Rəbbi qılsaydım aşina, nəfsimdə dad gözləməzdim,
Damu alovundan özgə, qeyri imdad gözləməzdim
Nə halətmiş, kölgələnmiş öz narında nəfsim mənim
Atəş sarmış ürəyimdən bunca fəryad gözləməzdim
Əzəldən tərs güzarımla bu dövranın addımları
Çün, dövranın mənsəbindən şöhrət, nə ad gözləməzdim
Gər olsaydım öz nəfsimin hüzurunda müti, fəqir,
Dünya mülkün yan eyləyib könlü abad gözləməzdim
Hər kim Haqqdan ayrı düşüb bir adəmə saldı mehrin,
Ol bəndənin imanında böylə fəsad gözləməzdim
Qılınmışsaq varlıqların ərşi-əladan əşrəfi,
Hər nə varsam, qane olub quşdan qanad gözləməzdim
Mən Lazımın istirhamı huri mələk, uçmaq deyil
Olmasaydı tanrı eşqi, məhşər, məad gözləməzdim