İrqçilik və ya rasizm - insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barəsində nəzəriyyələr toplusudur. Həmin fərqin irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir.İrqçilik insanların dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul edir. Doktrinanın yaranma səbəbləri kimi psixoloji faktorlarla yanaşı iqtisadi baxışlar da əsas ola bilər. İrqçı nəzəriyyələrin həyatda tətbiqi irqi ayrı seçkiliyə götirib çıxarır.
İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi qəbul etmək, fərqlilik qorxusu (zenofobiya), irqlər arasında birləşmələrə və münasibətlərə qarşı olmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edə bilər. İrqçilik, sosial baxımdan ayrı-seçkiliyin səbəbi olur, irqlər arasında fərq qoymaq və soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır. İqrçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.