RAMAZAN BAYRAMI
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:55 26 may 2017 tarixində əlavə olunmuşdur

Ramazan əzəl gündən

Haqqa tapınanların

Ən sevimli ayıdır.

Ulu Tanrının bizə

Əbədi bəxş etdiyi

Ənamıdır, payıdır -

Ramazan Bayramı!

 

Gör, necə də ürəkdən

Bir-biriylə adamlar

Əl tutub, bayramlaşır!

İşıq kimi bir anda

Sədləri aşa-aşa,

Yer üzünü dolaşır -

Ramazan Bayramı!

 

İnsafdır, mərhəmətdir

Bəxş edib insanlığa

Xoş niyyətin, ziyasın.

Damla saflığı kimi

Təmiz görmək istəyir

Hamının iç dünyasın -

Ramazan Bayramı!

 

Xeyir-dualarıyla

Könülləri elə hey

Şad edib, sevindirir.

Nisgilli ürəkləri

Şipşirin avazıyla

Oxşayaraq dindirir -

Ramazan Bayramı!

 

Müqəddəsdir, əzizdi,

Qəlbdə işıqdı-közdü.

Yurdumuzda nur saçan

Şirin arzu-diləkdir.

Seymur şadlanıb deyir

Var olsun, mübarəkdir -

Ramazan Bayramı.!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0331 saniye