gənc idik. Boyanın nə olduğu haqqında heç bir fikrimiz yox idi..."


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0247 saniye